Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-827/2021 25.11.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı X11, İddiaçılar İddiaçı1 və X11 vəkili X12, Üçüncü şəxs X13, onun nümayəndəsi və vəkili X52 iştirakları ilə, İddiaçılar İddiaçı1 və X11 Cavabdehnə və üçüncü şəxslər X26, X27, X16 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı vərəsəlik üzrə miras əmlakdakı payların müəyyən edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiaları üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1 və X21 Cavabdehnə və üçüncü şəxslər X26, X27, X16 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı vərəsəlik üzrə miras əmlakdakı payların müəyyən edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qusar rayonu Aşağı Ləgər kənd sakinləri mərhum X22 ilə arvadı X32 miras qalmış 2.08 hektar torpaq sahəsindən miras əmlak üzərində iddiaçılar X21 və İddiaçı1 vərəsəlik hüquqlarının tanınmasını və həmin əmlakda digər vərəsə X35 ilə birlikdə X21 və İddiaçı1 da hər birinin payının 0.6933 ha torpaq sahəsi olmasının müəyyən edilməsini, DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, 09.12.2019-cu il tarixli **********42 nömrəli Çıxarış əsasında X22 və X36 mülkiyyətində olub onların ölümündən sonra miras qalmış 2.08 hektar torpaq sahəsinə dair Cavabdeh tərəfindən X23 adına verilmiş 15 fevral 2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli 10/7 saylı qərarı ilə Qusar rayonu Aşağı Ləgər kənd sakinləri X22 ilə arvadı X15 təsərrüfatı məhsulları istehsalı məqsədilə 2.08 hektar torpaq sahəsi verilmiş və bu barədə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (bundan sonra DT və XK) Qusar rayon şöbəsi tərəfindən 12 oktyabr 2001-ci il tarixli JN 269 KOD 30100018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı işlənmişdir. Sonra da həmin torpaq sahəsi, DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan 09.12.2019-cu il tarixli, **********42 nömrəli X3 ilə X36 adına ümumi birgə xüsusi mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmışdır. X22 22.06.1999-cu il tarixdə, arvadı X53 isə 27.09.2013-cü il tarixdə vəfat etmişlər. X22 ilə X36 yaşadıqları birgə nikah dövründə 10.12.1974-cü il təvəllüdlü Muradova (indiki soyadı Məmmədova) Zina Rəhimxan qızı, 05.10.1976-cı il təvəllüdlü Muradova (indiki soyadı Bayramova) Jəna Rəhimxan qızı, xx.xx.1980-ci il təvəllüdlü Muradova (indiki soyadı Vəlimətova) Səmayə Rəhimxan qızı və xx.xx.1983-cü il təvəllüdlü Muradova (indiki soyadı Bağıyeva) Hədiyyə Rəhimxan qızı adlı uşaqları olmuşdur. Məmmədova (Muradova) Zina Rəhimxan qızı, valideynləri X22 ilə X32 miras qalmış 2.08 hektar torpaq sahəsinə dair Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə almaqdan ötrü, etibarnamə verdiyi X17 vasitəsilə 15 fevral 2020-ci il tarixdə Cavabdehnə müraciət etmiş, bunun üçün də həmin notariat ofisinə X22 ilə X36 ölümündən sonra qalmış vərəsələrinin 10.12.1974-cü il təvəllüdlü X40 və 05.10.1976-cı il təvəllüdlü X41 olmaları barədə Qusar rayon İcra Hakimiyyəti Başçısının Aşağı Ləgər kənd inzibati ərazi üzrə nümayəndəliyinin 14.02.2020-ci il tarixli 85 nömrəli arayışı təqdim edilmişdir. Bayramova (Muradova) Jəna Rəhimxan qızı da etibarnamə verdiyi X17 vasitəsilə 15 fevral 2020-ci il tarixdə Cavabdehnə ərizə ilə müraciət edərək valideynlərindən miras qalmış əmlakdan ona çatan payı qəbul etmədiyini və həmin paydan imtina etməsini bildirmişdir. Həmin sənədlər əsasında da Cavabdeh tərəfindən DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan 09.12.2019-cu il tarixli, **********42 nömrəli Çıxarış əsasında X22 ilə X36 mülkiyyətində olub, onların ölümündən sonra miras qalmış 2.08 hektar torpaq sahəsinə dair X26 15 fevral 2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmiş, bunun əsasında da həmin torpaq sahəsi DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan 09.12.2019-cu il tarixli, **********42 nömrəli Çıxarışla xüsusi mülkiyyət hüququ ilə X23 adına dövlət qeydiyyatına alınmışdır. Həmin sənədlərdən göründüyü kimi etibarnamə əsasında hərəkət edərək X23 adından Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə alınması üçün, eləcə də X24 adından Cavabdehnə ərizə ilə müraciət edərək valideynlərindən miras qalan əmlak payından imtina etməsi barədə Notariat Ofisinə müraciət edib sənədləri təqdim etmiş, sonra da həmin torpaq sahəsini X23 adından X4 sonuncunun doğma qardaşı X25r. Bundan başqa Qusar rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli 10/7 saylı qərarı ilə Qusar rayonu Aşağı Ləgər kənd sakinləri X37, İddiaçı2 və X18 da kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 3.33 hektar torpaq sahəsi verilərək bu barədə DT və XK-nin Qusar rayon Şöbəsi tərəfindən 26 aprel 1999-cu il tarixli, JN 426 KOD 30100018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı işlənmişdir. Həmin torpaq sahəsi də Cavabdehndə bağlanmış 04 dekabr 2013-cü il tarixli AN-1 ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında hazırkı iş üzrə cavabdeh X28 tərəfindən, digər cavabdeh Məmmədova (Muradova) Zina Rəhimxan qızının doğma bacıları – hazırkı iş üzrə cavabdeh Bayramova (Muradova) Jəna Rəhimxan qızı, hazırkı iş üzrə iddiaçılar Vəlimətova (Muradova) Səmayə Rəhimxan qızı və Bağıyeva (Muradova) Hədiyyə Rəhimxan qızından satın alınmışdır. Yəni, üçüncü şəxs, Qusar rayonu Aşağı Ləgər kənd sakini X7 qədər məlumatlı olmuşdur ki, Cavabdehndə bağlanmış 14 mart 2020-ci il tarixli AN-1 084859 nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında, qardaşı X33 vasitəsilə X8 aldığı 2.08 hektar torpaq sahəsinin mülkiyyətçiləri, həmkəndliləri olan mərhum X22 ilə arvadı X36 4 qızı olmuş və onların ölümündən sonra sağ qalmış vərəsələri ancaq Qusar rayon İcra Hakimiyyəti Başçısının Aşağı Ləgər kənd inzibati ərazi üzrə nümayəndəliyinin 14.02.2020-ci il tarixli, 85 nömrəli arayışında qeyd olunan 10.12.1974-cü il təvəllüdlü X40 və 05.10.1976-cı il təvəllüdlü X41 deyil, onlar 4 bacı olmaqla hazırkı iş üzrə iddiaçılar xx.xx.1980-ci il təvəllüdlü Muradova (indiki soyadı Vəlimətova) Səmayə Rəhimxan qızı və xx.xx.1983-cü il təvəllüdlü Muradova (indiki soyadı Bağıyeva) Hədiyyə Rəhimxan qızı da onların qanun üzrə vərəsələrinin tərkibinə daxildir. Qusar rayon İcra Hakimiyyəti Başçısının Aşağı Ləgər kənd inzibati ərazi üzrə nümayəndəliyinin vəkil sorğusuna cavab olaraq təqdim etdiyi 27.05.2021-ci il tarixli, 03 nömrəli arayışından da görünür ki, mərhum X22 ilə arvadı X36 ölümündən sonra sağ qalmış vərəsələri X40, X41, İddiaçı2 və X20r. Nümayəndəliyin 14.02.2020-ci il tarixli 85 nömrəli arayışında İddiaçı2 və X14 vərəsə kimi qeyd olunmamasının səbəbi isə nümayəndəliyin təsərrüfat başına kitablarında həmin şəxslərin qeyd edilməmələri və köhnə təsərrüfat başına kitablarının da arxivə təhvil verilməsidir. Qusar rayon Qeydiyyat şöbəsinin vəkil sorğusuna cavab olaraq təqdim etdiyi 22.05.2021-ci il tarixli arayışları ilə də təsdiq edilir ki, Qusar rayonu Aşağı Ləgər kəndində 10.12.1974-cü ildə anadan olmuş X40, 05.10.1976-cı ildə anadan olmuş X41, xx.xx.1980-ci ildə anadan olmuş İddiaçı2 və xx.xx.1983-cü ildə anadan olmuş X14 X6, anaları da X53 olmaqla onlar doğma bacıdırlar. Beləliklə, qeyd olunanlarla təsdiq edilir ki, X28, digər cavabdeh X35 ilə əlbir olub pis niyyətlə razılığa gələrək Cavabdehnə təqdim etdikləri sənədlərdə, onunla bərabər vərəsə olan bacıları, İddiaçı2 və Hədiyyə Rəhimxan qızlarının vərəsə olmalarını gizlədərək notariat orqanına yalan məlumat verməklə X22 ilə arvadı X32 miras qalmış 2.08 hektar torpaq sahəsini, digər vərəsələr X9 və İddiaçı1 xəbərsiz, yəni miras torpaq payından həmin şəxslərə düşən payını onların xəbəri və iştirakları olmadan qanunsuz yolla ələ keçirmişdir. Digər vərəsə, yəni hazırkı iş üzrə üçüncü şəxs X37 isə ona düşən miras əmlak payından kiminsə xeyrinə yox, ümumiyyətlə imtina etdiyinə görə X29 ilə arvadı X32 miras qalmış 2.08 hektar torpaq sahəsi digər 3 vərəsə arasında bölünməli və ona görə vərəsələrdən hər birinə 0.6933 ha torpaq sahəsi düşməlidir. Bütün göstərilənlərə görə Qusar rayonu Aşağı Ləgər kənd sakinləri, mərhum X22 ilə arvadı X32 miras qalmış 2.08 hektar torpaq sahəsindən ibarət miras əmlak üzərində iddiaçılar X21 və İddiaçı1 vərəsəlik hüquqları tanınmalı və həmin əmlakda, digər vərəsə X35 ilə birlikdə X21 və İddiaçı1 da hər birinin payının 0.6933 ha torpaq sahəsi olması müəyyən edilməli, eləcə də DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan 09.12.2019-cu il tarixli, **********42 nömrəli Çıxarış əsasında X22 və X36 mülkiyyətində olub, onların ölümündən sonra miras qalmış 2.08 hektar torpaq sahəsinə dair Cavabdeh tərəfindən X23 adına verilmiş 15 fevral 2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə etibarsız hesab olunmalıdır. Bundan sonra da həmin torpaq sahəsinə dair X23 adına verilmiş DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan 09.12.2019-cu il tarixli, **********42 nömrəli Çıxarış, həmin torpaq sahəsinin X35 tərəfindən etibarnamə verdiyi X17 vasitəsilə X1 barədə Cavabdehndə bağlanmış 14 mart 2020-ci il tarixli AN-1 ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi və DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan 09.12.2019-cu il tarixli, **********42 nömrəli X5 və İddiaçı1 payları olan 0.6933 ha + 0.6933 ha = 1.3866 ha torpaq sahəsi hissəsində etibarsız hesab edilməsi məsələsi həll olunmalıdır. Məhkəmə iclasında iddiaçı X21 iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, hazırkı iş üzrə mübahisə edilən Qusar rayonu Aşağı Ləgər kəndində yerləşən 2.08 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun mərhum valideynləri Rəhimxan Muradov və Zəmilə Muradovadan miras qalmış torpaq sahəsidir. Atası Rəhimxan 1999-cu ildə, anası Zəmilə 2013-cü ildə vəfat etmişlər. Onun sözügedən torpaq sahəsindən valideynləri vəfat etməmişdən əvvəl xəbəri olmuş, lakin o, Qusar rayonu Gündüzqala kəndində, bacısı Hədiyyə isə Hil kəndində yaşadıqlarından, həmçinin bacıları X66 Ləgər kəndində yaşadığından və həmin torpaq sahəsindən istifadə etdiyinə görə həmin torpaq sahəsini onlar istifadə etməmişlər, orada nəsə əkib-becərməmişlər, həmin torpaq sahəsinə görə vergi ödəməmişlər, nədəki torpaq sahəsinə görə subsidiya almamışlar, torpağı faktiki qəbul etməmişlər. Həmçinin, onlar notariat orqanına ərizə verməklə həmin mirası qəbul etməmişlər. Hesab edir ki, həmin torpaq sahəsinin onların xəbəri olmadan satılması düzgün deyil, həmin torpaq sahəsində onların da payları müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məkəmə iclasında iddiaçıların vəkili X30 iddianı müdafiə etmiş və izahat verərək göstərmişdir ki, hazırkı iddia tələbi üzrə mübahisə predmeti olan Qusar rayonu Aşağı Ləgər kəndində yerləşən 2.08 hektar torpaq sahəsi iddiaçıların valideynləri mərhum Rəhimxan Muradov və Zəmilə Muradovadan miras qalmış əmlakdır. Həmin torpaq sahəsini üçüncü şəxs X35 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaqla X2. Zina Məmmədova həmin torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alarkən digər vərəsə X37 ərizə təqdim edərək miras paydan imtina etmişdir. Vərəsəlik hüququ haqqında şəhadətnamə alınarkən digər vərəsələrin, yəni İddiaçı1 və Səmayə Vəlimətovanın olması notariat orqanından gizlədilmişdir. Rober Fərzəliyev isə Zina Məmmədovadan torpaq sahəsini alarkən onun bacılarının olduğunu və notariat orqanından gizlədildiyini bilmiş, bunu bilə-bilə torpaq sahəsini almışdır. Ona görə də, sözügedən torpaq sahəsinin Robert Fərzəliyev tərəfindən alınması məsələsində vicdanlı alıcı barədə söhbət gedə bilməz. İddiaçılar yuxarıda qeyd edilən torpaq sahəsindən valideynlərinin vəfatından sonra xəbərləri olmuşdur. Lakin, İddiaçı1 Hil kəndində, Səmayə Vəlimətova isə Gündüzqala kəndində yaşadıqlarından həmin torpaq sahəsindən istifadə etməmişlər, orada hər hansı əkin-biçin işləri aparmamışlar, həmin torpaq sahəsini elə həmin kənddə yaşayan bacıları Zina Məmmədova istifadə etdiyinə görə torpaqdan istifadəyə görə iddiaçılar tərəfindən vergilər ödənilməmişdir. İddiaçılar valideynlərinin vəfatından sonra qanunla müəyyən edilmiş müddətdə mirasın qəbul edilməsi üçün notariat orqanına müraciət etməmişlər. Həmin mirası həmçinin faktiki qəbul edib idarə etməmişlər. Buna baxmayaraq, Zina Məmmədov tərəfindən həmin torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınarkən iddiaçıların da digər vərəsələr kimi mövcudluğu gizlədilmişdir. Ona görə də mərhum Rəhimxan Muradov və Zəmilə Muradovadan miras qalmış Qusar rayonu Aşağı Ləgər kəndində yerləşən 2.08 hektar torpaq sahəsinə dair iddiaçıların da payları müəyyən edilməli, həmin torpaq sahəsinə dair Zina Məmmədovanın adına verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. Odur ki, qeyd edilənlərin nəzərə alınıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X28 iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, iddia tələbi tamamilə əsassızdır. Belə ki, o, torpaq sahəsini tam mülkiyyətçisi olan Zina Məmmədovadan almış, həmin torpaq sahəsinə dair Çıxarış yalnız Zina Məmmədovanın adına olmuşdur. O, iddiaçıları tanıyır, onların 4 bacı olduqlarını bilir. Bundan əlavə onların Rusiya Federasiyasında yaşayan 2 qardaşı da var. Torpaq sahəsini Zina Məmmədovadan alarkən iddiaçılar Hədiyyə və Səmayənin bu barədə məlumatları olmuşdur. Onlar torpaq sahəsinin onlara lazım olmadıqları və torpaq sahəsinin satılmasına razılıqlarını bildirmişlər. O, 2020-ci ildə sözügedən torpaq sahəsini rəsmi alq-satqı yolu ilə Zina Məmmədovadan aldıqdan sonra 13.04.2020-ci il tarixdə həmin torpaq sahəsinə dair öz adına Çıxarış almışdır. Odur ki, qeyd edilənlərin nəzərə alınıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X13 nümayəndəsi və vəkili X63 iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, iddia tələbi düzgün qoyulmamışdır. Belə ki, iddiaçılar birinci növbədə mirası qəbul etdikdən sonra miras əmlaka dair payların müəyyən edilməsinə dair iddia qaldırmalıdırlar. Bundan əlavə o, X13 izahatına uyğun eyni məzmunlu izahat verərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh notariusu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və məhkəməyə məktub göndərərək işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmiş, iş üzrə çıxarılacaq qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. İddiaçı1, üçüncü şəxslər X35 və X37 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi məhkəmə iclasının avxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin İdarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4, 185.5-ci və 185.6-cı maddələrinə əsasən işə Cavabdeh nümayəndəsinin, İddiaçı1, X23, X24 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iddiaçı X11, iddiaçıların vəkili X12, üçüncü şəxs X13, onun nümayəndəsi və vəkili X52 izahatlarını dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, 09.12.2019-cu il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayonu Aşağı Ləgər kəndində yerləşən **********42 reyestr nömrəli 2.08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X22 ilə X36 adlarına qeydiyyata alınmışdır. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05.09.2018-ci il tarixli Arayışların surətlərindən görünür ki, X22 22.06.1999-cu ildə, X53 27.09.2013-cü ildə ölmüşlər. İşdə olan Qusar rayon İHB-nın Aşağı Ləgər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 14.02.2020-ci il tarixli 84 nömrəli arayışın surətindən görünür ki, mərhum X22 22.06.1999-cu il tarixdə vəfat etmiş, vəfat etdiyi günə kimi Qusar rayonu Aşağı Ləgər kəndində yaşamış və onun ölümündən sonra vərəsələri olaraq X53 (vəfat edib 27.09.2013), 10.12.1974-cü il təvəllüdlü X40, 05.10.1976-cı il təvəllüdlü X41 qalmışlar. İşdə olan Qusar rayon İHB-nın Aşağı Ləgər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 14.02.2020-ci il tarixli 85 nömrəli arayışın surətindən görünür ki, mərhum X53 27.09.2013-cü il tarixdə vəfat etmiş, vəfat etdiyi günə kimi Qusar rayonu Aşağı Ləgər kəndində yaşamış və onun ölümündən sonra vərəsələri olaraq X22 (vəfat edib 22.06.1999), 10.12.1974-cü il təvəllüdlü X40, 05.10.1976-cı il təvəllüdlü X41 qalmışlar. İşdə olan Qusar rayon İHB-nın Aşağı Ləgər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 27.05.2021-ci il tarixli 03 nömrəli vəkil sorğusuna cavabdab görünür ki, Aşağı Ləgər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində olan məlumata əsasən mərhum X53 27.09.2013-cü il tarixdə vəfat etmiş, vəfat etdiyi günə kimi Qusar rayonu Aşağı Ləgər kəndində yaşamış və onun ölümündən sonra aşağıdakı vərəsələri yazılmışdır:
1. X22-əri, (vəfat edib 22.06.1999)
2. X40-qızı
3. X41-qızı Sonradan gələn məlumata əsasən yenə iki vərəsəsi vardır:
4. İddiaçı1
5. X21. Həmin vərəsələrin qeyd edilməməsinə səbəb nümayəndəliyin təsərrüfat başına kitablarında həmin şəxslərin qeyd edilməmələri və köhnə təsərrüfat başına kitabların arxivə təhvil verilməsidir. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş Arayışın surətindən görünür ki, X22 ilə X46 arasındakı nikah 08.09.1972-ci il tarixdə 73 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra Zəmilə Təhməzova “Muradova” soyadını qəbul etmişdir. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 22.05.2021-ci il tarixli Arayışdan görünür ki, X40 10.12.1974-cü ildə,X41 05.10.1976-cı ildə,İddiaçı2 xx.xx.1980ci ildə və X31 xx.xx.1983-cü ildə anadan olmuşlar. X6, anaları X42r. İşdə olan Vİ-ЖГ 371467 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X34 ilə X40 arasındakı nikah 18 oktyabr 1994-cü il tarixdə 8 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra Zina Muradova “Məmmədova” soyadını qəbul etmişdir. İşdə olan AZ-İ N 049483 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X54 ilə X31 arasındakı nikah 01 noyabr 2003-cü il tarixdə 23 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra Hədiyyə Muradova “Bağıyeva” soyadını qəbul etmişdir. İşdə olan AZ-İİ 143919 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X38 ilə İddiaçı2 arasındakı nikah 14 oktyabr 2016-cı il tarixdə 26 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra İddiaçı2 “Vəlimətova” soyadını qəbul etmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 02.06.2021-ci il tarixli Arayışdan görünür ki, X35 10.12.1974-cü ildə Qusar rayonu Aşağı Ləgər kəndində anadan olmuş, həmin kənddə qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 02.06.2021-ci il tarixli Arayışdan görünür ki, X37 05.10.1976-cı ildə Qusar rayonu Aşağı Ləgər kəndində anadan olmuş, həmin kənddə qeydiyyatdadır. İşdə olan Seriya AZE 17010285 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X21 xx.xx.1980-ci ildə Qusar rayonu Aşağı Ləgər kəndində anadan olmuş, Qusar rayonu Gündüzqala kəndində qeydiyyatdadır. İşdə olan Seriya AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1983-cü ildə Qusar rayonu Aşağı Ləgər kəndində anadan olmuş, Qusar rayonu Hil kəndində qeydiyyatdadır. İşdə olan X24 Cavabdehndə 8İ-1255 reyestr nömrəsilə qeydə alınmış 15.02.2020-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, 27.09.2013-cü ildə vəfat etmiş mərhum X32 və 22.06.1999-cu ildə vəfat etmiş mərhum X10 miras qalmış əmlakların, ona çatan payı, məcburi payı nə faktiki nə də ki, ərizə ilə müraciət edərək qəbul etməmişdir. Hal-hazırda qəbul etmir. 6 aylıq müddəti buraxmışdır, həmin müddətin bərpası üçün payın tələbi ilə əlaqədar gələcəkdə məhkəməyə müraciət etməyəcək. İşdə olan Cavabdeh tərəfindən verilmiş 15 fevral 2020-ci il tarixli 2V-128 və 2V-129 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surətindən görünür ki, 22.06.1999-cu il tarixdə ölmüş X10 və 27.09.2013-cü il tarixdə ölmüş X32 miras qalmış Qusar rayonu Aşağı Ləgər kəndində yerləşən ümumi sahəsi 2.08 hektar olan torpaq sahəsi qanun üzrə vərəsəlik qaydasında X26 verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, 25.02.2020-ci il tarixli RX seriyalı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış barədə məlumatın surətindən görünür ki, Qusar rayonu Aşağı Ləgər kəndində yerləşən **********42 reyestr nömrəli 2.08 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X26 məxsusdur. İşdə olan Cavabdehndə 4Ə-686 reyestr nömrəsi ilə qeyd edilmiş AN-İ ******* saylı 14 mart 2020-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X40 tam mülkiyyət hüququ ilə ona məxsus olan Qusar rayonu Aşağı Ləgər kəndində yerləşən 2.08 hektar torpaq sahəsini 5000 (beş min) manata X2. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, 13.04.2020-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayonu Aşağı Ləgər kəndində yerləşən **********42 reyestr nömrəli 2.08 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X16 məxsusdur. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, mübahisəli Qusar rayonu Aşağı Ləgər kəndində yerləşən **********42 reyestr nömrəli 2.08 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X22 ilə X36 adlarına qeydiyyata alınmışdır. X22 22.06.1999-cu ildə, X53 27.09.2013-cü ildə ölmüşlər. Həmin şəxslərin aşağıdakı övladları qalmışlar: X40, X41, İddiaçı1, X21. Həmin şəxslərdən X40 valideynlərindən miras qalmış 2.08 ha torpaq sahəsini vərəsəlik qaydasında qəbul etmək üçün Cavabdehnə müraciət etmiş və həmin notariat ofisi tərəfindən verilmiş 15 fevral 2020-ci il tarixli 2V-128 və 2V-129 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrlə 22.06.1999-cu il tarixdə ölmüş X10 və 27.09.2013-cü il tarixdə ölmüş X32 miras qalmış Qusar rayonu Aşağı Ləgər kəndində yerləşən ümumi sahəsi 2.08 hektar olan torpaq sahəsi qanun üzrə vərəsəlik qaydasında X26 verilmişdir. Məlum şəhadətnamələr verilərkən iddiaçıların adları vərəsələrin siyahısında olmadığından miras qoyanın vərəsələrinin dairəsi barədə yuxarıda göstərilən arayışda qeyd olunmuş vərəsələrdən başqa digər vərəsələrin olması, o cümlədən iddiaçıların da vərəsə olması barədə notariat ofisində məlumat olmamış və ona görə də, miras bütövlükdə Zina Muradovaya verilmişdir. Həmin vaxt notariat ofisinə məlum olan digər vərəsə X41 isə mirası qəbul etməməsi barədə notarial qaydada ərizə vermişdir. İddiaçılar İddiaçı1 və Səmayə Vəlimətova valideynlərinin öldüklərini bilməklə, həmin şəxslərin mirasını qəbul etmək üçün notariat orqanına qanunla müəyyən edilmiş müddət çərçivəsində müraciət etməli olduqlarını da bilməli olmuşlar. Buna baxmayaraq, həmin şəxslər indiyədək miras qoyanlar Rəhimxan Muradovun və Zəmilə Muradovanın mirası ilə bağlı notariat orqanına müraciət etməmişlər, həmin müddəti ötürmüşlər. Həmin müddətin üzürlü səbəbdən ötürülməsi barədə hər hansı sübut isə məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, iddiaçılar mirasın faktiki qəbul edilməsi üzrə hər hansı hərəkətlər də etməmişlər, mirasa sahiblənməmişlər, onun idarəçiliyində hər hansı şəkildə iştirak etməmişlər. Bununla da, iddiaçılar mirasa dair uzun müddət susmuşlar və ona görə də mirasa dair onların vərəsəlik hüquqları itirilmişdir. Bu səbəbdən də, məhkəmə iddiaçıların dəlilləri ilə razılaşmayaraq iddianı əsaslı hesab etmir. Bundan başqa, Zina Muradovanın adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1, 1159.1.1-ci maddələrinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçılar İddiaçı1 və X11 Cavabdehnə və üçüncü şəxslər X26, X27, X16 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı vərəsəlik üzrə miras əmlakdakı payların müəyyən edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiaları əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi:
İddiaçılar İddiaçı1 və X11 Cavabdehnə və üçüncü şəxslər X26, X27, X16 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı vərəsəlik üzrə miras əmlakdakı payların müəyyən edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiaları rədd edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
SƏDRLİK EDƏN: ADİL VƏLİYEV