Məhkəmə qərarları › İş №2(029)-792/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-792/2023

30.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-792/2023 30.10.2023 QUSAR RAYON MƏHKƏMƏSİ X17 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qusar rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli, 3-48-30RA/2-Ş-72- 39/2023№-li Arxiv arayışının mərhum X8 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, onun anası X10 02 aprel 2000-ci il tarixdə vəfat etmişdir. X3 şəxsi mülkiyyətində rayonun X16 kəndində fərdi yaşayış evi olmuşdur. Lakin, Qusar rayonu Balaqusar kənd İnzibati Ərazi üzrə Nümayəndəliyin 1991- 1995-ci illərin X16 kəndi üzrə 13 nömrəli təsərrüfatbaşına kitabda anasının soyadı və adı Şahhüseynova Masan əvəzinə səhvən Şahsənova Masangül kimi yazılmışdır. Həmin səbəbdən də Qusar rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-48- 30RA/2-Ş-xx-xx/2023№-li arxiv arayışında da anasının soyadı və adı X10 əvəzinə X4 yazılmışdır. Ərizəyə əlavə edilmiş Qusar RİHB-nın Balaqusar kənd İƏDÜ Nümayəndəliyin 348 saylı, 17 iyul 2023-cü il tarixli arayışından da görünür ki, Qusar rayonu X16 kəndində yaşamış mərhum X2 və adı təsərrüfat başına uçot kitabında səhvən Şahsənova Masangül kimi yazılmışdır. Onun adı və soyadı Şahhüseynova Masan oxunmalıdır. Təsərrüfatbaşına kitabda adı qeyd olunan X1 Masan Mahmud qızı ilə eyni şəxsdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Nümayəndə ərizə üzrə tələbi müdafiə etmiş və ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, ərizəçinin nümayəndəsinin izahatını dinləyib, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan Qusar rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-48-30RA/2-Ş-xx-xx/2023 saylı arxiv arayışından görünür ki, rayon arxivində saxlanılan Qusar rayonu Balaqusar kənd inzibati ərazi üzrə nümayəndəliyinin 1991-1995ci illərin X16 kəndi üzrə 13 nömrəli Təsərrüfatbaşına kitabında şəxsi hesab nömrəsi 789 olan X7 təsərrüfatın şəxsi mülkiyyətində ümumi sahəsi 57 kv.metr, o cümlədən yaşayış sahəsi 32 kv.metr olan yaşayış evi və təsərrüfatın şəxsi istifadəsində 1990-1995-ci illərdə cəmi 0.25 hektar torpağın olduğu qeyd edilmişdir. İşdə olan Qusar rayon İHB-nın Balaqusar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 iyul 2023-cü il tarixli 348 saylı arayışdan görünür ki, Qusar rayonu X16 kəndində yaşamış mərhum X2 və adı təsərrüfat başına uçot kitabında səhvən Şahsənova Masangül yazılmışdır. Həmin vətəndaşın soyadı, adı AZ-İİ 172145 seriya nömrəli ölüm haqqında şəhadətnamədə olduğu kimi Şahhüseynova Masan oxunmalıdır. Təsərrüfat başına kitabında adı qeyd olunan X1 Masan Mahmud qızı ilə eyni şəxsdir. İşdə olan AZ-İİ 172145 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2000-ci il tarixdə ölmüşdür. İşdə olan Qusar rayon Notariat Ofisi tərəfindən verilmiş 04 may 2021-ci il tarixli X- 474 saylı arayışdan görünür ki, Ərizəçi Qərib oğlu X6 vərəsəsidir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsindən verilmiş xx.xx.2021-ci il tarixli **********81 saylı məktubdan görünür ki, Qusar rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 142 saylı Arxiv arayışında qeyd olunmuş hüquq sahibinin adında yaranmış uyğunsuzluğu aradan qaldırmaq və düzəlişin həyata keçirilməsi həmin idarənin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət etməyi Nümayəndə tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 3- 48-30RA/2-Ş-72- 39/2023№-li Arxiv arayışı həmin şəxs üçün hüquq müəyyənedici sənəddir, belə ki, həmin sənəd əsasında o, həmin Arxiv arayışında göstərilən əmlaklara dair vərəsəlik hüquqlarını həyata keçirməlidir. Məhkəmə tərəfindən araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, xx.xx.2023-cü il tarixli, 3-48-30RA/2-Ş-72- 39/2023№-li Arxiv arayışında hüquq sahibi kimi qeyd olunmuş şəxs məhz ərizəçinin anası X9r. Lakin, həmin sənəddə yuxarıda qeyd olunan səhvlərə yol verilmişdir. Bu hal məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərlə təsdiq olunur. Ona görə də, həmin Arxiv arayışının X8 məxsus olması faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. Qusar rayon Dövlət Arxivi tərəfindən verilmiş 17 iyul 2022-ci il tarixli 3-48-30RA/2-Şxx-xx/2023 nömrəli Arxiv arayışının 02 aprel 2000-ci il tarixdə vəfat etmiş X8 məxsus olması faktı müəyyən olunsun. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ANAR QASİMOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar