Məhkəmə qərarları › İş №2(029)-842/2020

Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-842/2020

02.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-842/2020 02.09.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Daxili X1 Qoğunların Baş İdarəsinə qarşı döyüş əməliyyatlarında iştirak etmə faktının müəyyən edilməsinə dair ərizəsinə baxaraq, Müəyyən etdim: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Daxili X1 Qoğunların Baş İdarəsinə qarşı döyüş əməliyyatlarında iştirak etmə faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. X2 hissəində göstərilmişdir ki, Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Ərizədən və ona əlavə olunmuş sənədlərdən görünür ki, ərizəçi həmin faktın müəyyən edilməsini ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məqsədi ilə tələb edir. Lakin, ərizəçinin müəyyən edilməsini tələb etdiyi hüquqi əhəmiyyəti olan faktlara-yəni döyüş əməliyyatlarında iştirak etməsinə dair müvafiq hüquq müəyyənedici sənədlərdəyəni ərizəçiyə məxsus hərbi biletdə müvafiq qeydlər mövcuddur. Bundan başqa, ərizəçi tərəfindən yuxarıda göstərilən Əsasnamədə qeyd olunmuş müvafiq sənədlərlə “müharibə veteranı” adı və vəsiqəsinin verilməsini həyata keçirən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaratdığı müvafiq komissiyaya müraciət olunmamış və müvafiq rəy alınmamışdır. Ona görə də, həmin fakt hazırkı halda məhkəmə qaydasında müəyyən edilə bilməz. Bu səbəbdən də hesab edirəm ki, hazırkı ərizəyə ümumi məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Azərbaycan Respublikasının MPM-nin 153.2.1, 153.2.2-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, hesab edirəm ki, təqdim olunmuş sənədlərlə hazırkı ərizəyə ümumi məhkəmədə baxılmalı deyil və bu səbəbdən də ərizənin qəbulundan imtina edilməli və ərizə ona əlavə olunmuş sənədlərdə birlikdə ərizəçiyə qaytarılmalıdır. Həmçinin, ərizəçiyə yuxarıda göstərilən Əsasnamədə qeyd olunmuş sənədlərlə “müharibə veteranı” adı və vəsiqəsinin verilməsini həyata keçirən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaratdığı müvafiq Komissiyaya, oradan imtina olunduğu təqdirdə isə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayjan Respublikasının MPM-nin 153, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Daxili X1 Qoşunların Baş İdarəsinə qarşı döyüş əməliyyatlarında iştirak etmə faktının müəyyən edilməsinə dair ərizəsinin qəbulundan imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. Ərizəçi “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə qeyd olunmuş sənədlərlə “müharibə veteranı” adı və vəsiqəsinin verilməsini həyata keçirən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaratdığı müvafiq Komissiyaya, oradan imtina olunduğu təqdirdə isə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar