Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-839/2022 03.11.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, 18 fevral 1966-cı il tarixdə Qusar rayonunun Hil kəndində anadan olmuş X9 21 iyul 2020-ci il tarixdə Qusar rayonunun Hil kəndində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, onun atası X13 18 fevral 1966-cı il tarixdə Qusar rayonunun Hil kəndində anadan olmuşdur. X13 21 iyul 2020-ci il tarixdə Qusar rayonunun Hil kəndində vəfat etmiş və Hil kənd qəbiristanlığında dəfn edilmişdir. Lakin, X2 vəfat etməsi barədə müvafiq icra hakimiyyəti orqanında qeydiyyat aparılmamış və həmin səbəbdən də onun ölümü haqqında şəhadətnamə almaq mümkün olmamışdır. Maraqlı şəxs 187 saylı, xx.xx.2022-ci il tarixli arayışından da görünür ki, «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2022-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X9 ölümü haqqında akt qeydi aşkar olunmamışdır. X2 21 iyul 2020-ci il tarixdə Qusar rayonunun Hil kəndində vəfat etməsi və Hil kənd qəbiristanlığında dəfn olunması faktı ərizəsinə əlavə etdiyi Qusar RİHB- nın Hil kənd İƏÜ nümayəndəsinin xx.xx.2022-ci il tarixli arayışı və xx.xx.2022-ci il tarixli akt və fotoşəkillərlə tam sübuta yetir. Ərizəyə əlavə etdiyi Maraqlı şəxs xx.xx.2022-ci il tarixli, 03-v- 97/15 №-li məktubu ilə X9 ölümünün qeydə alınmasından imtina edilmiş və bu barədə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir, ərizəsində yazdıqlarını təsdiq edir, ərizənin təmin edilməsini xahiş edir. Bundan başqa bildirmişdir ki, işləri ilə əlaqədar 03 noyabr 2022-ci il tarixə saat 11:00a təyin olunmuş məhkəmə baxışı iclasına gələ bilmir, ona görə də, işə onun iştirakı olmadan baxılıb ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub göndərərək bildirmişdir ki, qanuni qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Bundan başqa, xidməti zərurətlə əlaqədar işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 184.4 və 185.5-ci maddələrinə əsasən işə ərizəçinin və Maraqlı şəxs nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan X3, X15 və X6 tərəfindən tərtib edilmiş 10 iyun 2022-il tarixli aktdan görünür ki, həqiqətən X13 21 iyul 2020-ci il tarixdə vəfat etmiş və Qusar rayonu Hil kənd qəbirstanlığında dəfn edilmişdir. İşdə olan Maraqlı şəxsndən verilmiş 187 saylı 09 iyun 2022-ci il tarixli arayışdan görünür ki, 18 fevral 1966-cı il tarixdə Qusar rayonunun Hil kəndində anadan olmuş X9 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2022-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan АЗ № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 18 fevral 1966-cı il tarixdə Qusar şəhərində anadan olmuşdur. X1, anası X5r. İşdə olan Qusar RİHB-nın Hil kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş 03 oktyabr 2022-ci il tarixli 1043 saylı məktubdan görünür ki, 18 fevral 1966-cı il təvəllüdlü mərhum X13 21 iyul 2020-ci il tarixdə vəfat etmiş və Qusar rayonun Hil kənd qəbirstanlığında dəfn edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən verilmiş xx.xx.2022-ci il tarixli 17/616345 saylı məktubdan görünür ki, xx.xx.1966-cı il təvəllüdlü X11 (Qusar rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü, AR CM-nin 132-ci maddəsi, cəza müddəti 6 ay, cəzasının əvvəli xx.xx.2007-ci il ,cəzasının sonu xx.xx.2007-ci il) 14 saylı cəzaçəkmə müəssəsində cəza müddətinin sonu əsasında xx.xx.2007-ci il tarixdə azad edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətindən verilmiş xx.xx.2022-ci il tarixli 33/3857 saylı məktubdan görünür ki, xx.xx.1966-cı il təvəllüdlü X13 dövıət sərhəddindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. İşdə olan Qusar rayon Polis Şöbəsindən verilmiş xx.xx.2022-ci il tarixli 149-20706- 1222 saylı məktubun surətindən görünür ki, Qusar rayon sakini X4 RPŞ-si tərəfindən xəbərsiz itkin düşmüş şəxs qismində axtarışda elan edilmiş şəxslər siyahısında yoxdur. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 05-Q-97/15 saylı məktubdan görünür ki, xx.xx.1966-cı il tarixdə Qusar rayonunun Hil kəndində anadan olmuş atası X10 ölümünün qeydə alınması barədə Maraqlı şəxsnə Ərizəçi müraciəti ilə əlaqədar bildirilmişdir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında həkim arayışı, ölüm haqında feldşer arayışı, MTE rəyi) ilə təsdiq edilməlidir. Şöbəyə müvafiq qaydada tərtib və təsdiq olunmuş ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün qeydə alınması qeyri-mümkündür. Ona görə də, X2 ölüm faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etməsi ərizəçiyə izah edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, ərizəçinin atası 18 fevral 1966-cı il tarixdə Qusar rayonunun Hil kəndində anadan olmuş X13 21 iyul 2020-ci il tarixdə Qusar rayonunun Hil kəndində vəfat etmiş və Qusar rayonunun Hil kənd qəbirstanlığında dəfn edilmişdir. Bu hal məhkəmə iclasında tədqiq olunmuş sənədlərlə tam təsdiq olunmuşdur. Ərizəçi mərhum atası Ravid Laçınovun ölməsi ilə əlaqədar ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin o, müvafiq sənədlər təqdim edə bilmədiyindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Bu Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə belə qənaətə gəlir ki, X9 21 iyul 2020-ci il tarixdə vəfat etməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Həmin faktın müəyyən edilməsai hüquqi əhəmiyyət kəsb edir, belə ki, ərizəçi özünün vərəsəlik hüquqlarını həyata keçirməlidir. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslıdır, ona görə də təmin edilməli və 18 fevral 1966-cı il tarixdə Qusar rayonunun Hil kəndində anadan olmuş X9 21 iyul 2020-ci il tarixdə Qusar rayonunun Hil kəndində ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. 18 fevral 1966-cı il tarixdə Qusar rayonunun Hil kəndində anadan olmuş X9 21 iyul 2020-ci il tarixdə Qusar rayonunun Hil kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-839/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-839/2022
03.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver