Məhkəmə qərarları › İş №2(029)-725/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-725/2021

16.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-725/2021 16.09.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Ərizəçi DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X9”nın və “X8”nın adlarına verilmiş JN-261F KOD 30122018 saylı və JN-261G KOD 30122018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrin ona, yəni Ərizəçi və digər mülkiyyətçi X7 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən ona və X3na Qusar rayonunun Həzrə kəndi ərazisindən 2 yerdən sahələri 0.08 ha və 0.27 ha olan həyətyanı torpaq sahələri verilmişdir. Həmin torpaq sahələrinə onların mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN-261F KOD 30122018 saylı və JN-261G KOD 30122018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrlə təsdiq edilir. Həmin Şəhadətnamələrdə onun soyadı səhvən “Babaəliyeva”, anası X1 səhvən “Babaəliyeva”, adı səhvən “Asbahi”, ata adı səhvən “Əlibək” qeyd edilmişdir. X3 03 sentyabr 2009-cu il tarixdə vəfat etmişdir. Bu yaxınlarda o, həmin Şəhadətnamələrdə qeyd olunan torpaq sahələrinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq sənədlərin alınması üçün maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN-261F KOD 30122018 saylı və JN-261G KOD 30122018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrdə onun soyadı səhvən “Babaəliyeva”, anası X1 səhvən “Babaəliyeva”, adı səhvən “Asbahi”, ata adı səhvən “Əlibək” qeyd edildiyi üçün DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi ona həmin sənədləri verməkdən imtina etmişdir. Ona görə həmin Şəhadətnamələrin onlara məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Həqiqətən də, onun soyadının əslində “Babaliyeva”, anasının soyadının “Babaliyeva”, adının “Uspahi”, ata adının “Əlibəy qızı” olması ərizəyə əlavə etdiyi şəxsiyyətlərini təsdiq edən sənədlərlə təsdiq olunur. Bu faktı bir çox şahidlər də təsdiq edə bilərlər. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək ərizəni müdafiə etdiyini bildirmiş, həmçinin şəxsi işləri ilə bağlı məhkəmə iclaslarına gələ bilmədiyi üçün işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5, 185.6-cı maddələrinə əsasən işə ərizəçinin və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan JN-261F KOD 30122018 saylı və JN-261G KOD 30122018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrin surətlərindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 01 dekabr 1998-ci il tarixli 19/3 saylı qərarı ilə Qusar rayonu Həzrə kəndi ərazisində yerləşən 0.08 hektar və 0.27 hektar həyətyanı torpaq sahələri X4 və X6 xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan AZ-İ 368815 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 03 sentyabr 2009-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 08 sentyabr 2009-cu il tarixdə 16 nömrə ilə qeyd edilmişdir. İşdə olan Seriya AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1955-ci ildə Qusar rayonu Həzrə kəndində anadan olmuş və həmin kənddə qeydiyyatdadır. İşdə olan Qusar rayon İcra Hakimiyyəti Başçısının Həzrə kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 15 iyul 2021-ci il tarixli 316 və 317 saylı arayışlardan görünür ki, JN-261F və JN-261G saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrdə mülkiyyətçilərin adları səhvən X8 və X9 yazılmışdır. Əslində isə X10 və Ərizəçi olmalıdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 05 iyul 2021-ci il tarixli **********47 saylı məktubdan görünür ki, Ərizəçi həmin idarəyə müraciətinə cavab olaraq bildirilmişdir ki, DT və XK-sı tərəfindən verilmiş JN-261G KOD 30122018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soy adlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, Ərizəçi tərəfindən təqdim edilmiş Qusar rayonu Həzrə kəndində yerləşən 0.08. ha və 0.27 ha ha torpaq sahəsinə dair JN-261F KOD 30122018 saylı və JN-261G KOD 30122018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələr onun üçün hüquq müəyyənedici sənəddir, belə ki, həmin sənədlər əsasında o, qanunla müəyyən edilmiş qaydada sərəncam və vərəsəlik hüquqlarını həyata keçirməlidir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, Ərizəçi və onun anası mərhum X2 rayonu Həzrə kəndində yerləşən 0.08 ha və 0.27 torpaq sahələrinə dair verilmiş Şəhadətnamələrdə hüquq sahibləri kimi göstərilmiş şəxslərin siyahısına daxildirlər, lakin həmin Şəhadətnamələrdə həmin şəxslərə münasibətdə yuxarıda qeyd olunan səhvlərə yol verilmiş, ərizəçinin soyadı səhvən “Babaəliyeva”, mərhum anasının soyadı səhvən “Babaəliyeva”, adı səhvən “Asbahi”, ata adı səhvən “Əlibək” qeyd edilmişdir. Bu hallar məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Ona görə də, həmin Şəhadətnamələrin həmin şəxslərə məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələbinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X9”nın və “X8”nın adlarına verilmiş JN-261F KOD 30122018 saylı və JN-261G KOD 30122018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrin Ərizəçi və 03.09.2009-cu il tarixdə ölmüş X7 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar