Məhkəmə qərarları › İş №2(029)-801/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-801/2020

12.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-801/2020 12.11.2020 QUSAR RAYON MƏHKƏMƏSİ HakimVəliyevAdilYaquboğlununsədrliyi, ƏliyevRahibMalik oğlununkatibliyiilə, İddiaçı, onun vəkili X5, cavabdeh və digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Balabəyova (Məmmədova) Şamama Eldar qızının nümayəndəsi Cavabdeh1, Cavabdeh5, Cavabdeh6 MMC-nin nümayəndəsi X7 iştirakları ilə İddiaçı Cavabdeh2 və qeyrilərinə qarşı xx xxx 2018-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh2 və qeyrilərinə qarşı xx xxx 2018-ci il tarixli AN-İ ******* nömrəli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 ilə Cavabdeh6 MMC arasında Qusar rayon Notariat Kontorunda bağlanmış reyestrdə 4Ə-835 sayla qeyd edilmiş AN-İ ******* nömrəli, xx xxx 2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Qusar rayonunda keçirilən aqrar islahat zamanı Qusar rayonu Qayakənd kənd sakinləri Cavabdeh2 və ailə üzvləri Cavabdeh3, Cavabdeh1, X2 Torpağa Mülkiyyət Hüququna dair JN-0063 nömrəli 30101018 nömrəli Dövlət Aktına əsasən 2,49 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin 0,91 ha və 0,4977 ha hissəsi boş torpaq sahəsidir. Həmin torpaq sahəsini cavabdehlər satmaq istədiklərini ona bildirmişlər. xx xxxx 2006-cı il tarixdə Qusar rayon Notariat Kontorunda bağlanmış reyestrdə 4Ə-4-727 nömrə ilə qeyd edilmiş alqı-satqı müqaviləsinə əsasən həmin dövlət aktına əsasən 2,49 ha torpaq sahəsindən 1,42 ha hissəsini 4260 manata satın almışdır. Torpaq sahəsi həmin vaxtdan onun istifadəsindədir. Bu yaxınlarda həmin torpaq sahəsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq istəmişdir. Bu zaman ona məlum olmuşdur ki, cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 adından verilmiş etibarnamə ilə Cavabdeh5 həmin torpaq sahəsini Cavabdeh6 MMC-nə satmışdır. Göründüyü kimi Cavabdeh2 JN-00xx xxx 30101018 olan Dövlət Aktına əsasən 1,42 ha torpaq sahəsini Notariat Kontorunda bağlanmış xx xxxx 2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən ona satmış, daha sonra isə həmin torpaq sahəsini cavabdehlər təkrar olaraq başqa şəxsə satmışlar. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və iddia ərizəsində göstərilən halları təsdiq edərək izahatında göstərmişdir ki, o, 2006-cı ildə JN-00xx xxx 30101018 olan Dövlət Aktına əsasən cavabdehlər Cavabdeh2 və həmin şəxsin ailə üzvləri Cavabdeh3, Cavabdeh1, X2 məxsus olmuş, Qusar rayonu Qayakənd kəndində yerləşən 2,49 ha torpaq sahəsinin 1.42 ha hissəsini 4260 manata satın almış və bu barədə aralarında Qusar rayon Notariat Kontorunda 4Ə/-4-727 reyestr nömrəsi ilə qeydə alınmaqla notariat qaydasında təsdiqlənən xx xxxx 2006-cı il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin vaxtdan həmin torpaq sahəsini istifadə etmiş, lakin adına çıxarış almamışdır. 2020-ci ilin əvvəllərində həmin torpağa dair öz adına çıxarış almaq istəyərkən məlum olmuşdur ki, həmin torpaq sahəsini həmin şəxslər Cavabdeh6 MMC-nə satmışlar. Bu barədə ona xx.xx.2020-ci il tarixdə məlum olmuşdur. Hesab edir ki, həmin torpaq sahəsi ilk olaraq ona satıldığından sonradan həmin torpaq sahəsinin hər hansı şəxsə satılması qanunsuzdur. Ona görə də, cavabdehlər Cavabdeh2 və ailə üzvləri Cavabdeh3, Cavabdeh1, X4 ilə Cavabdeh6 MMC arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. İddiaçı göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili X10 iddianı müdafiə etmiş və İddiaçıla analoji izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh və digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 nümayəndəsi Cavabdeh1 iddianı etiraf etmiş və izahatında göstərmişdir ki, KOD 30101018 JN:0063 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qusar rayonu Qayakənd kəndində yerləşən 2.49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun və ailə üzvlərinin xüsusi mülkiyyətində olmuşdur. 2006-cı ildə o və ailə üzvləri həmin torpaq sahəsinin 1.42 ha hissəsini Elman adlı şəxs vasitəsi ilə İddiaçı satmışlar, bu barədə xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi bağlamışlar. Həmin alqı-satqı müqaviləsi əsasında satılan torpağa dair Raşbilin adına, qalan hissəsinə dair isə onun və ailə üzvlərinin adlarına çıxarış verilməli olmuşdur. Lakin, xeyli müddət həmin çıxarışlar alınmamışdır. O, 2018-ci ildə torpaqların alqı-satqısı ilə məşğul olan Cavabdeh5 özünün və ailə üzvlərinin adından etibarnamə vermişdir ki, yuxarıda qeyd etdiyi, Raşbilə satdıqdan sonra onlara qalmış torpaq sahəsinə dair adlarına çıxarış alsın. Lakin, o, torpaq sahəsinin satılması ilə bağlı etibarnamə verməmişdir. Sonradan ona və ailə üzvlərinə məlum olmuşdur ki, Cavabdeh5 onun və ailə üzvlərinin adından alqı-satqı müqaviləsi bağlayaraq Raşbilə satdıqları 1.42 ha torpaq sahəsini də Cavabdeh6 MMC-nə satmışdır. Halbuki, onların belə bir niyyətləri olmamış və torpaq sahəsinə görə Cavabdeh6 MMC tərəfindən ona və ailə üzvlərinə heç bir pul vəsaiti ödənilməmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh5 iddianı etiraf etmiş və izahatında göstərmişdir ki, o, torpaq sahələrinin alqı-satqısı ilə məşğul olur. Hazırkı işlə bağlı keçmiş “BAKFEM” şirkətinin (indiki Cavabdeh6 MMC) hüquqşünası olan Ramin adlı şəxs ona zəng edərək Cavabdeh2 və ailə üzvlərinə məxsus 1.42 ha torpaq sahəsinin şirkətə satıldığını və həmin torpaq sahəsinin şirkətin adına, qalan hissənin isə Cavabdeh2 və ailə üzvlərinin adlarına rəsmiləşdirilməsini demiş, daha sonra torpaq sahəsinə dair dövlət aktını ona göndərmişdir. Bundan sonra Cavabdeh2 və ailə üzvləri onun adına etibarnamə vermiş və o, alqı-satqı əməliyyatlarını həyata keçirmişdir. O, həmin vaxt torpaq sahəsinə dair Forma-1 arayışı alarkən heç bir hüqüqi maneə ilə rastlaşmamış və buna görə də, notariat qaydasında alqısatqı müqaviləsini bağlamaqla, Cavabdeh2 və ailə üzvlərinin adından 1,42 ha torpaq sahəsini Cavabdeh6 MMC-nə satmışdır. Həmin əməliyyatları həyata keçirmək üçün həmin MMC tərəfindən ona 7850 manat məbləğində pul göndərilmiş, o, alqı-satqı əməliyyatları üçün zəruri olan xərcləri çıxdıqdan sonra qalan pulu MMC-nə geri qaytarmışdır. Lakin, MMC tərəfindən ona satıcılara hər hansı məbləğdə pul verilməsi bildirilməmiş, o, Cavabdeh2 və ailə üzvlərinə torpağa görə heç bir məbləğdə pul verməmişdir. Sonradan isə ona məlum olmuşdur ki, onun Cavabdeh2 və ailə üzvlərinin adından Cavabdeh6 MMC-nə satdığı 1.42 ha torpaq sahəsi həmin şəxslər tərəfindən 2006-cı ildə İddiaçı satılmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh6 MMC-nin nümayəndəsi X8 iddianı etiraf etməmiş və məhkəməyə iddiaya etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, mübahisəli torpaq sahəsi xx xxx 2018-ci il tarixli AN-İ ******* nömrəli, notarial qaydada bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh6 MMC tərəfindən satın alınmışdır. Həmin müqavilə alıcı Cavabdeh6 MMC-nin adından onun etibarnamə üzrə nümayəndəsi Teymur Əliyev tərəfindən, satıcı kimi isə Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tərəfindən imzalanmışdır. Müqavilədə qeyd olunduğu kimi JN:0063 seriya nömrəli, 30101018 kodlu Dövlət Aktına əsasən satıcıların birgə mülkiyyətində olan 2.49 ha torpaq sahəsinin 1,42 ha həcmindəki hissəsi 7850,00 manat müqabilində qanunvericiliyə uyğun qaydada alıcı Cavabdeh6 MMC-nə satılmışdır. Həmin MMC daşınmaz əmlakın dövlət reyestrinə əsaslanaraq torpaq sahəsini satın almış, həmin vaxt Forma-1 arayış alınmış, heç bir məhdudiyyət aşkar olunmamış, daha sonra isə notariat kontorunda depozitə pul qoyulmaqla torpaq sahəsi satın alınmışdır. Həmin pul satıcılara onlar tərəfindən ödənilməmişdir. Bu səbəbdən də, Cavabdeh6 MMC hazırkı halda vicdanlı alıcıdır və ona görə də iddianı əsassız hesab edir. Odur ki, İddiaçı hazırkı iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclasında Cavabdeh6 MMC-nin nümayəndəsi X9 həmçinin iddianı etiraf etməmiş və MMC-nin əvvəlki məhkəmə iclasında iştirak etmiş nümayəndəsi Səfər Səfərlinin göstərdiyi halları təsdiq etdiyini bildirərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, torpaq sahələrinin alqı-satqısı ilə məşğul olur. 2006-cı ildə Cavabdeh2 ona bildirmişdir ki, özünün və ailə üzvlərinin mülkiyyətində olan 2,49 ha torpaq sahəsinin 1,42 ha hissəsini satmaq istəyir. İddiaçı isə həmin torpaq sahəsini almaq istədiyini bildirmiuş və həmin torpaq sahəsi onun vasitəçiliyi ilə Raşbilə satılmışdır. Həmin vaxt Eldar və onun ailə üzvləri notariat kontoruna gəlmişlər və alqı-satqı müqaviləsini imzalamışlar. Həmin vaxtdan uzun müddət keçdiyinə görə torpaq sahəsinin hansı qiymətə satılması yadında qalmamışdır. Üçüncü şəxs Qusar rayon Notariat Ofisinin notariusu və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini 5 saylı X14nin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, tərəflərin izahatlarını və şahid ifadəsini dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, işdə olan Kod 30101018 JN:0063 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qusar rayonu Qayakənd kəndində yerləşən 2.49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və X1 adlarına qeydiyyata alınmışdır. İşdə olan xx xxxx 2006-cı il tarixli 4Ə-4-727 reyestr nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 JN:00xx xxx 30101018 saylı xx.xx.1998-ci il tarixli dövlət aktına əsasən özünə və ailə üzvlərinə məxsus olan 1,42 ha torpaq sahəsini 4260 manata İddiaçı satmışdır. İşdə olan xx.xx.2019-cu il tarixli **********83 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar rayonu Qayakənd kəndi ərazisində yerləşən 1.0704 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 adlarına qeydiyyata alınmışdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X14 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli **********12 saylı məktubdan görünür ki, 2,49 ha torpaq sahəsinə dair verilmiş JN-00xx xxx 30101018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın 1.42 ha hissəsi Qusar rayon notariat kontorunun xx xxx 2018-ci il tarixli 4Ə- 835 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh6 MMC-nin adına özgəninkiləşdirilmiş, yerdə qalan 1.0704 ha hissəsinə isə Cavabdeh1 və ailə üzvlərinin adına dövlət reyestrindən **********83 reyestr nömrəli çıxarış alınmışdır. İşdə olan xx xxx 2018-ci il tarixli AN-İ ******* saylı 4Ə-835 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 adından həmin şəxslərin etibarnamə üzrə nümayəndələri Cavabdeh5 Qusar rayonu Qayakənd kəndində yerləşən 1.42 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini Cavabdeh6 MMC-nə 7850 manata satmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar rayonu Qayakənd kəndi ərazisində yerləşən 2.49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Balabəyova (Məmmədova) Şamama Eldar qızının adlarına qeydiyyata alınmaqla JN-00xx xxx 30101018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. Həmin şəxslər həmin torpaq sahəsinin 1.42 ha hissəsini xx xxxx 2006-cı il tarixli 4Ə-4-727 reyestr nömrəli notarial qaydada təsdiqlənən alqı-satqı müqaviləsinə əsasən 4260 manata İddiaçı satmışlar. Bununla da, İddiaçı həmin torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqlarını əldə etmiş və həmin vaxtdan indiyədək torpaq sahəsindən istifadə edir. Lakin, sonradan Cavabdeh2 və ailə üzvlərinin adından verilmiş etibarnamə əsasında Cavabdeh5 tərəfindən həmin torpaq sahəsi yenidən həmin dövlət aktı əsasında Cavabdeh6 MMC-nə satılmaqla bu barədə xx xxx 2018-ci il tarixli 4Ə-835 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin alqı-satqı müqaviləsi bağlansa da, torpaq sahəsinin mülkiyyətçilərinə torpağın dəyəri ödənilməmiş və ümumiyyətlə həmin müqavilənin bağlanmasından həmin şəxslərin xəbərləri olmamış, alqı-satqıda həmin şəxslər şəxsən iştirak etməmişlər. Bununla da, həmin alqı-satqı müqaviləsi bağlanarkən həm İddiaçı həmin torpaq sahəsi üzərində əldə etmiş olduğu sahiblik və istifadə hüquqları pozulmuş, həm də alqı-satqı əqdi faktiki olaraq torpaq sahəsinin mülkiyyətçiləri olmuş şəxslərin-yəni Cavabdeh2 və ailə üzvlərinin iradə ifadəsini əks etdirməmiş,məzmununa görə qüsurlu olmuşdur. Belə olan halda, həmin alqı-satqı müqaviləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələbləri pozulmaqla bağlanmış və ona görə də, özlüyündə etibarsız əqd olmuşdur. AzərbaycanRespublikasınınMülkiMəcəlləsinin139.1-сi maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məсəllənin 139.3-сü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məjəllənin 140-сı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məсəllənin 146.1-сi maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məсəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və onun ailə üzvlərinin adından etibarnamə əsasında iştirak edən Cavabdeh5 ilə Cavabdeh6 MMC arasında bağlanmış xx xxx 2018-ci il tarixli AN-İ ******* saylı 4Ə-835 reyestr nömrəli alqı-satqı müqaviləsi İddiaçı əmlak hüquqlarını pozduğundan, həmçinin müqavilə üzrə satıcıların iradə ifadəsini əks etdirmədiyindən və bununla da, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələbləri pozulmaqla bağlandığından etibarsız hesab edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş materiallarını tam şəkildə araşdıraraq iddia tələbinin iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla tam sübuta yetirildiyi qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Balabəyova (Məmmədova) Şamama Eldar qızı ilə Cavabdeh6 MMC arasında Qusar rayon Notariat Kontorunda bağlanmış reyestrdə 4Ə-835 sayla qeyd edilmiş AN-İ ******* nömrəli, xx xxx 2018-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar