Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-785/2025 14.08.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2 maraqlı şəxslər Maraqlı şəxs2, Yaraliyeva( Ağamirzəyeva) Solmaz Calal qızına, Maraqlı şəxs4, Maraqlı şəxs5 və Maraqlı şəxs1nə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəməiclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 maraqlı şəxslər Maraqlı şəxs2, Yaraliyeva( Ağamirzəyeva) Solmaz Calal qızına, Maraqlı şəxs4, Maraqlı şəxs5 və Maraqlı şəxs1nə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X2f’nun, “Maraqlı şəxs2”nun, “X3f’nın, “X5f’nın, “X10! qızf’nın, “Maraqlı şəxs4 oğlıf’nun, “Maraqlı şəxs5 oğlıf’nun adlarına verilmiş JN-0008 KOD 30101028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlar yəni ərizəçilər Ərizəçi1 və Ərizəçi2 və digər mülkiyyətçilər X1, Maraqlı şəxs2, Yaraliyeva (Ağamirzəyeva) Solmaz Calal qızına, Maraqlı şəxs4 və Maraqlı şəxs5 məxsus olması faktının müəyyəniəşdirilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər,gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, mülki iş üzrə tərəflər lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlmədiklərindən – iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanmalıdır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarının 9.1-ci bəndində qeyd olunur ki,Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədikdə ərizə baxılmamış saxlanılır. Həmin qərarın 9.2-ci bəndində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunla müəyyən edilmiş qaydada işə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədikdə və buna görə ərizə baxılmamış saxlanıldıqda məhkəmə iddiaçının ərizəsi ilə icraatı təzələməyə və işə baxmağa haqlı deyildir. Həmin şəxs ümumi qaydada ərizəilə məhkəməyə müraciət etməlidir. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Hal-hazırda ərizəçilər Ərizəçi1, Ərizəçi2 maraqlı şəxslər Maraqlı şəxs2, Yaraliyeva( Ağamirzəyeva) Solmaz Calal qızına, Maraqlı şəxs4, Maraqlı şəxs5 və Maraqlı şəxs1nə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair məhkəmədə işə baxılması üçün xx.xx.2025-ci il tarixdə Ərizəçi1 tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu və xx.xx.2025-ci il tarixdə Ərizəçi2 tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu qərardad qanuni qüvvəyə mindikdən sonra müvafiq olaraq ərizəçilər Ərizəçi1 və Ərizəçi2 geri qaytarılmalı və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X4 İdarəsinə tapşırılmalıdır. Həmçinin, məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrininüzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etməklə, ərizənin baxılmamış saxlanması barədə qərardadın ləğv edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etmək hüquqları tərəflərə izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM–nin259, 260, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 maraqlı şəxslər Maraqlı şəxs2, Yaraliyeva( Ağamirzəyeva) Solmaz Calal qızına, Maraqlı şəxs4, Maraqlı şəxs5 və Maraqlı şəxs1nə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair iddiası üzrə mülki iş baxılmamış saxlanılsın. Hal-hazırda ərizəçilər Ərizəçi1, Ərizəçi2 maraqlı şəxslər Maraqlı şəxs2, Yaraliyeva( Ağamirzəyeva) Solmaz Calal qızına, Maraqlı şəxs4, Maraqlı şəxs5 və Maraqlı şəxs1nə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair məhkəmədə işə baxılması üçün xx.xx.2025-ci il tarixdə Ərizəçi1 tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu və xx.xx.2025-ci il tarixdə Ərizəçi2 tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu qərardad qanuni qüvvəyə mindikdən sonra müvafiq olaraq ərizəçilər Ərizəçi1 və Ərizəçi2 geri qaytarılsın və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X4 İdarəsinə tapşırılsın. Məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrininüzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etməklə iddiaçı təkrarən ərizənin baxılmamış saxlanması barədə qərardadın ləğv edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etmək hüquqları tərəflərə izah edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-785/2025
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-785/2025
14.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver