Məhkəmə qərarları › İş №2(029)-748/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-748/2025

13.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-748/2025 13.08.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X6 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon Şöbəsi tərəfindən verilmiş KOD30114018 JN-151 saylı 10 may 2000-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktının digər mülkiyyətçilərlə birlikdə onlara, yəni Ərizəçi1 Balahyməd oğluna və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, KOD 30114018 JN-151 saylı 10 may 2000-ci il tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qusar rayonu İmamqulukənd kəndində yerləşən 4.59 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə ərizəçilər Ərizəçi1, Ərizəçi2 və maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs3 məxsusdur. Bu yaxınlarda ərizəçilər və digər mülkiyyətçilər torpaq sahəsinə dair mülkiyyət hüququnun təkrar qeydiyyatı ilə bağlı müvafiq qeydiyyat orqanı olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərkən məlum olmuşdur ki, Ərizəçi1 şəxsiyyətini təsdiq edən sənəddə ata adı “Balahməd oğlu”, olduğu halda “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda ata adı səhvən “Balaəhməd oğlu”, Ərizəçi2 şəxsiyyətini təsdiq edən sənəddə adı “Ramil” olduğu halda “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda səhvən “Ramik” göstərilmişdir. Həmin səhvlərə görə isə ərizəçilər torpaq sahəsinə dair mülkiyyət hüquqlarını tam və sərbəst həyata keçirə bilmirlər. KOD 30114018 JN-151 saylı 10 may 2000-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olunan texniki səhvlərin olması yaşadıqları və torpaq sahəsinin yerləşdiyi kənd üzrə icra nümayəndəliyi tərəfindən verilmiş arayışla təsdiq olunur. KOD 30114018 JN-151 saylı 10 may 2000-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı həmin torpaq sahəsinə dair ərizəçilərin mülkiyyət hüququnu həyata keçirmək üçün əsas hüquqmüəyyənedici sənəddir və ona görə də hesab edirlər ki, həmin sənədin digər mülkiyyətçilərlə birlikdə ərizəçilərə, yəni Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilməlidir. Ərizəçi və digər Ərizəçi2 nümayəndəsi Ərizəçi1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək göstərmişdir ki, öz tələbini müdafiə edir, məhkəmə iclaslarına gələ bilmir, ona görə də, işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Ərizəçi2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4, 185.5 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN:151 KOD 30114018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qusar rayonu İmamqulkukənd kəndi ərazisində yerləşən 4.59 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Ərizəçi1 Balaəhməd oğlunun, Maraqlı şəxs2, Maraqlı şəxs3 və X1 birgə mülkiyyətlərinə verilmişdir. İşdə olan Qusar rayon İcra Hakimiyyəti Başçısının İmamqulukənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 12 fevral 2025-ci il tarixli 5-63-14/2- Q-44-xx-xx/2025 saylı arayışdan görünür ki, JN-151 Kod 30114018 saylı torpağa mülkiyyət hüququna dair X3 Fazir Balaəhməd oğlu, X2 yazılmışdır, əslində isə şəxsiyyət vəsiqələrində olduğu kimi Ərizəçi1, Ərizəçi2 yazılması və oxunması düzgündür. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən təqdim edilmiş Kod 30114018 JN-151 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı həmin şəxs üçün hüquq müəyyənedici sənəddir, belə ki, həmin sənəd əsasında o, həmin sənəddə göstərilən torpaq sahəsinə dair mülkiyyət hüququnu həyata keçirməlidir. Məhkəmə tərəfindən araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Kod 30114018 JN-151 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında hüquq sahibi kimi qeyd olunmuş şəxslərin siyahısına daxildirlər. Lakin, həmin sənəddə yuxarıda qeyd olunan səhvlərə yol verilmişdir. Bu hal məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərlə təsdiq olunur. Ona görə də, həmin Dövlət Aktının digər mülkiyyətçilərlə birlikdə ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon Şöbəsi tərəfindən verilmiş KOD30114018 JN:151 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının digər mülkiyyətçilərlə birlikdə ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ANAR QASİMOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar