Məhkəmə qərarları › İş №2(029)-781/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-781/2020

04.09.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-781/2020 04.09.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Qusar rayon Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Qusar şəhərində xx xxxxxxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı cavabdehlər Cavabdeh1 və Qusar rayon Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayon Dövlət Notariat Ofisi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 2V-876 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, xx xxxxxx 1996-cı il tarixdə ünvan 1ində anadan olmuşdur. Valideynləri X12 və X18 olmuşdur. X27 xx xxxxxx 2010-cu il tarixdə vəfat etmişdir. Atasının atası Zabiddin xx xxxxxx 1975-ci il tarixdə, nənəsi Şəkər xx xxxx 2017-ci il tarixdə vəfat etmişlər və ölümlərindən sonra ünvan 1ində pay torpaq sahələri və fərdi yaşayış evi qalmışdır. Zabiddin və Şəkər vəfat etdikdən sonra birinci dərəcəli vərəsələr atası X12, bibiləri Ağasiyeva (Sultanova) Camiyat Zabiddin qızı, Qasımova (Sultanova) Zoya Zabiddin qızı və Cavabdeh1 qalmışlar. Lakin bibisi Cavabdeh1 Qusar rayon Notariat Ofisinə saxta sənədlər təqdim edərək öz adına anası X1 miras qalmış 0.74 ha torpaq sahəsinə xx xxxxxx 2019-cu il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Bibisi Cavabdeh1 Qusar RİHB-nın Həzrə kənd İƏD üzrə nümayəndəliyindən xx xxx 2018ci il tarixli 376 nömrəli saxta arayış alaraq atası X5 vərəsələr dairəsindən çıxartmış, vərəsə kimi Ağasiyeva (Sultanova) Camiyat Zabiddin qızı, Qasımova (Sultanova) Zoya Zabiddin qızı və Cavabdeh1 qalmışdır. Mərhumun ölümündən sonra miras əmlakı Cavabdeh1 idarə edir. Vərəsəlik şəhadətnaməsinin verilməsinə əsas Qusar RİHB-nın Həzrə kənd İƏD üzrə nümayəndəliyindən xx xxx 2018-ci il tarixli 376 nömrəli saxta arayış olmuşdur. Həmin arayışda vərəsələrin dairəsi tam olaraq müəyyən edilməmişdir. Belə ki, həmin arayışda onun adı vərəsə olaraq göstərilməmişdir. Cavabdeh1 adına Qusar rayon Notariat Ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamə düzgün verilməmişdir. Göründüyü kimi Qusar rayon Dövlət Notariat Ofisi tərəfindən miras qalmış əmlaklara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən miras qoyanın vərəsləri tam müəyyən edilməmişdir. Belə ki, onun mərhum valideynlərinin ölümündən sonra miras qalmış əmlaklarda birinci dərəcəli vərəsə kimi atasının payı vardır. Buna görə də, Qusar rayon Notariat Ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamə ləğv edilməlidir. Odur ki, qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı onun qardaşı X2 oğludur. İddiaçının tələbi tamamilə əsassızdır. Belə ki, onun atası İddiaçı xx xxxxxx 1975-ci il tarixdə, anası Şəkər Sultanova isə xx xxxx 2017-ci il tarixdə vəfat etmişlər. ünvan 1ində yerləşən 0.74 hektar və 0.37 hektar hekatr kənd təsərrüfatl təyinatlı torpaq sahələri xüsusi mülkiyyət hüququ üzrə ona və anası X9 məxsus olmuşdur. Torpaq sahələrinə dair onun mülkiyyət payı 1/3 hissə, anası Şəkər Sultanovanın mülkiyyət payı isə 2/3 hissə müəyyən edilmişdir. Mərhum anası Şəkər Sultanovanın ölmündən sonra birinci dərəcəli vərəsələri Ağasiyeva (Sultanova) Camiyat Zabiddin qızı, Qasımova (Sultanova) Zoya Zabiddin qızı və özü qalmışlar. O, mərhum anasından miras qalmış torpaq sahəsinə dair öz miras payının ona verilməsi üçün Qusar rayon Notariat Ofisinə müraciət etmiş, lakin ona mərhum anasının digər vərəsələri yəni qızları Ağasiyeva (Sultanova) Camiyat Zabiddin qızı, Qasımova (Sultanova) Zoya Zabiddin qızı öz miras paylarına dair münasibət bildirmədiklərindən pay bölgüsünün aparılmasının mümkün olmadığı bildirilmiş və o, mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlaka dair payların müəyyən edilməsinə dair iddia tələbi ilə Qusar rayon məhkəməsinə müraciət etmişdir. Qusar rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(029)-221/2019 saylı qətnaməsinə əsasən iddiası təmin edilmiş, onun xx xxxx 2017-ci il tarixdə ölmüş anası X1 qalmış mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət uzadılmış və ünvan 1ində yerləşən 0.74 hektar və 0.37 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2/3 hissəsindən ibarət mirasa dair onun miras payı 1/3 hissə müəyyən edilərək həmin hissə onun mülkiyyətinə verilmişdir. Bacılar Ağasiyeva (Sultanova) Camiyat Zabiddin qızı, Qasımova (Sultanova) Zoya Zabiddin qızı analarından qalmış miras əmlakının qanunla müəyyən edilmiş müddətdə qəbul etmədiklərini və gələcəkdə də heç bir mübahisə etməyəcəkləri barədə təsdiq edilmiş ərizəılərini Notariat Ofisinə təqdim etmişlər. Bundan sonra ona Qusar rayon Notariat Ofisi tərəfindən xx xxxxxx 2019-cu il tarixli 2V-876 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmişdir ki, iddiaçı həmin şəhadətnamənin etibarsız hesab edilməsini tələb edir. Həmin şəhadətnamə Qusar rayon məhkəməsinin yuxarıda qeyd etdiyi qətnaməsinə əsasən müəyyən edilmiş müddət uzadılmaqla verilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və sözügedən şəhadətnamədə tam qanuni əsaslarla verilmişdir. Həmin şəhadətnamənin etibarsız hesab edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Ona görə də, iddia əsassız olduğundan rədd edilməlidir. Qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh Qusar rayon Notariat Ofisi məhkəməyə xx xxxxxx 2020-ci il tarixli X-709 nömrəli məktub göndərək, xidməti zərurətlə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilmədikləri üçün işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə çıxarıalacaq qərarı məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alıb işə cavabdeh Qusar rayon Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı və Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia əsassızdır. Belə ki, işdə olan AZ-İİ № 499881 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx xxxxxx 1996-cı il tarixdə anadan olmuşdur. Atası X12, anası X10r. İşdə olan AZ-İ № 163411 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X12 xx xxxxx 1998-ci il tarixdə X3 doğulmuş X13 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx xxxxxx 1999-cu il tarixdə 01 nömrə ilə qeyd edilmişdir. İşdə olan AZ-İ № 163412 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X12 xx xxxxxx 2000-ci il tarixdə X3 doğulmuş X14 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx xxxxxx 2000-ci il tarixdə 01 nömrə ilə qeyd edilmişdir. İşdə olan AZ-İ № 163413 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X12 xx xxxxxx 1996-cı il tarixdə X3 doğulmuş İddiaçı atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx xxxxxxx 1998-ci il tarixdə 34 nömrə ilə qeyd edilmişdir. İşdə olan AZ-İ № 411141 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X15 xx xxxxxx 2010-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxx 2010-cu il tarixdə 25 nömrə ilə qeyd edilmişdir. İşdə olan AZ-İ № 863123 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X19 xx xxxx 2017-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxx 2017-ci il tarixdə 10 nömrə ilə qeyd edilmişdir. İşdə olan JN-016F KOD 30122038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Qusar rayon X17 xx xxxxx 2000ci il tarixli 5/2 nömrəli qərarı ilə X6, X2, X20, X7, İddiaçı və X13 mülkiyyətlərinə Qusar rayonu Ləcət kəndi ərazisindən 0.10 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN-00xx xxx 30122038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qusar rayon X17 xx xxxxx 2000-ci il tarixli 5\2 nömrəli qərarı ilə X6, X2 və Cavabdeh1 mülkiyyətlərinə Qusar rayonu Ləcət kəndi ərazisindən 2.84 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan xx xxxxxx 2012-ci il tarixli Vəsiyyətnamədən görünür ki, ünvan 1ində yaşayan X19 ötən günədək özünə məxsus olan Qusar rayonunun Ləcət kəndində yerləşən 1962-ci ildə tikilmiş ümumi sahəsi 88 kv.metr, o cümlədən yaşayış sahəsi 46 kv.metr olan 2 mərtəbəli fərdi yaşayış evini Ləcət kəndində yaşayan doğma nəvəsi İddiaçı vəsiyyət edir. Bundan əlavə hesabında olan bütün torpaqları və ev əşyalarının hamısını Qusar rayonunun Ləcət kəndində yaşayan doğma nəvəsi İddiaçı vəsiyyət etmişdir. İşdə olan 03/1024 nömrəli Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair Arayışdan görünür ki, X6 xx xxxxxxx 2016-cı il tarixli ********** nömrəli ərizəsinə və xx xxxxxxx 2016-cı il tarixli ********** nömrəli müqaviləyə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən mülkiyyətində olan torpaq sahəsinin qiymətləndirilmə işi aparılmışdır. Qiymətləndirmə xx xxxxxxx 2016-cı il tarixdə aparılmışdır. ünvan 1ində yerləşən 0.74 hektar torpaq sahəsinin xx xxxxxxx 2016-cı il tarixinə bazar dəyəri 3000 (üç min) manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX № ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx xxxxxx 2016-cı il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən **********39 reyestr nömrəli 0.74 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə 2/3 hissə X9, 1/3 hissə Cavabdeh1 məxsusdur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2016-cı il tarixli, A № 107233 nömrəli Torpaq sahəsinin planı və ölçüsünün təsdiq olunmuş surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən **********39 reyestr nömrəli 0.74 hektar torpaq sahəsinin hüquq sahibi X11r. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx xxxxxx 2019-cu il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən **********39 reyestr nömrəli 0.74 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsusdur. İşdə olan xx xxxxxxx 2016-cı il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 2010-cu il tarixdə ölmüş X4 vərəsəsi X11r. Şəhadətnamə verilən miras əmlak AR DTXK Qusar rayon şöbəsi tərəfindən xx xxxxx 2001-ci il tarixdə X8 verilmiş seriya JN:0080, KOD 30122038 olan dövlət aktına əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 2.84 hektar olan torpaq sahəsindən mərhum X8 məxsus hissəsidir. İşdə olan iyirmi yeddi noyabr 2019-cu iul tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx xxxx 2017-ci il tarixdə ölmüş X6 vəsəsəsi Cavabdeh1dır və o, miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə X9 verilmiş **********39 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.74 hektar olan torpaq sahəsindən mərhum X9 məxsus olan hissəsidir. İşdə olan Qusar RİHB-nın Həzrə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 104 nömrəli Arayışdan görünür ki, ünvan 1ində pasport qeydiyyatında olan İddiaçı faktiki olaraq hal-hazırda Qusar rayonunun Ləcət kəndində nənəsi mərhumə X9 məxsus olmuş fərdi yaşayış evində yaşayır və həmin təsərrüfatı idarə edir. İşdə olan Qusar rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(029)-221/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh1 xx xxxx 2017-ci il tarixdə ölmüş anası X1 qalmış mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması və Qusar rayonu Ləcət kəndində yerləşən 0.74 ha və 0.37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2/3 hissəsindən ibarət mirasa dair iddiaçı Cavabdeh1 miras payı 1/3 hissə müəyyən edilərək həmin hissənin həmin şəxsin mülkiyyətinə verilməsi qət edilmişdir. Şərh olunanlara qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Qusar Cavabdeh1 və Qusar rayon Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Belə ki, Qusar rayonu Notariat Ofisi tərəfindən Cavabdeh1 adına verilmiş xx xxxxxx 2019-cu il tarixli 2V-876 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqıında Şəhadətnamənin etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354-cü maddəsinə əsasən Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin Məcəllənin 372-ci maddəsinə əsasən Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373-cü maddəsinə əsasən Ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Həmin Məcəllənin 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Həmin Məcəllənin 1321.2-ci maddəsinə əsasən Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Qusar rayon Notariat Ofisinə qarşı Qusar rayonu Notariat Ofisi tərəfindən veriliş xx xxxxxx 2019-cu il tarixli 2V-876 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar