Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-789/2025 08.01.2026 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi maraqlı şəxs Qusar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi maraqlı şəxs Qusar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 26 aprel 1974-cü il tarixdə Qusar rayonunun Gədəzeyxur kəndində anadan olmuş X5 və 14 yanvar 1970-ci il tarixdə Qusar rayonunun Gədəzeyxur kəndində anadan olmuş X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qusar rayon Məhkəməsinin 11 avqust 2025-ci il tarixli qərardadı ilə 14 yanvar 1970-ci il tarixdə Qusar rayonunun Gədəzeyxur kəndində anadan olmuş X6 ərizəçinin yaxın qohumu olmadığı məhkəmə iclasında müəyyən edildiyindən 14 yanvar 1970-ci il tarixdə Qusar rayonunun Gədəzeyxur kəndində anadan olmuş X4 dair hissədə işin icraatına xitam verilməsi qət edilmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, onun atası, 26 aprel 1974-cü il tarixdə Qusar rayonunun Gədəzeyxur kəndində anadan olmuş X9 və atasının bacısı, yəni onun bibisi, 14 yanvar 1970-ci il tarixdə Qusar rayonunun Gədəzeyxur kəndində anadan olmuş X1 rayonunun Gədəzeyxur kəndində öz valideynlərindən miras qalmış evdə yaşayırlar. X3 xx.xx.2018-ci il tarixdən, bibisi X6 isə 2006-cı il tarixdən “Şizofreniya paranoid forması” diaqnozu ilə “Qusar Rayon Mərkəzi Xəstəxanası” X14də həkim-psixiatrın qeydiyyatındadırlar və həmin vaxtdan da qeyd olunan xəstəlikdən əziyyət çəkirlər. X9 və X6 əziyyət çəkdikləri psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə edə bilmirlər. Ərizəyə əlavə edilmiş “Qusar Rayon Mərkəzi Xəstəxanası” X14in 21,06.2025-ci il tarixli, 18-1-54/3-941/2025 və xx.xx.2025-ci il tarixli, 18-1-54/3-948/2025 saylı arayışlarından da görünür ki, X9 xx.xx.2018-ci il tarixdən, X6 isə xx.xx.2006-cı il tarixdən “Şizofreniya paranoid forma” diaqnozu ilə “Qusar Rayon Mərkəzi Xəstəxanası” X14də həkim-psixiatrın qeydiyyatındadırlar. Bildirir ki, X3nun və siələcəkdə onların əmlak və vərəsəlik hüquqlarının həyata keçirilməsi üçün zəruridir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş, ərizədə göstərilən xüsusatları təsdiq etmiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi sonuncu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, o, ərizəni müdafiə edir. Ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Həmçinin bildirmişdir ki, o, təyin olunmuş məhkəmə iclasına gələ bilmir. İşə onun iştirakı olmadan baxılmasını, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Qusar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin Komissiyanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.6cı maddələrinə əsasən işə ərizəçinin və komissiyanın nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, toplanmış sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X14 “Qusar rayon Mərkəzi Xəstəxanası” X14inin 23 iyun 2025-cü il tarixli 18-1- 54/3-948/2025 saylı məktubundan görünür ki, xx.xx.1974-cü il təvəllüdlü, ünvan 1i ünvanda yaşayan X9 xx.xx.2018-ci il tarixindən “Qusar rayon Mərkəzi Xəstəxanası” X14in həkim-psixiatrın qeydiyyatındadır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X11 Hüquqi şəxs tərəfindən verilimiş 4498 saylı xx.xx.2025-ci il tarixli məhkəmə-psixiatrik ekspertizasının ekspert rəyindən görünür ki, Motivləşdirici hissə. Yoxlanılan şəxs X7 “ŞİZOFRENİYA PARANOİD FORMA, PSİXİ QÜSUR HALİ” (F20.0) xroniki psixi xəstəliyi aşkar olunur. Bunu anamnestik məlumatlar (uzun müddətdir psixi vəziyyətinin dəyişməsi, əsəbi olması, öz-özünə danışması, davranışının qeyri-adekvat olması, Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Qusar rayon mərkəzi xəstəxanası’da “F20.0 Şizofreniya paranoid forma" diaqnozu ilə həmin müəssisədə qeydiyyatda olması), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (ünsiyyətə formal daxil olması, təfəkkürünün paroloji və autik olması, eşitmə hallyusinasiyalarının təsiri altında olması, maraq dairəsinin məhdudluğu, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair) sübut edir. Yekun hissəsi: Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə- psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: 26 aprel 1974-cü il təvəllüdlü X9 ruhi xəstədirmi, əgər xəstədirsə, xəstəliyin hansı formasından əziyyət çəkir və nə vaxtdan ? 2-ci sual: X5 ruhi xəstəliyinin ağırlıq dərəcəsi necədir? 1-ci və 2-ci suallara cavab: Yoxlanılan şəxs X7 şizofreniya paranoid forma, psixi qüsur halı müəyyən edilir. 3-cü sual: X9 öz hərəkətlərinin mahiyyətini başa düşmək qabiliyyətindədirmi və o, öz hərəkətlərini düzgün idarə etmək və ətrafdakılara reaksiya verməyə qadirdirmi? Cavab: Yoxlanılan şəxs X9 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmək və onları şüurlu idarə etmək iqtidarında deyil. M.M.Nəcəfovu psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar vardır. 4-cü sual 26 aprel 1974-cü il təvəllüdlü X9 məhkəmə iclasına gəlmək və iş üzrə izahat vermək iqtidarındadırmı? Cavab: Yoxlanılan şəxs X9 məhkə üzrə izahat vermək iqtidarında deyildir Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə yuxarıda göstərilən ekspert rəyini məhkəmədə tədqiq olunmuş digər subatlarla yanaşı qiymətləndirərək həmin rəylə razılaşır və qəbul edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, 26 aprel 1974-cü il tarixdə Qusar rayonunun Gədəzeyxur kəndində anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün kifayət qədər əsaslar vardır və bu səbəbdən də ərizə təmin edilməlidir Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçi öz tələblərinin əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 26 aprel 1974-cü il tarixdə Qusar rayonunun Gədəzeyxur kəndində anadan olmuş X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-789/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-789/2025
08.01.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver