Məhkəmə qərarları › İş №2(029)-78/2021

Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-78/2021

14.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-78/2021 14.07.2021 QUSAR RAYON MƏHKƏMƏSİ X4 Aslan oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə X1 "xxxx" MMC və qeyrilərinə qarşı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X2 "xxxx" MMC və qeyrilərinə qarşı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin məhkəmə baxışı iclasında baxılması 14 iyul 2021-ci il tarixə saat 14:30-a təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı X2 məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək təyin olunmuş məhkəmə iclasına gələ bilmədiyini, hazırda iddiaya baxılmasını istəmədiyini, işə onun iştirakı olmadan baxıb iddianın baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Barlı Aqro” MMC-nin nümayəndəsi, Cavabdeh2, Qusar rayon Notariat Ofisinin notariusu və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlart, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdehlər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mülki işin baxılmamış saxlanması və iddia ərizəsinin geri qaytarılması barədə ərizə verilmiş və ona görə də, həmin mülki üzrə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM–nin 259, 260, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X1 "xxxx" MMC və qeyrilərinə qarşı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar