Məhkəmə qərarları › İş №2(029)-813/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-813/2025

16.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-813/2025 16.10.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, KOD 301 12028 JN-103 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın digər mülkiyyətçilərlə birlikdə ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, KOD 30112028 JN-103 saylı “Torpağ mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən Qusar rayonu Gican kəndində yerləşən 3.18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgəlik əsasında xüsusi mülkiyyət hüququ üzrə ona və ailə üzvləri X7 və X4 məxsusdur. X8 xx.xx.2006-cı il tarixdə, X10 05 mart 2011-ci il tarixdə vəfat etmişlər. Bu yaxınlarda o, torpaq sahəsinə dair mülkiyyət hüququnun təkrar qeydiyyatı ilə bağlı müvafiq qeydiyyat orqanı olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərkən məlum olmuşdur ki, onun şəxsiyyətini təsdiq edən sənəddə adı “Ərizəçi” olduğu halda Torpağa mülkiyyət hüququna dair Dövlət Akında adı səhvən “X9” göstərilmişdir. Həmin səhvə görə isə o, torpaq sahəsinə dair mülkiyyət hüququnu həyata keçirə bilmir. Bildirir ki, KOD 30112028 JN-103 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda onun adının səhv yazılması yaşadığı və torpaq sahəsinin yerləşdiyi kənd üzrə icra nümayəndəliyi tərəfindən verilmiş arayışla təsdiq olunur. KOD 30112028 JN-103 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” həmin sənəddə göstərilən torpaq sahəsinə dair onun mülkiyyət hüququnu həyata keçirmək üçün əsas hüquqmüəyyənedici sənədlərdir və ona görə də hesab edir ki, həmin sənədin digər mülkiyyətçilərlə birlikdə ona, yəni Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişlər ki, o, ərizəni müdafiə edir. Həmçinin bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar məhkəmə iclaslarına gələ bilmir, işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan KOD 30112028 JN-103 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2000-ci il tarixli 08/04 saylı qərarı və Qusar rayin İHB-nın xx.xx.2001-ci il tarixli 61 saylı qərarı ilə Qusar rayonu Gican kəndində yerləşən 3.18 ha torpaq sahəsi X5, X2 və X3 xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan AZ-İ 411030 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 05 mart 2011-ci ildə ölmüşdür. İşdə olan AZ-İ 020874 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 31 dekabr 2006-cı ildə ölmüşdür. İşdə olan AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1977ci ildə anadan olmuşdur. İşdə olan Qusar RİHB-nln Düztahir kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 05 dekabr 2024-cü il tarixli 394 saylı arayışın surətindən görünür ki, JN-103 kod 30112028 olan torpağa |kiyyət hüququna dair dövlət aktında Ərizəçi adı səhvən X1 yazılmışdır. Əslində isə onun adı Ərizəçi kimi yazılmalı və oxunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, KOD 301 12028 JN-103 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda hüquq sahibi kimi qeyd olunmuş şəxslər məhz Ərizəçi və mərhumlar X10 və X6r. Lakin, həmin Dövlət aktında yuxarıda qeyd olunan səhvlərə yol verilmişdir. Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Ona görə də, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən X10, X8 və X3 adlarına verilmiş KOD 301 12028 JN-103 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın X7, X4 və Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçilərin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. KOD 30112028 JN-103 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın digər mülkiyyətçilərlə birlikdə ona, yəni Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar