Məhkəmə qərarları › İş №2(029)-812/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-812/2020

16.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-812/2020 16.09.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev AdilYaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Ərizəçilər Cavadova (Xanbabayeva) Səbinə Ziyafəddin qızının və Ərizəçi3 iştirakları ilə Cavadova (Xanbabayeva) Səbinə Ziyafəddin qızının, Ərizəçi2 və Ərizəçi3maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X9rşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizələri üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cavadova (Xanbabayeva) Səbinə Ziyafəddin qızı, Ərizəçi2 və Ərizəçi3maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X9rşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X8”nun, “X3”nın, “Ərizəçi2 Günəş qızı”nın, “Ərizəçi3 Günəş qızı”nın adlarına verilmiş JN:1xx xxx 30123018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara-yəni Cavadova (Xanbabayeva) Səbinə Ziyafəddin qızına, Ərizəçi2, Ərizəçi3 və digər mülkiyyətçi X5 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən ərizəçilərin mülkiyyətlərinə Qusar rayonu Xuray kəndi ərazisindən 2,52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə onların mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN:1xx xxx 30123018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq edilir. Həmin Dövlət Aktında ərizəçi Cavadova (Xanbabayeva) Səbinə Ziyafəddin qızının ata adı səhvən “Bəkir”, Ərizəçi2 ata adı səhvən “Günəş”, Ərizəçi3 ata adı səhvən “Günəş” qeyd edilmişdir. Torpaq sahəsinin digər mülkiyyətçisi X8 xx xxxxx 2011-ci il tarixdə vəfat etmişdir. Ərizəçi3 hələ yetkinlik yaşına çatmamış, xx xxxxxxx 2001-ci il tarixdə mərhum X8 tərəfindən övladlığa götürülmüş və onun ata adı “Günəşli” adından “Cavad” adına dəyişdirilmişdir. Lakin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən onların adlarına JN:1xx xxx 30123018 saylı Dövlət Aktı verilərkən Ərizəçi3 hələ övladlığa götürülməmiş və həmin Dövlət Aktında onun ata adı ilkin doğum haqqında şəhadətnaməyə uyğun “Günəşli” qeyd edilməli olmuşdur. Bu yaxınlarda onlar həmin Dövlət Aktında olan torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən sənədləri almaq üçün maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X12 müraciət etmişlər, lakin JN:1xx xxx 30123018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında ərizəçi Cavadova (Xanbabayeva) Səbinə Ziyafəddin qızının ata adı səhvən “Bəkir”, Ərizəçi2 ata adı səhvən “Günəş”, mülkiyyətçi Ərizəçi3 ata adı səhvən “Günəş” qeyd edildiyi üçün həmin idarə onlara həmin sənədləri verməkdən imtina etmişdir. Ona görə də, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN:1xx xxx 30123018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının onlara məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Məhkəmə iclasında ərizəçilər Cavadova (Xanbabayeva) Səbinə Ziyafəddin qızı və Ərizəçi3 ərizədə göstərilən halları təsdiq etmişlər və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Ərizəçi2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şəxs məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X11 nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, ərizəçilərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan KOD 30123018 JN:169 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Qusar rayon X4 xx xxxx 1998-ci il tarixli 11/9 nömrəli qərarı ilə Qusar rayonu Xuray kəndində yerləşən 2.52 ha torpaq sahəsi “X8”nun, “X3”nın, “Ərizəçi2 Günəş qızı”nın və “Ərizəçi3 Günəş qızı”nın xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan Qusar rayon İHB-nın Xuray kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 340 saylı arayışdan görünür ki, həqiqətən JN:1xx xxx 30123018 saylı Dövlət Aktında səhv olaraq X3, Ərizəçi2 Günəş qızı, Ərizəçi3 Günəş qızı qeyd olunmuşdur. Əslində Xanbabayeva (Cavadova) Səbinə Ziyafəddin qızı, Ərizəçi2 və Ərizəçi3 Günəşli qızı oxunmalıdır. İşdə olan İİ-JQ 408529 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx.xx.1973-cü ildə Qusar rayonu Suvacal kəndində anadan olmuşdur. İşdə olan XVİİİ-JQ 349127 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1993-cü ildə Qusar rayonu Xuray kəndində anadan olmuşdur. İşdə olan XVİİİ-JQ 466000 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi3 Günəşli qızı xx xxxxxx 1994-cü ildə Qusar rayonu Xuray kəndində anadan olmuşdur. İşdə olan İ-JQ 272143 saylı övladlığa götürmə haqqında və AZ-İ 058788 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavadova X7 Cavad Balabəy oğlu tərəfindən övladlığa götürülmüş və Ərizəçi3 ata adı “Cavad qızı” göstərilməklə adına yeni doğum haqqında şəhadətnamə verilmişdir. İşdə olan AZ-İ 461837 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx xxxxx 2011-ci il tarixdə Qusar rayonu Xuray kəndində ölmüşdür. İşdə olan Seriya AZE 0*******, AA0323022 və AA******* saylı şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Səbinə adlı ərizəçinin ata adı “Ziyafəddin qızı”, Pərvin adlı ərizəçinin ata adı “Günəşli qızı”, Nərmin adlı ərizəçinin ata adı isə “Cavad qızı”dır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X11xx.xx.2020-ci il tarixli **********82 saylı məktubundan görünür ki, DT və XK tərəfindən verilmiş JN-1xx xxx 30123018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi həmin idarənin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət etməsi Xanbabayeva (Cavadova) Səbinə Ziyafəddin qızına tövsiyyə edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçilərtərəfindən təqdim edilmiş Qusar rayonu Xuray kəndində yerləşən 2.52 ha torpaq sahəsinə dair verilmiş KOD 30123018 JN:169 saylı torpağa mülkiyyət hüququna dair dövlət akrı onlar üçün hüquq müəyyənedici sənəddir, belə ki, həmin sənəd əsasında onlarqanunla müəyyən edilmiş qaydada sərəncamhüquqlarını həyata keçirməlidirlər. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, Qusar rayonu Xuray kəndində yerləşən 2.52 ha torpaq sahəsinə dair verilmiş şəhadətnamədə hüquq sahibləri kimi göstərilmiş şəxslər məhz ərizəçilər Cavadova (Xanbabayeva) Səbinə Ziyafəddin qızı, Ərizəçi2 və Ərizəçi3, həmçinin xx xxxxx 2011-ci il tarixdə vəfat etmiş mərhum X6r.Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçilərin öz tələblərinin əsası kimi istinad etdikləri hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Qusar rayonu Xuray kəndində yerləşən 2.52 ha torpaq sahəsinə dair tərtib olunmuş KOD 30123018 JN:169 saylı torpağa mülkiyyəthüququna dair dövlət aktının Cavadova (Xanbabayeva) Səbinə Ziyafəddin qızına, Ərizəçi2, Ərizəçi3 və mərhum X5 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar