Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-801/2022 08.08.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon məhkəməsinin hakimi Cəlilov Əli İsa oğlu, İddiaçı cavabdeh “Azəriqaz" İstehsalat Birliyinə qarşı “Əsassız hesablanmış pul məbləğini silinməsinə” dair iddia ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh “Azəriqaz" İstehsalat Birliyinə qarşı “Əsassız hesablanmış pul məbləğini silinməsinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azəriqaz" X1 X2 İdarəsinin Qusar Xidmət Sahəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq tərtib olunmuş ******* saylı 29 oktyabr 2021-ci il tarixli “təbii qazdan istifadə qaydalarının pozulması haqqında" akt əsasında qəbul edilmiş 29 oktyabr 2021-ci il tarixli aktın etibarsız hesab edilməsinə və əsassız hesablanmış 432 (dörd yüz otuz iki) manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddia ərizəsinə əlavə olunmuş sənədlərin surətləri işdə iştirak edən şəxslərin sayına uyğun əlavə olunmamışdır. Həmçinin İddia ərizəsində iddiaçının ünvanı ünvan 1nın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı Bakı şəhərində qeydiyyatdadır, iş materiallarına iddiaçının yaşayış yeri barədə arayış əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Azəriqaz" İstehsalat Birliyinə qarşı “Əsassız hesablanmış pul məbləğini silinməsinə” dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddaiçıya geri qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : İddiaçı cavabdeh “Azəriqaz" İstehsalat Birliyinə qarşı “Əsassız hesablanmış pul məbləğini silinməsinə” dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçı təkrarən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №2(029)-801/2022
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-801/2022
08.08.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver