Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-744/2020 17.09.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Maraqlı şəxs1 iştirakları ilə Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X4rşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizələri üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X4rşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “Maraqlı şəxs1”nun, “Ərizəçi3 Məhəmmədxan qızı”nın, “X6”nun, “X7”nun, “Maraqlı şəxs2”nın adlarına verilmiş JN:097F KOD30116018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin onlara-yəni “Maraqlı şəxs1”na, “Ərizəçi3”na, “Ərizəçi2”na, “Ərizəçi1”na və “Maraqlı şəxs2”na məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən X2 xx xxx 2000-ci il tarixli 12/8 saylı qərarına əsasən onlara-yəni Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Maraqlı şəxs1 və Maraqlı şəxs2 Qusar rayonu Köhnə Xudat kəndi ərazisindən 0,15 ha fərdi yaşayış evinin tikilməsi üçün nəzərdə tutulmuş həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə onların mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN:097F KOD 30116018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə təsdiq edilmişdir. Həmin şəhadətnamədə Ərizəçi3 ata adı səhvən “Məhəmmədxan qızı”, Ərizəçi2 adı səhvən “Afiq”, Ərizəçi1 adı səhvən “Amin” kimi qeyd edilmişdir. Şəxsiyyətlərini təsdiq edən bütün sənədlərdə Ərizəçi3 ata adı “Mehdi”, Ərizəçi2 adı “Afik”, Ərizəçi1 adı “Amik” kimi qeyd edilmişdir. Həmin şəhadətnamədə də ərizəçilərin soyadları, adları və ata adları şəxsiyyətlərini təsdiq edən sənədlərə uyğun qeyd edilməli olmuşdur. Bu yaxınlarda onlar həmin şəhadətnamədə olan torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən sənədləri almaq üçün maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X8 müraciət etmişlər, lakin həmin səhvlərə görə həmin idarə onlara həmin sənədləri verməkdən imtina etmişdir. Ona görə də, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN:097F KOD 30116018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin onlara məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ərizədə göstərilən halları təsdiq etmişlər və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında Maraqlı şəxs1 həmçinin ərizədə göstərilən halları təsdiq etmiş və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxslər Maraqlı şəxs2 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X5 nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, həmin şəxslər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, ərizəçilərin və Maraqlı şəxs1 izahatlarını dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan KOD 30116018 JN:097F saylı torpağın mülkiyyətəverilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Qusar rayon X2 xx xxx 2000-ci il tarixli 12/8 nömrəli qərarı ilə Qusar rayonu Köhnə Xudat kəndində yerləşən 0.15 ha torpaq sahəsi “Maraqlı şəxs1”nun, “Ərizəçi3 Məhəmmədxan qızı”nın, “X6”nun, “X7”nun və “Maraqlı şəxs2”nın mülkiyyətlərinə verilmişdir. İşdə olan Qusar rayon İHB-nın Köhnə Xudat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 194 saylı arayışdan görünür ki, JN- 097F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Ərizəçi3 soyadı və atasının adı səhvən X1, Ərizəçi2 adı səhvən Afiq, Ərizəçi1 adı səhvən Amin yazılmışdır. Əslində şəxsiyyəti təsdiq edən sənəddə Ərizəçi3, Ərizəçi2, Ərizəçi1 yazılmışdır və oxunmalıdır. İşdə olan Qusar rayon İHB-nın Köhnə Xudat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli 252 saylı arayışdan görünür ki, Maraqlı şəxs1 ailə tərkibi həyat yoldaşı Ərizəçi3, oğulları Ərizəçi2, Ərizəçi1 və qızı Maraqlı şəxs2 ibarətdir. İşdə olan Seriya AZE ********, Seriya AZE 0******* və Seriya AZE 0******* saylı şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Mətanət adlı ərizəçinin soyadı “Rasulova”, ata adı “Mehdi qızı”, Afik adlı ərizəçinin adı “Afik”, Amik adlı ərizəçinin adı “Amik”dir. İşdə olan vətəndaşların şəxsiyyət vəsiqələri barədə elektron məlumatların çıxarışlarından görünür ki, “X1”, “X6” və “X7” adlı şəxslər mövcud deyildir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X5xx.xx.2020-ci il tarixli **********03 saylı məktubundan görünür ki, DT və XK tərəfindən verilmiş JN-097F KOD 30116018 saylı torpağın mülkiyyətəverilməsinə dair şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi həmin idarənin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət etməsi Maraqlı şəxs1 tövsiyyə edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçilərtərəfindən təqdim edilmiş Qusar rayonu Köhnə Xudat kəndində yerləşən 0.15 ha torpaq sahəsinə dair verilmiş KOD 30116018 JN:097F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə onlar üçün hüquq müəyyənedici sənəddir, belə ki, həmin sənəd əsasında onlarqanunla müəyyən edilmiş qaydada sərəncamhüquqlarını həyata keçirməlidirlər. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, Qusar rayonu Köhnə Xudat kəndində yerləşən 0.15 ha torpaq sahəsinə dair verilmiş şəhadətnamədə hüquq sahibləri kimi göstərilmiş şəxslər məhz ərizəçilər Ərizəçi3, Ərizəçi2, Ərizəçi1 və maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2dır.Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçilərin öz tələblərinin əsası kimi istinad etdikləri hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Qusar rayonu Köhnə Xudat kəndində yerləşən 0.15 ha torpaq sahəsinə dair tərtib olunmuş KOD 30116018 JN:097F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi3, Ərizəçi2, Ərizəçi1 və maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(029)-744/2020
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-744/2020
17.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver