Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-845/2023 07.12.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “Azəriqaz İB-yi tərəfidən qanunsuz hesablanmış 2073.60 manat məbləğində borcun silinməsinə” dair iddia ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “Azəriqaz İB-yi tərəfidən qanunsuz hesablanmış 2073.60 manat məbləğində borcun silinməsinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Xaçmaz X2 İdarəsinin Qusar Xidmət Sahəsinin əməkdaşları tərəfindən qanunsuz hesablanmış 17280 m3 qaz sərfiyyatının və həmin sərfiyyata görə hesablanmış 2073,60 manat məbləğində pulun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, ailəsilə birlikdə Qusar şəhəri, M.Maqamayev küçəsi-6 ünvanında yerləşən özünə məxsus yaşayış evində yaşayır. Fərdi istehlakçı kimi o, "Qaz təchizatı haqqında" AR Qanunun 11-ci maddəsinin 6-cı hissəsinə əsasən cavabdehlə bağladığı "Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə" xx.xx.2023-cü il tarixli 194/08 №-li müqaviləyə əsasən yaşayış evində təbii qazdan istifadə edir. Həmin müqavilə 7.3-cü bəndinə əsasən indiyədək qüvvədədir. İstehlak etdiyi təbii qazın haqqını həmişə ödəmişdir. 25 may 2023-cü il tarixdə X4 İstismar İdarəsinin (RQİİ) Qusar Xidmət Sahəsinin nümayəndələri onun evinə gedən, lakin evindən aralıda, M.Maqamayev küçəsində quraşdırılmış qaz sayğacına baxış keçirdilər. X4 İstismar İdarəsinin (RQİİ) Qusar Xidmət Sahəsinin nümayəndələri ona heç bir səbəb göstərmədən və razılığı olmadan evinə gedən qaz xəttinin üzərindəki G-4T markalı, **********7 zavod nömrəli, 11332 m3 göstəricisi olan qaz sayğacını başqa bir qaz sayğacı ilə əvəz edərək, sayğacını özlərinin dediklərinə görə növbədənkənar dövlət yoxlamasına göndərmək üçün apardılar. Sayğacının dəyişdirilməsinin səbəbini soruşanda, Xaçmaz RQİİ-nin Qusar Xidmət Sahəsinin nümayəndələri ona bildirmişlər ki, sayğacda nöqsan aşkar edilib və bu səbəbdən sayğac növbədənkənar dövlət yoxlamasına aparılmalıdır. Sayğacına baxış keçirilən və xətdən açılan zaman o, mobil telefonu ilə sayğacının hər tərəfdən foto şəkillərini çəkmiş və bu işə əlavə etmişdir. Şəkillərdən də aydın görünür ki, sayğacının üzərində heç bir əzik yeri və yaxud digər nöqsan yoxdur. Sayğac çıxarılan zaman bütün plomblar yerində olmuşdur. Heç bir ekran və gövdə hissələrində əzik, cızıq və deşik izləri aşkar olunmamışdır. O, sayğacın dəyişdirilməsinə etirazını bildirmiş və əməkdaşlara demişdir ki, o, sayğaca əl vurmamışdır, sayğac küçədədir, sayğacın üstü örtülməmişdir, qutuda yerləşdirilməmişdir, sayğaca müdaxilə olunmamışdır, təzə sayğacın qoyulmasına heç bir ehtiyac yoxdur. Buna baxmayaraq, əməkdaşlar ona bildirmişlər ki, sayğacın dəyişdirilməsinə icazə verməsə evinə gedən qaz dayandırılacaq. Xaçmaz RQİİnin Qusar Xidmət Sahəsinin nümayəndələri həmin gün, yəni 25 may 2023-cü il tarixdə öz aralarında “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" ******* nömrəli aktı tərtib edərək, sayğacını çıxarıb, başqa sayğac quraşdırmışlar. X4 İstismar İdarəsinin (RQİİ) Qusar Xidmət Sahəsinin nümayəndələri ona bildirmişlər ki, köhnə sayğacı müdaxilənin olub-olmamasını aydınlaşdırmaq məqsədilə ekspertizaya göndərəcəklər. Onların quraşdırdıqları yeni sayğac da evinin həyətində deyil, küçədə, özü də örtüksüz və qutusuz yerləşdirilmişdir. Bundan sonra da o, evində istehlak etdiyimiz təbii qazın haqqını vaxtlı-vaxtında ödəməyə davam etmişdir. 31 may 2023-cü il tarixdə Xaçmaz RQİİ-nin Qusar Xidmət Sahəsinin əməkdaşları təzədən onun evinə gəlib onun evinə aid 25 may 2023-cü il tarixdə dəyişdirilmiş köhnə qaz sayğacına onun tərəfindən müdaxilə edildiyini bildirmişlər və 31 may 2023-ci il tarixli ******* saylı Təbii qazdan istifadə qaydalarının pozuntusu haqqında akt tərtib etmişlər. X4 İstismar İdarəsinin (RQİİ) Qusar Xidmət Sahəsinin nümayəndələri ona bildirmişlər ki, köhnə qaz sayğacı barədə ekspertiza rəyinə görə həmin sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarının üzərində əzik-cızıq izləri var. O, Qusar Xidmət Sahəsinin əməkdaşlarına bir daha bildirmişdir ki, o, sayğaca əl vurmamışdır, sayğaca hər ay qaz nəzarətçisi baxır, sayğacın bütövlüyünü, plomblarını yoxlayır, qaz sərfiyyatını hesablayır və ona sayğacın göstərdiyi qaz sərfiyyatı barədə bildiriş verir. Lakin, Xaçmaz RQİİ-nin Qusar Xidmət Sahəsinin əməkdaşları onun sözlərinə məhəl qoymayaraq barəsində Təbii qazdan istifadə qaydalarının pozuntusu haqqında akt tərtib etmişlər və ona guya qazdan qanunsuz istifadə etdiyimnə görə 2073 manat 60 qəpik borc hesablamışlar. İndi də Xaçmaz RQİİ-nin Qusar Xidmət Sahəsinin əməkdaşları ondan həmin borcu tələb edirlər, əks təqdirdə qaz təchizatını kəsəcəkləri ilə hədələyirlər. "Azəriqaz" İB-nin Xaçmaz RQİİ-nin Qusar Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş Təbii qazdan istifadə qaydalarının pozuntusu haqqında 31 may 2023-cü il tarixli ******* nömrəli akt etibarsız hesab edilməli, həmin akt əsasında hesablanmış 17280 m3 qaz sərfiyyatı və həmin sərfiyyata görə ona hesablanmış 2073.60 manat məbləğində borc silinməlidir. Xaçmaz RQİİ-nin Qusar Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş "Təbii qazdan istifadə qaydalarının pozuntusu haqqında" 31 may 2023-cü il tarixli ******* nömrəli aktı o, əsassız hesab edərək imza etməkdən imtina etmişdir. Şübhə yoxdur ki, sayğacın zavod plastmas plombları yayda yüksək dərəcəli günəş şüalarının təsiri nəticəsində də əzilə bilər. Sayğac çıxarılan zaman bütün plomblar yerində olmuşdur. Heç bir ekran və gövdə hissələrində əzik, cızıq və deşik izləri aşkar olunmamışdır. Xaçmaz RQİİ-nin Qusar Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 25 may 2023-cü il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" ******* nömrəli aktda "sayğac müdaxilə şübhəli qeyd etdikləri halda, "Təbii qazdan istifadə qaydalarının pozuntusu haqqında" 31 may 2023-ci il tarixli ******* nömrəli aktda "hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plombların üzərində əzik-cızıq izləri var" qeyd edilmişdir. Bu faktın özü həmin aktların uyğunsuzluğunu sübut edir. Beləliklə hesab edir ki, cavabdehin "Təbii qazdan istifadə qaydalarının pozuntusu haqqında" 31 may 2023-cü il tarixli ******* nömrəli aktına əsasən ona 17280 kub metr qaz sərfiyyatının və həmin sərfiyyata görə 2073.60 manat məbləğində pulun ondan tələb etməsi əsassızdır. Xaçmaz RQİİ-nin xx.xx.2023-ci il tarixli 14-2-2-8/2-Y-1xx-xx/2023-269 №-li cavab məktubunda (surəti əlavə olunur) itirilimiş qazın bərpası tələbi ilə 2073,60 manat hesablanaraq abonent hesabıma işləndiyi, həmin borcun onun tərəfindən ödənilməli olduğu, əks təqdirdə qaz təminatının qeyri-şərtsiz dayandırılacağı bildirilmişdir. Xaçmaz RQİİ-nin cavab məktubunda sayğacın məhz onun təqsirli hərəkəti və hərəkətsizliyi nəticəsində zədələnməsi barədə hec bir sübut və ya fakt göstərilməmişdir. Buna görə də mübahisənin məhkəməyə qədər (pretenziya qaydada) nizama salmaq mümkün olmamışdır. Həmin ərizəzilə 17280 kub metr qaz sərfiyyatı və həmin sərfiyyata görə 2073,60 manat məbləğində borc pulun hesablanmasına əsas olmuş sənədlərin əslinin və va notarial qaydada təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi üçün həmin sənədlərin əslinin ona verilməsini cavabdehdən xahiş etmişdir. Lakin, cavabdeh xx.xx.2023-ci il tarixli 14-2-2-8/2-Y-151 -42/2023- 269 №-li mənə cavab məktubunda (surəti əlavə olunur) həmin sənədlərin bir nüsxəsinin (hansı ki, məhkəməyə təqdim etdiyi) ona verildiyini, həmin sənədlərin əslinin isə tərtib olunduğu yerdə saxlanıldığını bildirmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək iddianı müdafiə etdiyini göstərmiş, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin bildirmişdir ki, işləri ilə əlaqədar o, 07 dekabr 2023-cü il tarixə təyin olunmuş məhkəmə iclasına gələ bilmir, ona görə də işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin Birliyin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Cavabdeh Xaçmaz X2 İdarəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli 194/08 saylı “Qaz paylayıcısi ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” Müqaviləsinin surətindən görünür ki, paylayıcı həmin müqavilədə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba ödəyir. Həmin müqavilədə istehlakçı İddiaçı hər hansı digər vəzifələr daşıması nəzərdə tutulmamışdır. İşdə olan Cavabdeh Xaçmaz X2 İdarəsi tərəfindən tərtib edilmiş «təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 31 may 2023-cü il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Qusar şəhəri, M.Maqamayev küçəsi-6 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plombların üzərində əzik-cıqız izlərinin olması aşkar edilməsi qeyd edilmişdir. Həmçinin, qeyd edilmişdir ki, dəymiş ziyan hesablansın və dəyəri ödənilsin. Həmin akt İddiaçı tərəfindən imzalanmaqdan imtina edilmişdir. İşdə olan 25 may 2023-cü il tarixli ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, istehlakçı İddiaçı Qusar şəhəri, M.Maqamayev küçəsi-6 ünvanında olan evinə quraşdırılmış Zenner tipli G-4 markalı, ********** nömrəli, üzərində 11018146 saylı plomb olan qaz sayğacı çıxarılmış və əvəzində Zenner tipli G-4 markalı **********5 nömrəli, üzərində 12461537 saylı plomb olan yeni sayğac quraşdırılmışdır. İşdə olan Cavabdeh Xaçmaz X2 İdarəsi tərəfindən tərtib edilmiş 31 may 223-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, 31 may 2023-cü il tarixli ******* saylı akt əsasında İddiaçı itirilmiş qazın bərpası üzrə cəmi 17280 kub.metr qaz sərfiyyatı hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qazdan istifadə qaydaları haqqında qərarın 4.2-ci bəndində qeyd olunmuşdır ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasındankeçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasındankeçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5-2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmçinin həmin Qaydaların 6.7. bəndinə görə qazın verilməsinindayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyət orqanlarının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və hüquqi şəxslərin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə hesab edir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı, istehlakçı tərəfindən qazın hesabı tam ödənilməlidir. İstehlakçı fiziki şəxs olarsa, onun qaz sayğacı ilə təchiz edilməsi, quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısıdayışır. Qazın verilməsinindayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan yaşayış evi qaz ilə təchiz edilib, quraşdırılmış sayğacın işlək vəziyyətdə olmasına görə məsuliyyəti iddiaçı deyil, qaz paylayıcı olan cavabdeh daşıdığından, həmin sayğaca iddiaçı tərəfindən müdaxilə edilməsi cavabdeh tərəfindən sübuta yetirilə bilmədiyinə görə iddiaçı barəsində mülki hüquq məsuliyyətinin yaranmasına görə qərar qəbul edilməsi əsaslı hesab edilə bilməz. Belə olan halda qaz sayğacının yararsız vəziyyətə düşməsi nəticəsində hər hansı borc məbləği kimi pul abonentdən tələb edilə bilməz. Göründüyü kimi Cavabdeh Xaçmaz X2 İdarəsi Qusar Qaz Xidməti Sahəsi tərəfindən istehlakçı İddiaçı Qusar şəhəri, M.Maqamayev küçəsi-6 ünvanında yerləşən evi üçün quraşdırılmış qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plombların üzərində əzik-cıqız izlərinin aşkar edilməsi qeyd edilmiş, lakin həmin vaxt həmin sayğaca məhz istehlakçı İddiaçı tərəfindən müdaxilə olunması müəyyən edilməmişdir. Belə olan halda, həmin sayğacının hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plombların üzərində əzik-cıqız izlərinin aşkar edilməsi məhz İddiaçı tərəfindən hər hansı şəkildə sayğaca müdaxilə olunması, həmçinin sayğacın hər hansı şəkildə zədələnməsi şübhə doğurur. Bundan başqa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qazdan istifadə qaydalarının tələblərinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən). Həmçinin, həmin qaydalara görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Bundan başqa, qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plombların üzərində əzik-cıqız izlərinin aşkar edilməsi istehlakçı İddiaçı təqsiri heç bir sənədlə və ya sübutla təsdiq olunmur və onun həmin sayğaca müdaxilə etməsi əsaslandırılmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, İddiaçı evi üçün quraşdırılmış qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plombların üzərində əzik-cıqız izlərininaşkar edilməsi məhz onun tərəfindən həmin sayğaca müdaxilə edilməsi və qaz paylayıcısı olan Cavabdehnə ziyan vurulması kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Dövlət X3 İstehsalat Birliyinin əməkdaşları tərəfindən İddiaçı qanunsuz hesablanmış 17280 kub/metr qaz sərfiyyatının və həmin sərfiyyata görə hesablanmış 2073.60 manat məbləğində pul silinməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə tam sübuta yetirmişdir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “Azəriqaz İB-yi tərəfidən qanunsuz hesablanmış 2073.60 manat məbləğində borcun silinməsinə dair” iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət X3 İstehsalat Birliyinin əməkdaşları tərəfindən İddiaçı qanunsuz hesablanmış 17280 kub/metr qaz sərfiyyatı və həmin sərfiyyata görə hesablanmış 2073.60 manat məbləğində pul silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-845/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-845/2023
07.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver