Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-769/2020 25.08.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi Üçüncü şəxs X7 iştirakları ilə, Ərizəçi üçüncü şəxslər X6, X10, Vəlimətova (Balamətova) Sahibə Əbilşah qızına, Mirzəhmədova (Balamətova) Məlahət Əbilşah qızına və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə Qusar şəhərində xx xxxxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi üçüncü şəxslər X6, X10, Vəlimətova (Balamətova) Sahibə Əbilşah qızına, Mirzəhmədova (Balamətova) Məlahət Əbilşah qızına və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X11”nun, “Ərizəçi Mursəseyn qızı”nın, “X19”nun, “X12”nın və “X13”nın adlarına verilmiş JN-1xx xxx 30113028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının və “X11”nun, “Ərizəçiseyid qızı”nın, “X19”nun, “X12”nın və “X8”nın adlarına verilmiş JN-139A Kod 30113028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin onlara, yəni Ərizəçi, X6, X10, Vəlimətova (Balamətova) Sahibə Əbilşah qızına və Mirzəhmədova (Balamətova) Məlahət Əbilşah qızına məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən onların ailə üzvlərinin mülkiyyətlərinə ünvan 2i ərazisindən 4.98 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0.21 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahələrinə onların mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN-1xx xxx 30113028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı və JN-139A Kod 30113028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə təsdiq edilir. Həmin Dövlət Aktında onun ata adı səhvən “Mursəseyn” və Şəhadətnamədə isə onun ata adı “Mirzəseyid” qeyd edilmişdir. Digər mülkiyyətçilərin soyadları, adları və ata adları Dövlət Aktında və Şəhadətnamədə düzgün qeyd edilmişdir. Bu yaxınlarda onlar həmin Dövlət Aktındakı və Şəhadətnamədəki səhvlərin düzəldilməsi üçün maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin səhvlərin düzəldilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı üçün məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Ona görə də JN-1xx xxx 30113028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət AktıJN-1xx xxx 30113028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının və JN-139A Kod 30113028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin onlara məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Qeyd edilənləri nəzərə alıb ərizənin təmin ediləməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında üçüncü şəxs X19 Ərizəçi izahatına uyğun eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəyə əlavə olunmuş üçüncü şəxslər X11, Vəlimətova (Balamətova) Sahibə Əbilşah qızı və Mirzəhmədova (Balamətova) Məlahət Əbilşah qızının ərizələrində görünür ki, işə onların iştirakı olmadan baxıb və hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Üçüncü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb üçüncü şəxslər X2, Vəlimətova (Balamətova) Sahibə Əbilşah qızının, Mirzəhmədova (Balamətova) Məlahət Əbilşah qızının və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan JN-1xx xxx 30113028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, Qusar rayon X16 xx xxxx 1998-ci il tarixli 11/5 nömrəli qərarı ilə X2, Ərizəçi Mursəseyn qızının, X7, X3 və X4 mülkiyyətinə Qusar rayonu Kuzun kəndi ərazisindən 4.98 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-139A Kod 30113028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Qusar rayon X16 xx xxxx 1998-ci il tarixli 11/5 nömrəli qərarı ilə X2, Ərizəçiseyid qızının, X7, X3 və X4 mülkiyyətinə Qusar rayonu Kuzun kəndi ərazisindən 0.21 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X29 tərəfindən Ərizəçi ünvanlanmış xx xxxx 2020-ci il tarixli **********81 nömrəli cavab məktubundan görünür ki, JN-1xx xxx 30113028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzlaqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X28 səlahiyyətlərinə aid olmadığından bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İşdə olan Qusar RİHB-nın Zindanmuruq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 294 nömrəli, xx xxxx 2020-ci il tarixli Arayışdan görünür ki, Ərizəçi adında Kuzun kənd ərazisində olan JN-139A Kod 30113028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə səhvən Ərizəçiseyid qızı yazılmışdır, əslində isə şəxsiyyət vəsiqəsində yazıldığı kimi Ərizəçi yazılmalı və oxunmalıdır. İşdə olan Seriya AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxxx 1961-ci il tarixdə ünvan 2ində anadan olmuş, hazırda Qusar rayonu, Kuzun kəndi ünvanında qeydiyyatda olan Ərizəçi məxsusdur. İşdə olan Seriya AZE № 07959086 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxx 1956-cı il tarixdə ünvan 2ində anadan olmuş, hazırda Qusar rayonu, Kuzun kəndi ünvanında qeydiyyatda olan X6 məxsusdur. İşdə olan Seriya AZE № 07959085 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxxxx 1983-cü il tarixdə ünvan 2ində anadan olmuş, hazırda Qusar rayonu, Kuzun kəndi ünvanında qeydiyyatda olan X10 məxsusdur. İşdə olan Seriya AZE № 14953637 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxx 1988-ci il tarixdə ünvan 2ində anadan olmuş, hazırda Qusar rayonu, Kuzun kəndi ünvanında qeydiyyatda olan X9 məxsusdur. İşdə olan Seriya AZE № 17012012 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxxxx 1992-ci il tarixdə ünvan 2ində anadan olmuş, hazırda Qusar rayonu, Kuzun kəndi ünvanında qeydiyyatda olan X1 məxsusdur. İşdə olan İİ-ЖГ № 385307 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X11 ilə X5 arasında xx xxxxxx 1981-ci il tarixdə Qusar rayonu Zindan Muruq kənd sovetində 01 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Balamətova soyadı verilmişdir. İşdə olan AZ-İ № 385296 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X14 ilə X12 arasında xx xxxxxxxx 2008-ci il tarixdə Qusar RİHB-nın Z/Muruq kənd i/ə üzrə nümayəndəliyində nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Vəlimətova soyadı verilmişdir. İşdə olan AZ-İ № 793000 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X15 ilə X8 arasında 2013-cü ilin yanvar ayında Qusar rayon İHBnın Z/Muruq kənd İƏD üzrə nümayəndəliyində 01 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Mirzəhmədova soyadı verilmişdir. Məhkəmə Ərizəçi və üçüncü şəxs X7 izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlarla birgə hüquqi qiymət verərək Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən belə nəticəyə gəlir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X11”nun, “Ərizəçi Mursəseyn qızı”nın, “X19”nun, “X12”nın və “X13”nın adlarına verilmiş JN-1xx xxx 30113028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının və “X11”nun, “Ərizəçiseyid qızı”nın, “X19”nun, “X12”nın və “X8”nın adlarına verilmiş JN-139A Kod 30113028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi, X6, X10, Vəlimətova (Balamətova) Sahibə Əbilşah qızına və Mirzəhmədova (Balamətova) Məlahət Əbilşah qızına məxsus olması faktının müəyyən edilməsinə dair ərizə əsaslı olduğundan və həmin faktın müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb etdiyindən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X11”nun, “Ərizəçi Mursəseyn qızı”nın, “X19”nun, “X12”nın və “X13”nın adlarına verilmiş JN-1xx xxx 30113028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının və “X11”nun, “Ərizəçiseyid qızı”nın, “X19”nun, “X12”nın və “X8”nın adlarına verilmiş JN-139A Kod 30113028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi, X6, X10, Vəlimətova (Balamətova) Sahibə Əbilşah qızına və Mirzəhmədova (Balamətova) Məlahət Əbilşah qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-769/2020
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-769/2020
25.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver