Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-795/2024 17.12.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “Azəriqaz İB-yi tərəfindən qanunsuz hesablanmış 3110.40 manat məbləğində borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “Azəriqaz İB-yi tərəfindən qanunsuz hesablanmış 3110.40 manat məbləğində borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Xaçmaz X5 İdarəsinin Qusar Xidmət Sahəsinin əməkdaşları tərəfindən qanunsuz hesablanmış 25920 kub metr qaz sərfiyyatının və həmin sərfiyyata görə hesablanmış 3110,40 manat məbləğində pulun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, ailəsilə birlikdə ünvan 1 kəndində yerləşən özünə məxsus yaşayış evində yaşayır. Fərdi istehlakçı kimi "Qaz təchizatı haqqında" AR Qanunun 11-ci maddəsinin 6-cı hissəsinə əsasən cavabdehlə bağladığı "Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə" xx.xx.2023-cü tarixli 363/23 №-li Müqaviləyə əsasən yaşayış evində təbii qazdan istifadə edir. Həmin müqavilə 7.3-cü bəndinə əsasən (indiyədək qüvvədədir) istehlak etdiyi təbii qazın haqqını həmişə ödəmişdir. 30 mart 2023-cü il tarixdə evə qaz gəlmədiyinə görə şifahi müraciəti əsasında Xaçmaz X7 İdarəsinin (RQİİ) Qusar Xidmət Sahəsinin nümayəndələri onun evinə gedən, lakin evindən aralıda, Lermantov küçəsində quraşdırılmış qaz sayğacına baxış keçirdilər. Xaçmaz X7 İdarəsinin (RQİİ) Qusar Xidmət Sahəsinin nümayəndələri ona evə gedən qaz xəttin üzərində quraşdırılmış sayğacın qaz buraxmadığını bildirmiş və G-4T markalı, **********6 zavod nömrəli, 06432 m3 göstəricisi olan həmin qaz sayğacını başqa bir qaz sayğac ilə əvəz edərək, sayğacını özlərinin dediklərinə görə növbədənkənar dövlət yoxlamasına göndərmək üçün aparmışlar. Sayğaca baxış keçirilən və xətdən açılan zaman o, mobil telefonu ilə sayğacının hər tərəfdən foto şəkillərini çəkmişdir. Şəkillərdən də aydın görünür ki, sayğacının üzərində heç bir əzik yeri və yaxud digər nöqsan yoxdur. Sayğac çıxarılan zaman bütün plomblar yerində olmuşdur. Heç bir ekran və gövdə hissələrində əzik, cızıq və desik izləri aşkar olunmamışdır.O,Xaçmaz X7 İdarəsinin (RQİİ) Qusar Xidmət Sahəsinin nümayəndələrinə demişdir ki, o, sayğaca əl vurmamışdır, sayğac küçədədir, sayğacın üstü örtülməmişdir, qutuda yerləşdirilməmişdir, sayğaca müdaxilə olunmamışdır. Xaçmaz RQİl-nin Qusar Xidmət Sahəsinin nümayəndələri həmin gün, yəni 30 mart 2023-cü il tarixdə öz aralarında “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" ******* nömrəli aktı tərtib edərək, sayğacını çıxarıb, başqa sayğac quraşdırmışlar. Xaçmaz X7 İdarəsinin (RQİİ) Qusar Xidmət Sahəsinin nümayəndələri ona bildirmişlər ki, köhnə sayğacı müdaxilənin olub-olmamasını aydınlaşdırmaq məqsədilə ekspertizaya göndərəcəklər. Onların quraşdırdıqları yeni sayğac da evinin həyətində deyil, küçədə, özü də örtüksüz və qutusuz yerləşdirilmişdir. Bundan sonra da o evində istehlak etdiyi təbii qazın haqqını vaxti vaxtında ödəməyə davam etdirmişdir. Üzərindən bir neçə ay keçdikdən sonra 25 iyun 2023-cü il tarixdə Xaçmaz RQli-nin Qusar Xidmət Sahəsinin əməkdaşları təzədən onun evinə gəlib onun evinə aid 30 mart 2023-cü il tarixdə dəyişdirilmiş köhnə qaz sayğacına onun tərəfindən müdaxilə edildiyini bildirmişlər və 25 iyun 2023-cü il tarixli ******* saylı təbii X4nın pozuntusu haqqında akt tərtib etmişlər. Xaçmaz X7 İdarəsinin (RQİİ) Qusar Xidmət Sahəsinin nümayəndələri ona bildirmişlər ki, köhnə qaz sayğacım barədə ekspertiza rəyinə görə həmin sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi sınıqdır, sayğacın hesablama mexanizminin iş pirinsipinə maneə törədilməsi mümkündür. O, Qusar Xidmət Sahəsinin əməkdaşlarına bir daha bildirmişdir ki, o, sayğaca əl vurmamışdır, sayğaca hər ay qaz nəzarətçisi baxır, sayğacın bütövlüyünü, plomblarıni yoxlayır, qaz sərfiyyatım hesablayır və ona sayğacın göstərdiyi qaz sərfiyyatı barədə bildiriş verir. Lakin, Xaçmaz RQİİ-nin Qusar Xidmət Sahəsinin əməkdaşları onun sözlərinə məhəl qoymayaraq barəsində Təbii X4nın pozuntusu haqqında akt tərtib etmişlər və ona guya qazdan qanunsuz istifadə etdiyinə görə 3110 manat 40 qəpik borc hesablamışlar. İndi də Xaçmaz RQİİ-nin Qusar Xidmət Sahəsinin əməkdaşları ondan həmin borcu tələb edirlər, əks təqdirdə qaz təchizatını kəsəcəkləri ilə hədələyirlər. Aşağıdakılara əsasən"Azəriqaz" İB-nin Xaçmaz RQİİ-nin Qusar Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş Təbii X4nın pozuntusu haqqında 25 iyun 2023-cü il tarixli ******* nömrəli akt etibarsız hesab edilməli, həmin akt əsasında hesablanmış 25920 m3 qaz sərfiyyatı və həmin sərfiyyata görə ona hesablanmış 3110,40 manat məbləğində borc silinməlidir. Bildirir ki, Xaçmaz RQİİ-nin Qusar Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş "Təbii X4nın pozuntusu haqqında" 25 iyun 2023-cü il tarixli ******* nömrəli aktı o əsassız hesab edərək imza etməkdən imtina etmişdir. Şübhə yoxdur ki, sayğacın hesablayıcı mexanizminin şüşəsini yoldan keçən hər hansı pis niyyətli tanımadığı şəxs də sındıra bilər. Lakin sayğac çıxarılan zaman bütün plomblar yerində olmuşdur. Heç bir ekran və gövdə hissələrində əzik, cızıq, deşik və sınıq izləri aşkar olunmamışdır. Bəlkə o, sayğacın hesablayıcı mexanizminin şüşəsini elə laboratoriyada özləri qəsdən əziblər. Xaçmaz RQİİ-nin Qusar Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 30 mart 2023-cü il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" ******* nömrəli aktda "sayğac qaz buraxmır" qeyd etdikləri halda, "Təbii X4nın pozuntusu haqqında" 25 iyun 2023-cü il tarixli ******* nömrəli aktda “sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi sınıqdır, hesablama mexanizminin iş prinsipinə maneə törədilməsi mümkündür” qeyd edilmişdir. Bu faktın özü həmin aktların uyğunsuzluğunu sübut edir. Beləliklə hesab edir ki, cavabdehin "Təbii X4nın pozuntusu haqqında" 25 iyun 2023-cü il tarixli ******* nömrəli aktına əsasən ona 25920 m3 qaz sərfiyyatının və həmin sərfiyyata görə 3110,40 manat məbləğində pulun hesablanması və ondan bu pulu tələb etməsi əsassızdır. Xaçmaz RQİİ-nin xx.xx.2023-cü il tarixli 14-2-2-8/2-Ə-20xx-xx/2023-367 №-li cavab məktubunda itirilimiş qazın bərpası tələbi ilə 3110,40 manat hesablanaraq abonent hesabına işləndiyi, həmin borcun, o cümlədən müdaxilə nəticəsində yararsız hala salınmış sayğacın dəyərinin onun tərəfindən ödənilməli olduğu, əks təqdirdə qaz təminatının qeyri-şərtsiz dayandırılacağı bildirilmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və izahatında bildirmişdir ki, qaz sayğacı onun həyətindən kənarda quraşdırılmışdır. O, sayğaca hər hansı bir müdaxilə etməmişdir. ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan da göründüyü kimi həmin aktda “sayğacın həyətdə quraşdırılması” barədə heç bir qeyd olmamışdır. Lakin, sonradan həmin aktın surətində sayğacın həyətdə quraşdırılması qeyd olunmuşdur. Bu saxtakarlıq halının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddiaçı sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, o, iddianı müdafiə edir, təmin edilməsini məhkəmədən xahiş edir. Həmçinin bildirmişdir ki, o, şəxsi işləri ilə əlaqədar olaraq məhkəmə iclasına gələ bilmir. Odur ki, işə onun iştirakı olmadan baxaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Cavabdeh nümayəndəsi X1 iddianı qəbul etməmiş, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehnə sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin Birliyin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə tərəfləriniştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Cavabdeh Xaçmaz X5 İdarəsi tərəfindən tərtib edilmiş «təbii X4nın pozulması haqqında» 25 iyun 2023-cü il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus ünvan 1 kəndi ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsi sınıqdır, hesablama mexanizminin iş prinsipinə maneə törədilməsi mümkündür qeyd edilmişdir. Həmçinin, qeyd edilmişdir ki, dəymiş ziyan hesablansın və dəyəri ödənilsin. İddiaçı tərəfindən həmin aktı imzalanmaqdan imtina etmişdir. İşdə olan Cavabdeh Xaçmaz X5 İdarəsi tərəfindən tərtib edilmiş 30 iyun 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, 25 iyun 2023cü il tarixli ******* saylı akt əsasında İddiaçı itirilmiş qazın bərpası üzrə cəmi 25920 kub.metr qaz sərfiyyatı hesablanmışdır. İş materiallarında olan ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, “sayğac qaz buraxmır” qeyd edilmiş digər hal isə qeyd edilməmişdir. İş materiallarında olan ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktın surətindən görünür ki, sayğac qaz buraxmır,həyətdə quraşdırılıb” qeyd edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması
8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X4 ilə tənzimlənir. Maddə 6-2. Müayinə
1. Qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Müayinə zamanı nöqsan və (və ya) pozuntular aşkar edildikdə müayinə aktında texniki xidmətin qaz paylayıcısı, ixtisaslaşmış podratçı və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti tərəfindən bir aydan çox olmayan müddətdə həyata keçirilməsi barədə istehlakçının seçimi qeyd edilməlidir. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarı ilə təsdiq olunmuş “X4” 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qazpaylayıcısı ilə istehlakçı arasında qaz paylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. 3.1.10. bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir; 3.1.11. qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. 4.5. Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsinidayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5- 1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyət orqanlarının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və hüquqi şəxslərin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə hesab edir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı, istehlakçı tərəfindən qazın hesabı tam ödənilməlidir. İstehlakçı fiziki şəxs olarsa, onun qaz sayğacı ilə təchiz edilməsi, quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı dayışır. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan yaşayış evi qaz ilə təchiz edilib, quraşdırılmış sayğacın işlək vəziyyətdə olmasına görə məsuliyyəti iddiaçı deyil, qaz paylayıcı olan cavabdeh daşıdığından, həmin sayğaca iddiaçı tərəfindən müdaxilə edilməsi cavabdeh tərəfindən sübuta yetirilə bilmədiyinə görə iddiaçı barəsində mülki hüquq məsuliyyətinin yaranmasına görə qərar qəbul edilməsi əsaslı hesab edilə bilməz. Belə olan halda qaz sayğacının yararsız vəziyyətə düşməsi nəticəsində hər hansı borc məbləği kimi pul abonentdən tələb edilə bilməz. Göründüyü kimi Cavabdeh Xaçmaz X5 İdarəsi Qusar Qaz Xidməti Sahəsi tərəfindən istehlakçı İddiaçı ünvan 1 kəndi ünvanında yerləşən evi üçün quraşdırılmış qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsi sınıq olması aşkar olunmuş, lakin həmin vaxt həmin sayğaca məhz istehlakçı İddiaçı tərəfindən müdaxilə olunması müəyyən edilməmişdir. Belə olan halda, həmin sayğacı məhz abonent İddiaçı hər hansı şəkildə sayğaca müdaxilə olunması şübhə doğurur. Bundan başqa, qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsi sınıq olması ilə abonentin təbii qazdan istifadə etdiyi aşkar olunması istehlakçı İddiaçı təqsiri heç bir sənədlə və ya sübutla təsdiq olunmur və onun həmin sayğaca müdaxilə etməsi əsaslandırılmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, İddiaçı evi üçün quraşdırılmış qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsi sınıq olması məhz onun tərəfindən həmin sayğaca müdaxilə edilməsi və qaz paylayıcısı olan Cavabdehnə ziyan vurulması kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh“ Azəriqaz” X2 X6 İdarəsinin əməkdaşları tərəfindən tərtib 25 iyun 2023-cü il tarixli ******* saylı “təbii X4nın pozulması haqqında” akt əsasında əsassız hesablanmış 3110.40 (üç min yüz on manat qırx qəpik) manat borc silinməlidir. Məhkəmə hesab edir ki, iş materiallarına əlavə edilmiş ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktları eynidir. İddiaçı tərəfindən həmin akta əlavələr edilməsi halı mövcud ola bilməz, cavabdeh tərəf isə həmin ziddiyatli halları məhkəmədə əsaslandıra bilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh Xaçmaz X7 İdarəsinin Qusar Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 25 iyun 2023-cü il tarixli ******* saylı “təbii X4nın pozulması haqqında” akt əsasında əsassız hesablanmış 3110.40 (üç min yüz on manat qırx qəpik) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM: ƏLİ CƏLİLOV