Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-810/2025 19.08.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6, Maraqlı şəxs7 və Maraqlı şəxs1nə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə, Müəyyənetdi: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6, Maraqlı şəxs7 və Maraqlı şəxs1nə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən X8, X4, Maraqlı şəxs7, Maraqlı şəxs6, Maraqlı şəxs4, X11, X18 və X12 adlarına verilmiş JN:0001 KOD 30120038 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının X13, Maraqlı şəxs2, Maraqlı şəxs7, Maraqlı şəxs6, Maraqlı şəxs4, X14, Ərizəçi və Maraqlı şəxs3, məxsus olması faktının müəyyən edilməsinə dair və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən X8, Maraqlı şəxs7, Maraqlı şəxs6, Maraqlı şəxs4, X19, Maraqlı şəxs3 və X15 adlarına verilmiş JN:003A KOD 30120005 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X13, Maraqlı şəxs7, Maraqlı şəxs6, Maraqlı şəxs4, Ərizəçi, Maraqlı şəxs3 və Maraqlı şəxs5 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 25 iyunr 1998ci il tarixli 11/8 nömrəli qərarına əsasən onun və ailə üzvlərinin mülkiyyətinə Qusar rayonu Aşağı Qər kəndi ərazisindən 14,69 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədləri üçün pay torpaq sahəsi və 0.30 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahələrinə dair mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN:0001 KOD 30120038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı və JN:003A KOD 30120005 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə təsdiq edilmişdir. Yuxarıda qeyd olunan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN:0001 KOD 30120038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktında Maraqlı şəxs2 adı səhvən X2, mərhum X10 adı səhvən X34 kimi və Ərizəçi yəni onun adı səhvən X7 göstərilmişdir. Şəxsiyyətlərini təsdiq edən bütün sənəddə isə Maraqlı şəxs2, X22 və Ərizəçi kimi deyd olunmuşdur. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN:003A KOD 30120005 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Ərizəçi adı yəni onun adı səhvən X5 və Maraqlı şəxs5 adı səhvən X36 kimi göstərilmişdir. JN:0001 KOD 30120038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktında və JN:003A KOD 30120005 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə onların soyadları, adları və ata adları şəxsiyyətlərini təsdiq edən sənədlərə uyğun qeyd edilməli idi. Qeyd olunan JN:0001 KOD 30120038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktına və JN:003A KOD 30120005 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən özünə məxsus olan 14.69 ha və 0.30 ha torpaq sahələrinin üzərinə mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişlər. Lakin həmin idarə tərəfindən onlara bildirilmişdir ki, hüquqmüəyyənedici sənədlərlə şəxsiyyəti təsdiq edən sənədlər arasında uyğunsuzluq vardır, bu səbəbdən də sənədin verilməsi mümkün deyildir. Ona görə də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:0001 KOD 30120038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktının və JN:003A KOD 30120005 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin onlara məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişlər ki, o, ərizəni müdafiə edir. Həmçinin bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar məhkəmə iclaslarına gələ bilmir, işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6, Maraqlı şəxs7 və Maraqlı şəxs1nə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq həmin şəxslər və həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan KOD 30120005 JN-003A saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli 11/8 saylı qərarı ilə Qusar rayonu Aşağı Ləgər kəndində yerləşən 0.30 ha torpaq sahəsi X8, Maraqlı şəxs7, Maraqlı şəxs6, Maraqlı şəxs4, X19, Maraqlı şəxs3 və X15 xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan JN:0001 KOD 30120038 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli 11/8 saylı qərarı ilə Qusar rayonu Aşağı Ləgər kəndində yerləşən 14.69 ha torpaq sahəsi X8, X4, Maraqlı şəxs7, Maraqlı şəxs6, Maraqlı şəxs4, X11, X18 və X12 xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan Qusar RİHB-nın Sudur kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 24 dekabr 2024-cü il tarixli 141 saylı arayışdan görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli 11/8 saylı qərarı ilə 8 (səkkiz nəfərin mülkiyyətinə verilmiş 14.69 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnu müəyyən edən JN-0001 kod 30120038 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında mülkiyyətçi kimi göstərilmiş "X9"nın faktiki adı" Maraqlı şəxs2" (şəxs.vəsiq.AZE N 0*******; xx.xx.2005 -ci il tarixdə Qusar RPŞ tər. verilmiş olduğu halda səhvən "Fakiyat Misirxan" qızı kimi gostərilmişdir.Mülkiyyətçi kimi göstərilmiş “X29”nun faktiki adı "X25" (şəxs.vəs.AZE N********; xx.xx.2015-ci il tarixdə Qusar RPŞ tərəfindən verilmiş olduğu halda səhvən "X26" kimi göstərilmişdir. Mülkiyyətçi kimi göstərilmiş "X34" qızının faktiki adı "X22" olduğu halda atasının adı səhvən "Əlixan" qızı kimi yazılmışdır. İşdə olan Qusar RİHB-nın Sudur kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 17 fevral 2025ci il tarixli 5-63-33/2-A-13-xx-xx/2025 saylı arayışdan görünür ki, Qusar rayon Aqrar islahat Komissiyasının 25 iyun 1998-cı ıl tarixli 11/8 saylı qərarı ilə verilmiş JN-003A kod 30120005 olan Torpağın mülkiyyətə verilmiş şəhadətnamədə mülkiyyətçi kimi göstərilmiş X15 adı səhv yazılmış, faktiki adı Maraqlı şəxs5dur, (şəxsiyyət vəsiqəsi AA*******; xx.xx.2021 -ci ıl tarixdə ASAN QUBA tərəfindən verilmiş), mülkiyyətçi kimi göstərilmiş X1 səhv yazılmış, faktiki soyadı X3 oxunmalıdır (şəxsiyyət vəsiqəsi AZE ********; xx.xx.2013-cü il tarixdə Qusar RPŞ tərəfindən verilmiş). İşdə olan Qusar RİHB-nın Sudur kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 20 fevral 2025ci il tarixli 5-63-33/2-A-17-xx-xx/2025 saylı arayışdan görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli 11/8 saylı qərarı ilə verilmiş JN- 003 A kod 30120005 olan Toıpağin mülkiyyətə verilməsinə dair şəhadətnamədə torpaq mülkiyyətçisi kimi göstərilmiş X15 adı səhv yazılmış, faktiki adı Maraqlı şəxs5dur (şəx.vəs.AA*******;xx.xx.2021-ci il tarixdə ASAN QUBA tərəfindən verilmiş), torpaq mülkiyyətçisi kimi göstərilmiş X1 səhv yazılmış, faktiki soyadı Maraqlı şəxs3 kimi oxunmalıdır ( şəxsiyyət vəsiqəsi AZE ********; xx.xx.2013-cü il tarixdə Qusar RPŞ tərəfindən verilmiş), mülkiyyətçi kimi göstərilmiş X16 adı səhv yazılmış faktiki adı X21r(doğum haqqında şəhadətnamə Vİİ-JQ N282540; xx.xx.1980-ci il tarixdə Qusar rayon Sudur kənd soveti tərəfindən verilmiş). İşdə olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs7 xx xxx 1974-cü ildə anadan olmuşdur. İşdə olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs6 xx xxxxxx 1982-ci ildə anadan olmuşdur. İşdə olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs5 xx xxxxxx 1998-ci ildə anadan olmuşdur. İşdə olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs4 xx xxxxxxx 1984-cü ildə anadan olmuşdur. İşdə olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs7 xx xxx 1974-cü ildə anadan olmuşdur. İşdə olan AZE******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs3 xx xxxx 1978-ci ildə anadan olmuşdur. İşdə olan AZE0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs2 xx xxxxxxx 1948-ci ildə anadan olmuşdur. İşdə olan AZE******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1980-cı ildə anadan olmuşdur. İşdə olan Vİ-ЖГ 491205 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X27 ilə X17 nikahları 24 fevral 2002-ci il tarixdə rəsmiləşdirilmişdir. İşdə olan Vİİ-ЖГ 326804 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs7 ilə X12 nikahları 06 aprel 1998-ci il tarixdə rəsmiləşdirilmişdir. İşdə olan V- ЖГ 331443 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 19 may 1999-cu ildə ölmüşdür. İşdə olan AZ-İ 422841 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 xx.xx.2010-cu ildə ölmüşdür. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, JN:003A KOD 30120005 saylı torpağım mülkiyyətə verilməsinə dair Şəhadətnamədə və JN:0001 KOD 30120038 saylı torpağım mülkiyyətə verilməsinə dair Şəhadətnamədə yuxarıda qeyd olunan səhvlərə yol verilmişdir. Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Ona görə də, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən X8, X4, Maraqlı şəxs7, Maraqlı şəxs6, Maraqlı şəxs4, X11, X18 və X12 adlarına verilmiş JN:0001 KOD 30120038 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının X13, Maraqlı şəxs2, Maraqlı şəxs7, Maraqlı şəxs6, Maraqlı şəxs4, X14, Ərizəçi və Maraqlı şəxs3, məxsus olması faktının müəyyən olunmalı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən X8, Maraqlı şəxs7, Maraqlı şəxs6, Maraqlı şəxs4, X19, Maraqlı şəxs3 və X15 adlarına verilmiş JN:003A KOD 30120005 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X13, Maraqlı şəxs7, Maraqlı şəxs6, Maraqlı şəxs4, Ərizəçi, Maraqlı şəxs3 və Maraqlı şəxs5 məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçilərin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən X8, X4, Maraqlı şəxs7, Maraqlı şəxs6, Maraqlı şəxs4, X11, X18 və X12 adlarına verilmiş JN:0001 KOD 30120038 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının X13, Maraqlı şəxs2, Maraqlı şəxs7, Maraqlı şəxs6, Maraqlı şəxs4, X14, Ərizəçi və Maraqlı şəxs3, məxsus olması faktının müəyyən olunsun, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən X8, Maraqlı şəxs7, Maraqlı şəxs6, Maraqlı şəxs4, X19, Maraqlı şəxs3 və X15 adlarına verilmiş JN:003A KOD 30120005 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X13, Maraqlı şəxs7, Maraqlı şəxs6, Maraqlı şəxs4, Ərizəçi, Maraqlı şəxs3 və Maraqlı şəxs5 məxsus olması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-810/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-810/2025
19.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver