Məhkəmə qərarları › İş №2(029)-822/2025

Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-822/2025

25.08.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-822/2025 25.08.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus olan, Qusar rayonu Qalacıq kəndi, Bakı-Rostov yolunun kənarında yerləşən qeyri-yaşayış binasına (mağaza) bitişik inşa olunmuş yardımçı tikilinin (tövlə binası) Cavabdeh öz hesabına sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, o, iddianı qəbul etmir. Eyni tərəflər arasında eyni tələb üzrə işə artıq bir dəfə baxılmış və müvafiq məhkəmələr tərəfindən müvafiq qərarlar qəbul edilmişdir. Belə ki, İddiaçı ona qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon Məhkəməsində baxılmış və həmin Məhkəmənin xx.xx.2023-cü il tarixli 2(029)-52/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan tərəf qətnamədən apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 131/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Qusar rayon Məhkəməsinin məlum qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayətidə qeyri-mümkün hesab edilmişdir. Odur ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul etməkdən imtina edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, mübahisə olunan obyektin 2023cü ilin qətnaməsində də, hazırkı iddia tələbində tövlə binasının olduğunu bildirmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan: Qusar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(029)-52/2023 saylı qətnaməsi ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin buraxılması, özbaşına tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qətnaməsi Qusar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(029)-52/2023 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasia şikayəti qeyri mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 261.0.3. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair xarici dövlətin məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi varsa və həmin qətnamə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınmış və icraya qəbul edilmişsə Hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə iclasında İddiaçı məhkəmə iclasında izahatında mübahisə olunan obyektin 2023-cü ilin qətnaməsində də, hazırkı iddia tələbində tövlə binasının olduğunu bildirdiyindən, həmin hallara dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olduğundan iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsində tələb etdiyi hallarla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olduğundan iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən bank rekvizitləri təqdim edilmədiyindən, işə baxılması üçün ödənilmiş dövlət rüsumunun iddiaçıya qaytarılması mümkünsüzdür. İddiçıya izah edilməlidir ki, o, bank rekvizitlərini təqdim etməklə, məhkəməyə rüsumun qaytarılmasına dair ərizə ilə müraciət etdiyi təqdirdə rüsum geri qaytarıla bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki işin icraatına xitam verilsin. İddiçıya izah edilsin ki, o, bank rekvizitlərini təqdim etməklə, məhkəməyə rüsumun qaytarılmasına dair ərizə ilə müraciət etdiyi təqdirdə rüsum geri qaytarıla bilər. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar