Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-777/2020 25.08.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi Ramazanova (Hacıverdiyeva) Yenifə Novruz qızının nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Ramazanova (Hacıverdiyeva) Yenifə Novruz qızının maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə Qusar şəhərində xx xxxxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Ramazanova (Hacıverdiyeva) Yenifə Novruz qızı maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X4”nın adına verilmiş JN:130A KOD 30114028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin ona, yəni Ramazanova (Hacıverdiyeva) Yenifə Novruz qızına məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi Ramazanova (Hacıverdiyeva) Yenifə Novruz qızının nümayəndəsi X3 ərizəni müdafiə edərək izahatında göstərdi ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən X8 xx xxxx 1997-ci il tarixli 10 saylı qərarı ilə ərizəçi Ramazanova (Hacıverdiyeva) Yenifə Novruz qızına Qusar rayonunun Aşağı İmamqulukənd kəndi ərazisindən 0.12 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə ərizəçinin mülkiyyət hüququ Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN:130A KOD 30114028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə təsdiq edilir. Həmin Şəhadətnamədə ərizəçinin adı səhvən “X4” kimi qeyd edilmişdir. Əslində isə ərizəçinin şəxsiyyətini təsdiq edən sənədə uyğun olaraq “X5” kimi qeyd edilməlidir. Bu yaxınlarda ərizəçi həmin Şəhadətnamədəki səhvin düzəldilməsi üçün maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin səhvin düzəldilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı üçün məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Ona görə də JN:130A KOD 30114028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin ərizəçi Ramazanova (Hacıverdiyeva) Yenifə Novruz qızına məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Qeyd edilənləri nəzərə alıb ərizənin təmin ediləməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb maraqlı şəxsl Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan JN:130A KOD 30114028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Qusar rayon X8 xx xxxx 1997-ci il tarixli 10 nömrəli qərarı ilə X2 mülkiyyətinə Qusar rayonu Aşağı İmamqulukənd kəndi ərazisindən 0.12 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Qusar RİHB-nın İmamqulukənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 596 nömrəli, xx xxxxxx 2019-cu il tarixli Arayışdan görünür ki, JN:130A KOD 30114028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə Qusar rayon Aşağı İmamqulukənd kənd sakininin adı, soyadı və atasının adı şəxsiyyət vəsiqəsində olduğu kimi Ramazanova (Hacıverdiyeva) Yenifə Novruz qızı yazılmalı və oxunmalıdır. İşdə olan Vİ-ЖГ № 470133 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X6 ilə X5 arasında xx xxxxxx 1998-ci il tarixdə 07 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Ramazanova soyadı verilmişdir. İşdə olan Seriya AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxxxxxx 1970-ci il tarixdə ünvan 1 kəndində anadan olmuş, hazırda Xaçmaz rayonu, Ukur-oba kəndi ünvanında qeydiyyatda olan Ərizəçi məxsusdur. Məhkəmə ərizəçi Ramazanova (Hacıverdiyeva) Yenifə Novruz qızının nümayəndəsi X1 izahatını dinləyib, iş üzrə toplanmış sübutlarla birgə hüquqi qiymət verərək Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən belə nəticəyə gəlir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X4”nın adına verilmiş JN:130A KOD 30114028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ramazanova (Hacıverdiyeva) Yenifə Novruz qızına məxsus olması faktının müəyyən edilməsinə dair ərizə əsaslı olduğundan və həmin faktın müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb etdiyindən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X4”nın adına verilmiş JN:130A KOD 30114028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ramazanova (Hacıverdiyeva) Yenifə Novruz qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-777/2020
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-777/2020
25.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver