Məhkəmə qərarları › İş №2(029)-767/2020

Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-767/2020

18.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-767/2020 18.08.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “Maraqlı şəxs4”nun, “Maraqlı şəxs3”nın, “Maraqlı şəxs2”nın , “Maraqlı şəxs1”nın, “X1”nun adlarına verilmiş JN:611A KOD 30116018 və JN:611F KOD 30116018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrin onlara yəni “Ərizəçi”na, “Maraqlı şəxs1”na, “Maraqlı şəxs2”na , “Maraqlı şəxs3”na, “Maraqlı şəxs4”na məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasınmı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasındaƏrizəçi məhkəməyə ərizə təqdim edərək işin baxılmamış saxlanılmasını və iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxslər və nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin məhkəməyə təqdim etdiyi ərizəni nəzərə alaraq hesab edir ki, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 260, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qusar rayon Məhkəməsinə verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar