Məhkəmə qərarları › İş №2(029)-810/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-810/2020

04.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-810/2020 04.11.2020 QUSAR RAYON MƏHKƏMƏSİ HakimVəliyevAdilYaquboğlununsədrliyi X14katibliyiilə, Ərizəçi və digər ərizəçilər Ərizəçi1, Ərizəçi3 nümayəndəsi Ərizəçi2 iştirakı ilə Ərizəçi1, Ərizəçi3, Ərizəçi2 və İbrahimova (Atayeva) Mislimat Kamal qızınınmaraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X15rşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizələri üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi1, Ərizəçi3, Ərizəçi2 və İbrahimova (Atayeva) Mislimat Kamal qızımaraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X15rşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək Qusar rayon X9 xx xxxx 2000-ci il tarixli 08/03 saylı qərarı ilə X5, X6, Ərizəçi2 Hacıkamal oğlunun, Ərizəçi3 Hacıkamal oğlunun və X2 adına verilmiş Torpağa Mülkiyyət Hüququna dair JN 3xx xxx 30112018 saylı Dövlət Aktının onlara-yəni ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Atayeva (İbrahimova) Mislimat Kamal qızına məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Qusar rayon X9 xx xxxx 2000-ci il tarixli 08/03 saylı qərarı ilə ailə üzvlərinə-X7, Ərizəçi1lna, Ərizəçi2, Ərizəçi3 və X8 Qusar rsyonu Düztahir kəndi ərzisindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün 4,69 ha pay torpaq sahəsi mülkiyyətlərinə verilmiş və bu barədə Torpağa Mülkiyyət Hüququna dair JN 3xx xxx 30112018 saylı Dövlət Aktı verilmişdir. Həmin aktda ərizəçilərin adları səhvən Ərizəçi1 əvəzinə X3, Ərizəçi2 əvəzinə Ərizəçi2 Hacıkamal oğlu kimi, Ərizəçi3 əvəzinə Ərizəçi3 Hacıkamal oğlu kimi, X11 əvəzinə X1 yazılmışdır. X12 xx xxxx 2017-ci il tarixdə vəfat etmişdir. Qeyd olunan torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması üçün tərəflərindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X18 xx.xx.2019-cu il tarixdə müraciət olunmuş, həmin müraciətə verilmiş xx.xx.2019-cu il tarixli cavab məktubunda yuxarıda göstərilən dövlət aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqların aradan qaldırılması və düzəlişlərin həyata keçirilməsi 5 saylı Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı və bununla əlaqədar məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ərizəyə əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, həmin sənədlərdə ad, soyad və ata adları müvafiq olaraq Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Atayeva (İbrahimova) Mislimat Kamal qızıdır. Yuxarıda göstərilən dövlət aktının əsli naməlum şəraitdə itmiş və bu barədə tərəflərindən Qusar RPŞ-nin Həzrə PB-nə və “Qusar” qəzetinə məlumat verilməklə həmin dövlət aktı itdiyi üçün rəsmi qaydada etibarsız sayılmışdır. Məhkəmə iclasındaərizəçi və digər ərizəçilər Ərizəçi1, Ərizəçi3 nümayəndəsi Ərizəçi2 ərizədə göstərilən halları təsdiq etmiş və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi İbrahimova (Atayeva) Mislimat Kamal qızı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şəxs məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X17 nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, ərizəçilərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan KOD 30112018 JN:304 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Qusar rayon X9 xx xxxx 2000-ci il tarixli 08/03 nömrəli qərarı ilə Qusar rayonu Düztahir kəndində yerləşən 4.69 ha torpaq sahəsi “X12”nun, “X10”nın, “Ərizəçi2 Hacıkamal oğlu”nun, “Ərizəçi3 Hacıkamal oğlu”nun və “X4”nın xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan Qusar rayon İHB-nın Düztahir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli 319 saylı arayışdan görünür ki, JN-3xx xxx 30112018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktında səhvən Ərizəçi1 adı X3, Ərizəçi2 adı Ərizəçi2 Hacımakal oğlu kimi, Ərizəçi3 adı Ərizəçi3 Hacıkamal oğlu kimi, İbrahimova (Atayeva) Mislimat Kamal qızının adı X1 yazılmışdır. Əslində isə onların adları Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, İbrahimova (Atayeva) Mislimat Kamal qızı kimi yazılmalı və oxunmalıdır. İşdə olan Qusar RPŞ-nin Həzrə Polis Bölməsinin xx.xx.2019-cu il tarixli 174 saylı arayışından görünür ki, Qusar rayonu Düztahir kənd sakini Ərizəçi1 xx.xx.2019-cu il tarixdə həmin bölməyə müraciət edərək mərhum həyat yoldaşı X5 adına verilmiş JN-304, kod:30112018 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktının naməlum şəraitdə itməsini bildirmişdir. Keçirilmiş axtarış tədbirləri nəticəsində naməlum şəraitdə itmiş JN- 304, kod:30112018 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktının tapılması mümkün olmamışdır. İşdə olan “Qusar” qəzetinin xx xxxxx 2019-cu il tarixli buraxılışında verilmiş elandan görünür ki, JN-304, kod:30112018 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı itdiyinə görə etibarsız hesab edilmişdir. İşdə olan Seriya AZE 0*******, Seriya AZE ********, Seriya AZE ******** və Seriya AZE ******** saylı şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, ərizəçilərin soyadları, adları və ata adları müvafiq olaraq Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və İbrahimova (Atayeva) Mislimat Kamal qızıdır. İşdə olan AZ-İ 234302 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə X11 xx xxxx 2006-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar və Mislimat Atayeva “İbrahimova” soyadını qəbul etmişdir. İşdə olan AZ-İ 863036 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx xxxx 2017-ci il tarixdə Qusar rayonu Düztahir kəndində ölmüşdür. İşdə olan vətəndaşların şəxsiyyət vəsiqələri barədə elektron məlumatların çıxarışlarından görünür ki, “X10”, “Ərizəçi2 Hacıkamal oğlu”, “Ərizəçi3 Hacıkamal oğlu” və “İbrahimova (Atayeva) Mislimat Hacıkamal qızı” adlı şəxslər mövcud deyildir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X17xx.xx.2019-cu il tarixli **********13 saylı məktubundan görünür ki, DT və XK tərəfindən verilmiş JN-3xx xxx 30112018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi həmin idarənin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət etməsi Ərizəçi2 tövsiyyə edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçilərtərəfindən təqdim edilmiş Qusar rayonu Düztahir kəndində yerləşən 4.69 ha torpaq sahəsinə dair verilmiş KOD 30112018 JN:304 saylı torpağa mülkiyyət hüququna dair dövlət akrı onlar üçün hüquq müəyyənedici sənəddir, belə ki, həmin sənəd əsasında onlarqanunla müəyyən edilmiş qaydada sərəncamhüquqlarını həyata keçirməlidirlər. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, Qusar rayonu Düztahir kəndində yerləşən 4.69 ha torpaq sahəsinə dair verilmiş dövlət aktında hüquq sahibləri kimi göstərilmiş şəxslər məhz ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və İbrahimova (Atayeva) Mislimat Kamal qızıdır.Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçilərin öz tələblərinin əsası kimi istinad etdikləri hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Qusar rayonu Düztahir kəndində yerləşən 4.69 ha torpaq sahəsinə dair tərtib olunmuş KOD 30112018 JN:304 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və İbrahimova (Atayeva) Mislimat Kamal qızınaməxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar