Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-788/2020 04.09.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Cavabdeh» İstehsalat Birliyinə qarşı təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş akt əsasında qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair qərarın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar şəhərində xx xxxxxxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Cavabdeh» İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «Cavabdeh» X1 Regional Qaz X2 Xidmət Sahəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq tərtib olunmuş ******* saylı xx xxxxxx 2019-cu il tarixli “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt əsasında qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”nın etibarsız hesab edilməsinə və əsassız hesablanmış 166.80 (bir yüz altmış altı manat səksən qəpik) manat borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdeh «Cavabdeh» X1 Regional Qaz X2 Xidmət Sahəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq tərtib olunmuş ******* saylı xx xxxxxx 2019-cu il tarixli “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt əsasında qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli dəymiş ziyanın hesablanmasına dair qərarın etibarsız hesab edilməsinə və əsassız hesablanmış 166.80 (bir yüz altmış altı manat səksən qəpik) manat borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, ailəsi ilə birlikdə Qusar rayonunun Həsənqala kəndində yerləşən özünə məxsus olan fərdi yaşayış evində yaşayır. Fərdi istehlakçı kimi o, cavabdeh «Cavabdeh» X1 Regional Qaz X2 XS ilə müqavilə bağlayaraq fərdi yaşayış evində təbii qazdan istifadə edir. Digər abonentlər kimi o da hər ay istifadə etdiyi qaz sərfiyyatına uyğun mütəmadi olaraq qaz borcunu ödəmişdir. Heç vaxtı qazla bağlı problemi olmamışdır. xx xxx 2019-cu il tarixdə X5 X2 Xidmət Sahəsinin əməkdaşları Qusar rayonu Həsənqala kəndində yerləşən ona məxsus həmin evə gəlib onların evinə aid, lakin evindən aralı, küçədə yerləşən qaz sayğacını çıxararaq yenisi ilə əvəz etmişlər. Sayğacın hansı səbəbdən çıxarıldığını soruşanda Qusar Xidmət Sahəsinin əməkdaşları sayğacın növbədənkənar dövlət yoxlamasına göndəriləcəyini bildirmişlər. Bir müddətdən sonra isə Qusar Xidmət Sahəsinin əməkdaşları onların evinə gəlib guya onun sayğaca müdaxilə etdiyini, nəticədə sayğacın hesablama mexanizminin keçən qazın sərfini qeydə almadığını, sayğacın hesablayıcı mexanizmini hərəkətə gətirən maqnit ötürücünün yararsız vəziyyətdə olduğunu ona bildirmişlər və ona təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli akt tərtib etmişlər. Həmin akta əsasən evində istifadələrində olan qaz cihazlarının sayına görə ona itirilmiş qazın həcmi olaraq 1668 kubmetr qaz müəyyən edilmiş və yaxud 166.80 (bir yüz altmış altı manat səksən qəpik) manat məbləğində dəymiş ziyan hesablanmışdır. Ona əsassız olaraq hesablanmış 166.80 (bir yüz altmış altı manat səksən qəpik) manat borcla qətiyyən razı deyildir. Belə ki, o, qaz sayğacına müdaxilə etməmiş və kimin müdaxilə etdiyini də bilmir. Çünki sözügedən qaz sayğacı onun evindən aralıda, küçədə örtüksüz, yəni açıq şəkildə quraşdırılmışdır. Ona görə də ona itirilmiş qazın bərpasına dair komissiya qərarı ilə hesablanmış 166.80 (bir yüz altmış altı manat səksən qəpik) manat borc əsasssız olduğundan silinməlidir. Odur ki, qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yteri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə qeyd edilənləri nəzərə alıb cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki iş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli 1500 nömrəli Qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsinin surətindən görünür ki, İddiaçı ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evində bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərlə təbii qazdan istifadə edir. İşdə olan «Cavabdeh» İstehsalat Birliyinin xx xxx 2019-cu il tarixli ******* nömrəli qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında Aktdan görünür ki, İddiaçı məxsus ünvan 1i ünvanında yerləşən evin qaz sayğacı dəyişdirilərək yenisi ilə əvəz edilmişdir. İşdə olan «Cavabdeh» İstehsalat Birliyi tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, İddiaçı məxsus ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca verilmiş rəyə əsasən, hesablama mexanizmi keçən qazın sərfini qeydə almır. Sayğac açılaraq daxilinə baxış keçirilmiş və sayğacın hesablayıcı mexanizmini hərəkətə gətirən maqnit ötürücü yararsız vəziyyətdədir. Həmçinin qeyd edilmişdir ki, dəymiş ziyan hesablansın və dəyəri ödənilsin. İşdə olan ««Cavabdeh» X1 X4 İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair tələbnamənin surətindən görünür ki, İddiaçı itirilmiş qazın bərpası üzrə 1668 kub metr qaz sərfiyyatı hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərinin yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 nömrəli qazdan istifadə qaydaları haqqında qərarının 4.2-ci bəndində qeyd olunmuşdur ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-ci bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin19-cu maddəsinə əsasəndövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 560.1-cimaddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Göründüyü kimi Cavabdeh X1 Regional Qaz X2 Xidmət Sahəsinin əməkdaşları İddiaçı məxsus ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacında hesablama mexanizmi keçən qazın sərfini qeydə almadığından və sayğacın hesablayıcı mexanizmini hərəkətə gətirən maqnit ötürücü yararsız vəziyyətdə olduğundan xx xxxxxx 2019-cu il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib etmişlər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 nömrəli qazdan istifadə qaydalarının tələblərinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən). Həmçinin həmin qaydalara görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Bundan başqa, qaz sayğacının zədələnməsində istehlakçı İddiaçı təqsiri heç bir sənədlə və ya sübutla təsdiq olunmur və onun həmin sayğaca müdaxilə etməsi əsaslandırılmamışdır. Sonradan isə «Cavabdeh» X1 X4 İdarəsi tərəfindən itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair komissiyanın xx xxxxxx 2019-cu il tarixli qərarı ilə 1668 kub metr qaz itkisi hesablanmışdır. Odur ki, məhkəmə hesab edir ki, «Cavabdeh» X1 X4 İdarəsinin itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair komissiyanın xx xxxxxx 2019-cu il tarixli qərarı etibarsız hesab edilməli və həmin qərar əsasında İddiaçı hesablanmış 166.80 (bir yüz altmış altı manat səksən qəpik) manat borc silinməlidir. Azərbayucan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasinin MPM-nin 216-220 və 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh «Cavabdeh» X1 X4 İdarəsinin itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair xx xxxxxx 2019-cu il tarixli komissiya qərarı etibarsız hesab edilsin həmin qərar əsasında İddiaçı hesablanmış 166.80 (bir yüz altmış altı manat səksən qəpik) manat borc silinsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-788/2020
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-788/2020
04.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver