Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-835/2022 04.10.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi maraqlı şəxslər X9 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” tələbinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi maraqlı şəxslər X9 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X3, “X7, “Ərizəçi”nun adlarına verilmiş JN: 1214F KOD 30111018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin onlara yəni, “X5, “X9, “Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən Aqrar İslahat Komissiyasının 24 oktyabr 1998-i il tarixli 17/3 saylı qərarına əsasən onlara, Ərizəçi, X9, X6 Qusar rayonunun Hil kəndi ərazisindən 0.10 ha fərdi yaşayış evinin tikilməsi üçün nəzərdə tutulmuş həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə onların mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:1214F KOD 30111018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə təsdiq edilmişdir. X10 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Həmin X1 adı səhvən “Tahirə” kimi qeyd edilmişdir.Əslində ölümünü təsdiq edən sənədə uyğun olaraq “Tanira kimi yazılmalı idi. X23 və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:1214F KOD 30111018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə ərizəçilərin soyadları, adları və ata adları şəxsiyyətlərini təsdiq edən sənədlərə uyğun qeyd edilməli idi. Onlar həmin Şəhadətnamədə olan torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən sənədləri almaq üçün maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etmişdir. X24 və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:1214F KOD 30111018 saylı torpağın mülkiyyətə verilməsinə dair X1 adı səhvən “Tahirə” kimi qeyd edildiyi üçün DƏDRX-nin 5 saylı Ərazi İdarəsi onlara lazım olan sənədləri verməkdən imtina etmişdir. Ona görə də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:1214F KOD 30111018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin onlara məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, şəxsi işləri ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilmir. İşə onun iştirakı olmadan baxılıb ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxslər X12 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan KOD 30111018 JN-1214F saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 24 oktyabr 1998-ci il tarixli 17/3 saylı qərarı ilə Qusar rayonu Hil kəndində yerləşən 0.10 ha torpaq sahəsi X3, X7, Ərizəçi xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1977-ci il tarixdə Qusar rayonu Hil kəndində anadan olmuş və həmin kənddə qeydiyyatdadır. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X19 xx.xx.2006-cı il tarixdə Qusar rayonunun Hil kəndində ölmüşdür. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X10 xx.xx.2021-ci il tarixdə Qusar rayonunun Hil kəndində ölmüşdür. İşdə olan AZ-İ 385325 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X7 nikahları 03 iyun 2008-ci il tarixdə Qusar RİHB-nın Hil kənd İƏD üzrə nümayəndəliyində 15 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Bundan sonar qadın “Arzimanova” soyadını qəbul etmişdir. İşdə olan 28 iyul 2022-ci il tarixli X-1046 saylı Qusar rayon Notariat ofisindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ünvanlanmış məktubun surətindən görünür ki, Ərizəçi, X14 vərəsələri sırasına daxildir. İşdə olan Qusar RİHB-nın Hil kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 723 saylı xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, Qusar rayonun Hil kəndində yerləşən JN- 1214F nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında yazılmış fiziki şəxsin adı X2 yazılmışdır, əslində isə ölüm haqqında şəhadətnamədə olduğu kimi X10 yazılmalı və oxunmalıdır. İşdə olan xx.xx.2022-ci il tarixli **********96 saylı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsindən Ərizəçi ünvanlanmış məktubdan görünür ki, 5 saylı Xaçmaz Ərazi İdarəsinin arxiv sənədlərinə əsasən mərhum atası X15 məxsus Qusar rayonu, Hil kəndində yerləşən fərdi yaşayış evinə texniki pasport işlənmiş, lakin qeydiyyat vəsiqəsi verilməmişdir. Həmin fərdi yaşayış evinə məxsus texniki pasportun və ümumi birgə 0.10 ha torpaq sahəsinə verilmiş JN-1214F KOD 30111018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” nin təsdiq olunmuş surəti təqdim olunmuşdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən təqdim edilmiş JN-1214F KOD 30111018 saylı torpağın mülkiyyətə verilməsinə dair həmin şəxs üçün hüquq müəyyənedici sənəddir, belə ki, həmin sənəd əsasında o, həmin Dövlət Aktında göstərilən torpaq sahəsinə dair sərəncam hüquqlarını həyata keçirilməlidir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, JN-1214F KOD 30111018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə hüquq sahibləri kimi qeyd olunmuş şəxslər məhz X10, X12, Ərizəçidur, lakin həmin şəhadətnamədə həmin yuxarıda qeyd olunan səhvlərə yol verilmişdir. Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Ona görə də, həmin şəhadətnamənin X5, X9, Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X3, “X7, “Ərizəçi adlarına verilmiş JN: 1214F KOD 30111018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin onlara yəni, “X5, “X9, “Ərizəçi məxsus olması müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-835/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-835/2022
04.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver