Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-749/2025 23.12.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi maraqlı şəxs Qusar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi maraqlı şəxs Qusar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 30 noyabr 1997-ci il tarixdə Qusar rayonunun X8 kəndində anadan olmuş X2nun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, onun oğlu, 30 noyabr 1997-ci il təvəllüdlü X1 rayonunun X8 kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. O, ruhi, ağır yataq xəstəsi olmaqla lap uşaq vaxtından bəri uzun illərdir ki, “Kvadroplegik spastik serebral iflic. Anadan gəlmə uşaq serebral iflici, yuxarı və aşağı ətraflarda hərəkət funksiyasının pozulması ” diaqnozu ilə xəstəlikdən əziyyət çəkir. X2 uzun illərdir ki, hərəkətsiz yataq xəstəsidir. Həmin diaqnozla o, Qusar Rayon Mərkəzi Xəstəxanası X11də qeydiyyatdadır. Bundan başqa ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 38 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən 18 mart 2016-cı il tarixli müayinə aktına əsasən 1-ci dərəcəli əlillik qrupu təyin edilmişdir. X2 əziyyət çəkdiyi xəstəlik səbəbindən öz hərəkətlərinin mənası anlamır, öztinü idarə edə bilmir və onun başqa şəxsin daimi qulluğuna ehtiyacı vardır. Bundan başqa o, özünə məxsus əmlakları da idarə edə bilmir və həmin əmlaklar barəsində sərəncam vermək iqtidarında deyildir. Ona görə də X2nun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi zərurəti yaranmışdır. Onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi qəyyumluq və himayəçilik orqanı tərəfindən üzərində qəyyum təyin edilməsi üçün lazımdır. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, o, ərizəni müdafiə edir. Ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Həmçinin bildirmişdir ki, o, təyin olunmuş məhkəmə iclasına gələ bilmir. İşə onun iştirakı olmadan baxılmasını, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Qusar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin Komissiyanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.6cı maddələrinə əsasən işə ərizəçinin və komissiyanın nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, toplanmış sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan XXİ-ЖГ 261906 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1997-ci il tarixdə Qusar rayon X8 kəndində anadan olmuşdur. İşdə olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X11 “Qusar rayon Mərkəzi Xəstəxanası” X11inin 18 iyun 2025-cü il tarixli 18-1-54/3-917/2025 saylı məktubundan görünür ki, xx.xx.1997-ci il təvəllüdlü, Qusar rayonu X8 kəndi ünvanda yaşayan X6 xx.xx.2014-cü il tarixindən “Qusar rayon Mərkəzi Xəstəxanası” X11in həkimnevrapotoloqun qeydiyyatındadır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Hüquqi şəxs tərəfindən verilimiş 4372 saylı xx.xx.2025-ci il tarixli məhkəmə-psixiatrik ekspertizasının ekspert rəyindən görünür ki, Motivləşdirici hissə. Yoxlanılan şəxs X4 “UŞAQ SEREBRAL İFLİCİ NƏTİCƏSİNDƏ YARANMİŞ AĞİR DƏRƏCƏLİ (İMBESİLLİK DƏRƏCƏSİNDƏ) ƏQLİ GERİLİK” (F72) aşkar olunur. Bunu anamnestik məlumatlar (doğuş travması ilə doğulması, erkən psixo-fiziki inkişafdan geri qalması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında “Kvadroplegik spastik serebral iflic. Anadangəlmə uşaq serebral iflici. Yuxarı və aşağı ətraflarda hərəkət funksiyasının pozulması” diaqnozu ilə birinci dərəcəli əlil olması), hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən narahat görünməsi, simasında çaşqın ifadənin olması, ətrafında baş verən hadisələrə maraq göstərməməsi, verilən sualları anlamaması, mnestik qabiliyyətinin və intellektual səviyyəsinin aşağı olması, emosional-iradi sferasının enməsi, maraq dairəsinin məhdud olması, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və sair) sübut edir. Yekun hissəsi: Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə- psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: 30 noyabr 1997-ci il təvəllüdlü X6 ruhi xəstədirmi, egər xəstədirsə, xəstəliyin hansı formasından əziyyət çəkir və nə vaxtdan ? 2ci sual: X3 ruhi xəstəliyinin ağırlıq dərəcəsi necədir? Cavab: Yoxlanılan şəxs X4 “uşaq serebral iflici nəticəsində yaranmış ağır dərəcəli (imbesillik dərəcəsində) əqli gerilik” (F72) aşkar olunur. Əqli gerilik intellektin ümumi səviyyəsini müəyyən edən və inkişaf prosesində meydana çıxan vərdişlərin zəifləməsi ilə xarakterizə olunan anadangəlmə ləngimə halı və ya natamam inkişafıdır. 3-cü sual: X6 öz hərəkətlərinin mahiyyətini başa düşmək qabiliyyətindədirmi və o, öz hərəkətlərini düzgün idarə etmək və ətrafdakılara reaksiya verməyə qadirdirmi? Cavab: Yoxlanılan şəxs X6 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Onu psixi vəziyyətinə görə fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməyə kifayət qədər əsaslar var. 4-cü sual: 30 noyabr 1997-ci il təvəllüdlü X6 məhkəmə iclasına gəlmək və iş üzrə izahat vermək iqtidarındadırmı? Cavab: Yoxlanılan şəxs X6 psixi vəziyyətinə görə məhkəmə iclasına gəlmək və iş üzrə izahat vermək iqtidarında deyil. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə yuxarıda göstərilən ekspert rəyini məhkəmədə tədqiq olunmuş digər subatlarla yanaşı qiymətləndirərək həmin rəylə razılaşır və qəbul edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, 30 noyabr 1997-ci il tarixdə Qusar rayonunun X8 kəndində anadan olmuş Ərizəçi X2nun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün kifayət qədər əsaslar vardır və bu səbəbdən də ərizə təmin edilməlidir Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçi öz tələblərinin əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 30 noyabr 1997-ci il tarixdə Qusar rayonunun X8 kəndində anadan olmuş Ərizəçi X2nun fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-749/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-749/2025
23.12.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver