Məhkəmə qərarları › İş №2(029)-851/2021

Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-851/2021

15.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-851/2021 15.09.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu Ərizəçi Qusar rayon İcra Hakimiyyəti Qusar Mənzil İstismar Müəssəsinə qarşı daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsinə dair ərizəsinə baxaraq, Müəyyən etdim: Ərizəçi Qusar rayon İcra Hakimiyyəti Qusar Mənzil İstismar Müəssəsinə qarşı daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, ərizədə Ərizəçi Qusar şəhəri Zərifə Əliyeva küçəsi 126 saylı yaşayış evinin 14 nömrəli mənzilin mülkiyyətçisi kimi tanınanaraq qeydə alınması tələb olunmuşdur. Qeyd olunmalıdır ki, daşınmaz əmlak üzərində hər hansı şəxsin mülkiyyət hüquqlarının dövlət qeydiyyatı məhkəmə tərəfindən deyil, müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Odur ki, hazırkı işə məhkəmə qaydasında baxıla bilməz. Azərbaycan Respublikasının MPM-nin 153.1.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Ona görə də, hesab edirəm ki, hazırkı ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin qəbul edilməsindən imtina olunmalı, ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmçinin, ərizəçiyə yuxarıda göstərilən mənzilə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə ərizə ilə hüquqların dövlət qeydiyyatını həyata keçirən orqana, müsbət cavab alınmadıqda isə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 153, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: Ərizəçi Qusar rayon İcra Hakimiyyəti Qusar Mənzil İstismar Müəssəsinə qarşı daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsinə dair ərizəsinin qəbul edilməsindən imtina olunsun və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizəçi izah edilsin ki, mənzilə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə ərizə ilə hüquqların dövlət qeydiyyatını həyata keçirən orqana, müsbət cavab alınmadıqda isə müvafiq inzibati məhkəməyə müraciət edə bilər. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. Qusar rayon məhkəməsinin hakimi Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar