Məhkəmə qərarları › İş №2(029)-809/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-809/2020

16.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-809/2020 16.09.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi3 iştirakları ilə Ərizəçi1, Cəbrayılova (Əlimirzəyeva) Ruhiyyə Dünyaməddin qızının və Ərizəçi3 maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X23rşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizələri üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi1, Cəbrayılova (Əlimirzəyeva) Ruhiyyə Dünyaməddin qızı və Ərizəçi3 maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X23rşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X16”nın, “X10”nın və “X13”nun adlarına verilmiş JN:034F KOD 30116028 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin onlara-yəni Cəbrayılova (Əlimirzəyeva) Ruhiyyə Dünyaməddin qızına, X6 və Ərizəçi1 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən X20 xx xxx 1998-ci il tarixli 7/8 saylı qərarına əsasən onlara-yəni X6, Cəbrayılova (Əlimirzəyeva) Ruhiyyə Dünyaməddin qızına və Ərizəçi1 Qusar rayonu Əvəcuq kəndi ərazisindən 0,25 ha fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulan həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə onların mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN:034F KOD 30116028 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə təsdiq edilmişdir. Həmin şəhadətnamədə ərizəçi X2 səhvən “Əlirzayev”, ərizəçi Cəbrayılova (Əlimirzəyeva) Ruhiyyə Dünyaməddin qızının soyadı səhvən “Əlirzayeva” və Ərizəçi1 soyadı və atasının adı səhvən “X16” qeyd edilmişdir. Şəxsiyyətlərini təsdiq edən bütün sənədlərdə onların soyadları “Əlimirzəyev(a)” kimi qeyd edilmiş, ərizəçi Naziratın ata adı isə “Şixbala qızı”dir. Əslində həmin şəhadətnamədə də onların soyadları şəxsiyyətlərini təsdiq edən sənədə uyğun qeyd edilməli idi. Bu yaxınlarda onlar həmin şəhadətnamədə olan torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən sənədləri almaq üçün maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X25 müraciət etmişlər, lakin JN:034F KOD 30116028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə soyadları səhvən “Əlirzayev(a)” kimi, həmçinin Ərizəçi1 ata adı səhvən “Şıxbala qızı” qeyd edildiyi üçün həmin idarə onlara həmin sənədləri verməkdən imtina etmişdir. Ona görə də, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN:034F KOD 30116028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin onlara məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1 Şixbaıla qızı və X11 ərizədə göstərilən halları təsdiq etmişlər və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Ərizəçi Cəbrayılova (Əlimirzəyeva) Ruhiyyə Dünyaməddin qızı və maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X24 nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, həmin şəxslər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, ərizəçilərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan KOD 30116028 JN:034F saylı torpağın mülkiyyətəverilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Qusar rayon X20 xx xxx 1998-ci il tarixli 7/8 nömrəli qərarı ilə Qusar rayonu Əvəcuq kəndində yerləşən 0.25 ha torpaq sahəsi X12, X5 və X9 xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan Qusar rayon İHB-nın Köhnə Xudat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli 285 saylı arayışdan görünür ki, JN:034F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Ərizəçi1 soyadı səhvən Əlirzayeva, X1 səhvən Əlirzayeva, X2 səhvən Əlirzayev yazılmışdır. Əslində şəxsiyyəti təsdiq edən sənəddə Ərizəçi1, X7 və X11 yazılmışdır və şəhadətnamədə elə oxunmalıdır. İşdə olan AZ-İİ 076744 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X7 xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar və Ruhiyyə Əlimirzəyeva “Cəbrayılova” soyadını qəbul etmişdir. İşdə olan Seriya AZE 0*******, Seriya AZE 157292 və Seriya AZE ******** saylı şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Nazirat adlı ərizəçinin soyadı “Əlimirzəyeva”, ata adı “Şixbala qızı”, Ruhiyyə adlı ərizəçinin soyadı “Cəbrayılova”, Seymur adlı ərizəçinin soyadı isə “Əlimirzəyev”dir. İşdə olan vətəndaşların şəxsiyyət vəsiqələri barədə elektron məlumatların çıxarışlarından görünür ki, “X16”, “X10” və “X13” adlı şəxslər mövcud deyildir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X24xx.xx.2020-ci il tarixli **********63 saylı məktubundan görünür ki, DT və XK tərəfindən verilmiş JN-034F KOD 30116028 saylı torpağın mülkiyyətəverilməsinə dair şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi həmin idarənin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət etməsi X6 tövsiyyə edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçilərtərəfindən təqdim edilmiş Qusar rayonu Əvəcuq kəndində yerləşən 0.25 ha torpaq sahəsinə dair verilmiş KOD 30116028 JN:034F saylı torpağın mülkiyyətəverilməsinə dair şəhadətnamə onlar üçün hüquq müəyyənedici sənəddir, belə ki, həmin sənəd əsasında onlarqanunla müəyyən edilmiş qaydada sərəncamhüquqlarını həyata keçirməlidirlər. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, Qusar rayonu Əvəcuq kəndində yerləşən 0.25 ha torpaq sahəsinə dair verilmiş şəhadətnamədə hüquq sahibləri kimi göstərilmiş şəxslər məhz ərizəçilər Ərizəçi1, Cəbrayılova (Əlimirzəyeva) Ruhiyyə Dünyaməddin qızı və X8r.Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçilərin öz tələblərinin əsası kimi istinad etdikləri hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Qusar rayonu Əvəcuq kəndində yerləşən 0.25 ha torpaq sahəsinə dair tərtib olunmuş KOD 30116028 JN:034F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi1, Cəbrayılova (Əlimirzəyeva) Ruhiyyə Dünyaməddin qızına və X6 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar