Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-739/2020 03.09.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi1 və Ərzimanova (Həkimova) Təranə Elşad qızının Maraqlı şəxs Ərzimanova (Məmmədova) Rəvanə Elşad qızının iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərzimanova (Həkimova) Təranə Elşad qızının maraqlı şəxslər Ərzimanova (Məmmədova) Rəvanə Elşad qızına, Maraqlı şəxs2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətlii faktın müəyyən edilməsinə dair mülki işə Qusar şəhərində xx xxxxxxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərzimanova (Həkimova) Təranə Elşad qızı maraqlı şəxslər Ərzimanova (Məmmədova) Rəvanə Elşad qızına, Maraqlı şəxs2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətlii faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, JN: 150F KOD 30123038 saylı Torpağın mülkiyyətə verilməsinə dair X8 Mövlan oğluna, Ərizəçi1, Ərzimanova (Məmmədova) Rəvanə Elşad qızına, Ərzimanova (Həkimova) Təranə Elşad qızına və Maraqlı şəxs2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək izahatında göstərdi ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən Qusar rayon X9 xx xxxx 1998-ci il tarixli 12/2 saylı qərarına əsasən onların mülkiyyətlərinə ünvan 2i ərazisindən 0.19 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə onların mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN: 150F KOD 30123038 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə təsdiq edilir. Torpaq sahsinin mülkiyyətçilərindən Ərzimanov Elşad Mövlan oğlu xx xxxx 2012-ci il tarixdə vəfat etmişdir. Həmin Şəhadətnamədə onun adı səhvən “Ruhəngiz”, atasının adı isə səhvən “Təsəlli”, ərizəçi Ərzimanova (Həkimova) Təranə Elşad qızının adı isə səhvən “Turanə” qeyd edilmişdir. Əslində isə onların adları, soyadları və ata adları şəxsiyyətlərini təsdiq edən sənədlərə uyğun olaraq Ərizəçi1 və Ərzimanova (Həkimova) Təranə Elşad qızı kimi qeyd edilməlidir. Bu yaxınlarda əonlar həmin Şəhadətnamədəki səhvlərin düzəldilməsi üçün maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin səhvin düzəldilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı üçün məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Ona görə də JN: 150F KOD 30123038 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin onlara məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Qeyd edilənləri nəzərə alıb ərizənin təmin ediləməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında ərizəçi Ərzimanova (Həkimova) Təranə Elşad qızı ərizəni müdafiə edib Ərizəçi1 izahatına uyğun eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Ərzimanova (Məmmədova) Rəvanə Elşad qızı ərizəçilər Ərizəçi1 və Ərzimanova (Həkimova) Təranə Elşad qızının izahatlarına uyğun eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxslər Maraqlı şəxs2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq maraqlı şəxslər Maraqlı şəxs2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb maraqlı şəxslər Maraqlı şəxs2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan JN: 150F KOD 30123038 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qusar rayon X9 xx xxxx 1998-ci il tarixli 12/2 nömrəli qərarı ilə Ərzimanov Elşad Mövlan oğlunun, X1, X4, X5 və Maraqlı şəxs2 mülkiyyətlərinə Qusar rayonu Ləyərqışlaq kəndi ərazisindən 0.19 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X20 tərəfindən Ərizəçi1 səlahiyyətli nümayəndəsi X2 ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli **********24 saylı cavab məktubunun surətindən görünür ki, DT və XK-si tərəfindən verilmiş JN: 150F KOD 30123038 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzlaqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X18 səlahiyyətlərinə aid olmadığından bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İşdə olan Qusar rayon Polis Şöbəsinin Samur Polis Bölməsi tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli Arayışdan görünür ki, X6 ona etibarnamə üzrə həmkəndlisi Ərizəçi1 tərəfindən həvalə edilmiş, sonuncunun mərhum əri Ərzimanov Elşad Mövlan oğlunun və ailəsinin adına verilmiş JN: 150F KOD 30123038 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin naməlum şəraitdə itirməsi barədə Smur PB-nə ərizə ilə müraciət etmiş,aparılmış əməliyyat-axtarış tədbirləri zamanı Qusar rayon Ləgər-qışlaq kəndində yaşamış mərhum Ərzimanov Elşad Mövlan oğlunun və ailəsinin adına verilmiş JN: 150F KOD 30123038 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin tapılması mümkün olmamışdır. İşdə olan Qusar RİHB-nın Quxur oba kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 877 nömrəli Arayışdan görünür ki, JN: 150F KOD 30123038 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə səhv yazılmış X3 və X10 şəxsiyyətlərini təsdiq edən sənədlərə uyğun olaraq Ərizəçi1 və Ərzimanova (Həkimova) Təranə Elşad qızı yazılışında oxunmalıdır. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli Arayışdan görünür ki, Ərzimanov Elşad Mövlan oğlu xx xxxx 2012-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxxxx 2012-ci il tarixdə 20 nömrə ilə qeyd edilmişdir. İşdə olan V-ЖГ № 312814 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərzimanov Elşad Mövlan oğlu ilə X7 arasında xx xxx 1990-cı il tarixdə 09 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Ərzimanova soyadı verilmişdir. İşdə olan AZ-İ № 567904 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X11 arasında xx xxxxxx 2010-cu il tarixdə Qusar rayonu Xuray kənd inzibati ərazi üzrə nümayəndəliyində 13 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Məmmədova soyadı verilmişdir. İşdə olan Seriya AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxx 1991-ci il tarixdə ünvan 1ində anadan olmuş, hazırda Qusar rayonu, Suvacal kəndi ünvanında qeydiyyatda olan Maraqlı şəxs1 məxsusdur. İşdə olan Seriya AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxxxxx 1970-ci il tarixdə Qusar rayonunun Suvacal kəndində anadan olmuş, hazırda ünvan 2i ünvanında qeydiyyatda olan Ərizəçi1 məxsusdur. İşdə olan Seriya AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxx 1996-cı il tarixdə Qusar rayonunun Ləyər Qışlaq kəndində anadan olmuş, hazırda ünvan 2i ünvanında qeydiyyatda olan Maraqlı şəxs2 məxsusdur. İşdə olan Seriya AZE № 04759947 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxx 1968-ci il tarixdə Qusar rayonunun Ləyər Qışlaq kəndində anadan olmuş, hazırda ünvan 2i ünvanında qeydiyyatda olan Ərzimanov Elşad Mövlan oğluna məxsusdur. İşdə olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxx 1993-cü il təvəllüdlü Ərizəçi2 məxsusdur. Məhkəmə ərizəçilər Ərizəçi1, Ərzimanova (Həkimova) Təranə Elşad qızının və maraqlı şəxs Ərzimanova (Məmmədova) Rəvanə Elşad qızının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlarla birgə hüquqi qiymət verərək Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən belə nəticəyə gəlir ki, JN: 150F KOD 30123038 saylı Torpağın mülkiyyətə verilməsinə dair X8 Mövlan oğluna, Ərizəçi1, Ərzimanova (Məmmədova) Rəvanə Elşad qızına, Ərzimanova (Həkimova) Təranə Elşad qızına və Maraqlı şəxs2 məxsus olması faktının müəyyən edilməsinə dair ərizə əsaslı olduğundan və həmin faktın müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb etdiyindən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən JN: 150F KOD 30123038 saylı Torpağın mülkiyyətə verilməsinə dair X8 Mövlan oğluna, Ərizəçi1, Ərzimanova (Məmmədova) Rəvanə Elşad qızına, Ərzimanova (Həkimova) Təranə Elşad qızına və Maraqlı şəxs2 məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-739/2020
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-739/2020
03.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver