Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-851/2022 18.10.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı və Cavabdeh1 Əmirağa qızının iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Əmirağa oğluna və Cavabdeh2 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 Əmirağa qızına və Cavabdeh2 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən yaşayış evi və onun yerləşdiyi 0.0464 ha həyətyanı torpaq sahəsindən ibarət mirasın xx.xx.2003-cü ildə miras qoyan X6 vəfatından sonra X3 tərəfindən vəsiyyət üzrə qəbul edilməsi, X3nun 24 noyabr 2005-ci ildə vəfatından sonra həmin mirasın onun tərəfindən qanun üzrə qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1996-cı il tarixdə Qusar şəhəri, Fizuli küçəsi 4 nömrəli evdə anadan olmuş, həmin evdə boya-başa çatmış və halhazırda da həmin evdə yaşayır. Valideynləri, X3 ilə anası Cavabdeh1 Əmirağa qızı 07 oktyabr 1994-cü il tarixdə faktiki nikah münasibətlərinə daxil olmuş, həmin tarixdə də anası Mənzərə Qusar şəhəri, Fizuli küçəsi 4 ünvanda yerləşən evə gəlin köçmüşdür. Valideynləri arasında rəsmi nikah 08 iyun 2005-ci il tarixdə qeyd edilmişdir. Anası həmin evə gəlin köçdüyü vaxt atası Nadir, atasının valideynləri X19 və anası X20 yaşamışlar. X2 26 sentyabr 2002-ci il tarixdə vəfat etmişdir. Nənəsinin vəfatından sonra evdə babası Saruxan, atası Nadir, anası Mənzərə, o və bacısı Cavabdeh2 ilə birlikdə yaşamışlar. 04 iyun 2003-cü il tarixdə isə babası X19 vəfat etmişdir. Mərhum babası X19 vəfat etməmişdən əvvəl 21 may 2003-cü il tarixdə Qusar şəhəri, Fizuli küçəsi 4 ünvanında yerləşən fərdi yaşayış evini oğluna, yəni atası Nadir Mityayevə vəsiyyət etmişdir. X3 24 noyabr 2005-ci ildə vəfat etmişdir. Mərhumun vəfatından sonra adı çəkilən evdə anası Mənzərə, o və bacısı Kəmalə yaşayırlar. Mərhum babası Saruxan və nənəsi Saimatdan miras qalmış, Qusar şəhəri, Fizuli küçəsi 4 ünvanında yerləşən yaşayış evindən və 0.0464 ha həyətyanı torpaq sahəsindən ibarət mirasın qəbul edilməsi faktının müəyyən edilməsi ilə bağlı miras qoyanların birinci dərəcədə vərəsələri sayılan əmisi X22 və bibisi X7 anası Cavabdeh1 Əmirağa qızı arasında məhkəmə çəkişmələri olmuşdur. O, göstərilən miras əmlaka vərəsə olaraq həmin məhkəmə çəkişmələrində iştirak etməmişdir. Belə ki, Qusar rayon məhkəməsinin 2(029)-223/2017 saylı 05 yanvar 2017-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçılar Mitayev Rafik Saruxan oğlu və X7 anası Mənzərəyə qarşı “mirasın qəbul edilməsi üçü qanunla müəyyən edilmiş müddətin uzadılması, qanun üzrə və vəsiyyət üzrə vərəsəliyin müəyyən olunması, mirasın vərəsələr arasında bölüşdürülməsi, vəsiyyət üzrə vərəsəlik zamanı mirasda məcburi payın ayrılması tələbinə dair” ilkin iddiası “qismən” təmin olunaraq ünvan 6 saylı fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 400 kv.metr torpaq sahəsinə dair mərhum X6 və mərhum X8 hər birinin mülkiyyət paylarının 50 faiz müəyyən edilərək həmin hissələr müvafiq olaraq onların miras kütləsinə daxil edilməsi, mərhumlar Saruxan Mityayevin və Saimat Mityayevanın miras kütləsinə daxil olan, yuxarıda göstərilən əmlakların vərəsələr tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinin səbəbləri üzürlü sayılmaqla, həmin müddətin uzadılması, mərhum Saruxan Mitayevin miras kütləsinə daxil olan ünvan 6 saylı fərdi yaşayış evinin və evin yerləşdiyi 0.04 hektar həyətyanı torpaq sahəsinin 50 faiz hissəsinə dair vəsiyyət üzrə vərəsəlik müəyyən edilərək həmin mirasa dair iddiaçı Rafik Mitayevin məcburi payının 1/6 hissə (8.3 faiz), iddiaçı Sevilə Yaqubovanın məcburi payının 1/6 hissə (8.3 faiz) müəyyən edilməsi və həmin mirasa dair mərhum Nadir Mityayevin vərəsələri olan Cavabdeh1, Taryel Əyyubovun, Nazlı Eyyubovanın, Şahbaz Mityayevin, Cavabdeh2 miras paylarının isə birlikdə 2/3 (33.4 faiz) hissə müəyyən edilməsi, miras qoyan Saimat Mityayevanın miras kütləsinə daxil olan ünvan 6 saylı fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 400 kv.metr torpaq sahəsinin 50 faiz hissəsinə dair qanun üzrə vərəsəlik müəyyən olunaraq həmin mirasa dair iddiaçı Rafik Mitayevin miras payının 2/3 hissə (33.3 faiz) və mərhum Nadir Mityayevin vərəsələri olan Cavabdeh1, Taryel Əyyubovun, Nazlı Eyyubovanın, Şahbaz Mityayevin, Cavabdeh2 miras paylarının isə birlikdə 1/3 hissə (16.7 faiz) müəyyən edilməsi, yekun olaraq ünvan 6 saylı fərdi yaşayış evinə və evin yerləşdiyi 0.04 hektar həyətyanı torpaq sahəsinə dair Rafik Mitayevin miras payının qanun və vəsiyyət üzrə 41,6 faiz; Sevilə Yaqubovanın miras payının 8,3 faiz; Cavabdeh1, Taryel Əyyubovun, Nazlı Eyyubovanın, Şahbaz Mityayevin, Cavabdeh2 miras paylarının hər birinə 9.18 faiz olmaqla cəmi 50,1 faiz müəyyən edilməsi və həmin payların müvafiq olaraq həmin şəxslərin mülkiyyətinə verilməsi, Cavabdeh1 Mitayev Rafik Saruxan oğluna və qeyrilərinə qarşı çıxarışın etibarsız hesab edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən anası Cavabdeh1 verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)—1557/2017 saylı 21 iyun 2017-ci il qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunaraq Qusar rayon məhkəməsinin 2(029)-223/2017 saylı 05 yanvar 2017ci il tarixli qətnaməsi “ilk iddia qismən təmin edilsin” hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə təmin edilməməsi, qətnamənin- “ilk iddia təmin edilməyən və Cavabdeh1 Əmirağa qızının X9 və X13 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi və mirasın qəbuledilməsi faktının müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia təmin edilməsin” hissələrində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədə qeyd olunmuşdur ki, ilk iddia üzrə iddiaçılar mirası qəbul etməmiş və mirasın qəbul edilməsi müddətinin hər hansı üzürlü səbəbdən buraxması barədə məhkəməyə heç bir tutarlı sübut təqdim etməmişlər. Həmçinin qətnamədə iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılması barədə qənaəti belə əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən yaşayış evinə və onun yerləşdiyi 0.0464 ha həyətyanı torpaq sahəsi üzərində S.M.Mityayevin mülkiyyət hüququ müəyyən edilmədən X8 26 sentyabr 2022-ci il tarixdə vəfatından sonra miras həyətyanı torpaq sahəsində ona çatası paydan ibarət mirasın qaynatası S.Mityayev və əri Nadir Mityayev tərəfindən qəbul edilməsi faktının, 04 iyun 2003-cü il tarixdə qaynatası S.Ş. B=Mityayevin vəfatından sonra miras əmlakda onun payının vəsiyyətnamə üzrə əri N.S.Mityayev tərəfindən qəbul edilməsi faktının və 24 noyabr 2005-ci il tarixdə əri N.S.Mityayevin vəfatından sonra ondan miras qalmış Qusar şəhəri, Fizuli küçəsi 4 ünvanda yerləşən yaşayış evindən və evin yerləşdiyi 0.0464 ha həyətyanı torpaq sahəsinin ¼ hissəsindən ibarət mirasın bütövlükdə onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi mümkün deyildir. Apellyasiya instansiya məhkəməsinin göstərilən qətnaməsindən iş üzrə iddiaçı X14 verdiyi kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyası özünün 2(102)- 8180/2017 saylı 28 noyabr 2017-ci il tarixli qərarı ilə kassasiya şikayətini təmin edilmədən, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası özünün 2(105)-1557/2017 saylı 21 iyun 2017-ci il tarixli qətnaməsini dəyişdirilmədən saxlamışdır. Beləliklə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə mərhum X4 və X5 miras qalmış Qusar şəhəri, Fizuli küçəsi 4 ünvanında yerləşən yaşayış evindən və 0.0464 ha həyətyanı torpaq sahəsindən ibarət mirasın mərhumun birinci dərəcədə vərəsələri olan X14 və X7 qəbul edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bundan sonra o, Qusar rayon məhkəməsinə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizə ilə müraciət etmiş, məhkəmə qərardadla ərizəni baxılmamış saxlamış və izah edilmişdir ki, miras əmlak barədə vərəsələr arasında mübahisə mövcud olduğundan işə iddia icraatında baxılmalıdır. Ona görə də o, məhkəməyə yenidən iddia ərizəsi ilə müraciət etmiş, iddia ərizəsində cavabdeh qismində X23 və X15 göstərmişdir. Qusar rayon Məhkəməsinin 18 noyabr 2021ci il tarixli qətnaməs ilə iddiası təmin edilmişdir. Həmin qətnamədən cavabdeh Rafik Mityayevin verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası özünün 2(105)-59/2022, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iş üzrə Qusar rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli qətnaməsini ləğv edərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul etmişdir. Qətnamədə buna əsas kimi göstərilmişdir ki, iddia ərizəsində cavabdeh qimində göstərilmiş Rafik Mitayev və Sevilə Yaqubova hazırki işdə cavabdeh ola bilməzlər, çünki onların miras əmlakla bağlı tələblərinə qanuni qüvvəsinə minmiş məhkəmə qətnamələri ilə qiymət verilərək onlar tərəfindən mirasın qəbul edilməməsi qərara alınmışdır. Belə olan halda miras əmlaka vərəsəlik hüquqları olan Mənzərə və Kəmalə Mitayevlər cavabdeh ola bilərlər. Ona görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.O, miras əmlaka vərəsəlik hüququna dair şəhadətnamənin veriməsi üçün təkrarən Qusar rayon Notariat Ofisinə müraciət etmiş,həmin Ofisin notariusu D.A.Tağıyev 24 iyun 2022-ci il tarixli X-868 saylı məktubla cavab vermişdir ki, İddiaçı Qusar rayon Notariat Ofisində 04 iyun 2003-cü ildə vəfat etmiş X4 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə müraciətinə baxılmış və bildirilmişdir ki, X19 vəfat etdikdən sonra Qusar rayon notariat ofisinə mirasın qəbul olunmasına dair müraciət daxil olmamışdır.Bununla bağlı Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. X1 digər varisləri mövcuddur. Mövcud olan digər varislər öz paylarına dair münasibətlərini bildirmədikləri üçün tam şəkildə pay bölgüsünün aparılması mümkün deyildir. Bununla bağlı buraxılmış müddətin bərpası və pay bölgüsünün aparılması üçün məhkəməyə müraciət edilməsi məqsədə uyğundur. Qeyd etmişdir ki, miras evə mərhum babası X6 adına DƏDRX-nın Xaçmaz Ərazi İdarəsinin RX seriyalı ******* nömrəli xx.xx.2016-cı il qeydiyyat tarixli Hüquqların dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış və **********79-10301 reyestr nömrəli daşınmaz əmlakın texniki pasportu alınmışdır. Həmin Çıxarışa əsasən Qusar şəhəri, Fizuli küçəsi 4 ünvanda yerləşən ümumi sahəsi 147 kv metr olana yaşayış evi və onun yerləşdiyi 0.0464 ha həyətyanı torpaq sahəsi tam mülkiyyət hüququ ilə mərhum babası A.Ş.Mityayevin adına qeydə alınmışdır. Qusar RİHBnın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 15 oktyabr 2019-cu il tarixli 3010 nömrəli arayışı ilə təsdiq olunur ki, ünvan 6 saylı evin sakini X20 2002-ci ildə vəfat etmiş, ondan sonra həmin evdə həyat yoldaşı Mitayev Saruxan Şahbaz oğlu, oğlu X21, gəlini Cavabdeh1 Əmirağa qızı və nəvələri X25, Cavabdeh2 yaşamışlar. X19 2003-cü ildə vəfat etmiş, ondan sonra həmin evdə X21, gəlini Cavabdeh1 Əmirağa qızı, nəvələri X25 və Cavabdeh2 yaşamışlar. X21 2005-ci ildə vəfat etmiş, ondan sonra həmin evdə həyat yoldaşı Cavabdeh1 Əmirağa qızı və uşaqları X25 və Cavabdeh2 yaşayırlar. Qeyd etmişdir ki, 17 oktyabr 2018-ci il tarixdə adını “Şahbaz”dan “Ömər” adına dəyişmişdir. Bu barədə ona Qusar rayon Qeydiyyat şöbəsindən 17 oktyabr 2018-ci il tarixli AZ-İ 017926 saylı adın, ata adının və soyadının dəyişdirilməsi haqqında şəhadətnamədə verilmişdir. O, bütün bu sənədlərlə Qusar rayon Ofisinə müraciət edərək mərhum babası X4 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Həmin notariat ofisinin notariusu D.A.Tağıyev ona 01 noyabr 2019-cu il tarixli X-984 saylı məktubla cavab vermişdir ki, onun tərəfindən Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş müddət keçirilmiş, X1 digər varisləri mövcuddur, həmin varislər öz paylarına xx.xx.2005-ci ildə vəfatından sonra isə həmin mirası o, birinci növbədə vərəsə kimi həmin evdə yaşamaqla qanun üzrə qəbul etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, əmiləri və bibiləri tərəfindən mirasın qəbul edilməsi barədə məhkəməyə müraciət olunmuş, lakin onların iddiaları təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsində vərəsəlik hüquqları olan hazırki iş üzrə cavabdehlər olduğu halda iddia ərizəsində cavabdeh olmayan şəxslər yazıldığından Qusar rayon Qətnaməsi ləğv edilmişdir. Buna görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 Əmirağa qızı iddianı qəbul etmiş və izahatında göstərmişdir ki, iddiaçı onun oğludur. O biri vərəsələr də, mirasın qəbul edilməsi ilə əlaqədar müraciət etməmişlər və müddəti ötürmüşlər. Nadir Mityayevin əvvəlki nikahdan 2 uşaqları olmuş, həmin uşaqlar yetkinlik yaşına çatmışlar. Həmin uşaqların yaşları 30-dan çoxdur. Həmin şəxslərin mirasın qəbul ediməsi ilə bağlı müraciəti olmamış, mirasla bağlı onlar arasında hər hansı bir razılıq olmamışdır. Həmin şəxslərin mirasdan imtina etməsi barədə hər hansı bir sənəd sübut yoxdur. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək iddianı qəbul etdiyini, şəxsi işləri ilə əlaqədar və himayəsində azyaşlı uşaqların olmasını bildirərək işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ 116592 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X21 ilə X10 arasında Qusar rayon Qeydiyyat şöbəsində 08 iyun 2005-ci il tarixdə nikah haqqında 44 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra Mənzərə Bağışova “Mityayeva” soyadını qəbul etmişdir. İş materiallarında olan AZ-İV 150469 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X25 xx xxxxxx 1996-cı ildə anadan olmuşdur. X3, anası X11r. İş materiallarında olan 17 oktyabr 2018-ci il tarixli AZ-İ 017926 saylı adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 1996-cı il tarixdə Qusar şəhərində anadan olmuş X25 adını “Şahbaz” əvəzinə “Ömər”ə dəyişdirmiş və bu barədə soyadın, adın, ata adının dəyişdirilməsi haqqında akt qeydləri kitabında 17 oktyabr 2018-ci il tarixdə 09 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İ 021101 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 25 noyabr 2005-ci il tarixdə vəfat etmişdir. İşdə olan 17 oktyabr 2019-cu il tarixli 1222 saylı Qusar rayon Qeydiyyat Şöbəsindən verilmiş arayışdan görünür ki, X19 xx.xx.2003-cü ildə Azərbaycan Respublikası Qusar şəhərində vəfat etmişdir. Bu barədə xx.xx.2003-cü il tarixdə Qusar rayon qeydiyyat şöbəsinin 75 nömrəli ölüm haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Qusar RİHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 3010 nömrəli arayışdan görünür ki, ünvan 6 saylı evin sakini X20 2002-ci ildə vəfat etmiş, ondan sonra həmin evdə həyat yoldaşı Mitayev Saruxan Şahbaz oğlu, oğlu X21, gəlini Cavabdeh1 Əmirağa qızı və nəvələri X25, Cavabdeh2 yaşamışlar. X19 2003-cü ildə vəfat etmiş, ondan sonra həmin evdə X21, gəlini Cavabdeh1 Əmirağa qızı, nəvələri X25 və Cavabdeh2 yaşamışlar. X21 2005-ci ildə vəfat etmiş, ondan sonra həmin evdə həyat yoldaşı Cavabdeh1 Əmirağa qızı və uşaqları X25 və Cavabdeh2 yaşayırlar. İşdə olan Qusar rayon XDS-nın İcraiyyə Komitəsinin 03 mart 1982-ci il tarixli 9/51 nömrəli qərarından görünür ki, Qusar şəhəri Fizuli küçəsindəki 4 nömrəli ünvanda yerləşən, həqiqətdə Mitayev Saruxan Şahpaz oğluna məxsus fərdi yaşayış evlərinin yerləşdiyi torpaq sahəsinə X17 adına verilmiş 226 nömrəli torpaq qeydi etibarsız sayılmış və ləğv edilmişdir. Rayon kommunal müəssisələri kombinatına Fizuli küçəsindəki 4 nömrəli fərdi yaşayış evinin və ona məxsus 400 kv.metr olan torpaq sahəsinin evin həqiqi sahibi Mitayev Saruxan Şahpaz oğlunun adına keçirilməsi, evin ev dəftərçəsinin və texniki pasportunun S.Mitayevin adına qeyd edilməsi tapşırılmışdır. İşdə olan Azərbaycan Respublikası Qusar rayon İcra Hakimiyyəti başçısının Aparatının Memarlıq və Tikinti şöbəsi tərəfindən verilmiş 06 iyun 2016-cı il tarixli 28 nömrəli rəyin surətindən görünür ki, Mitayev Rafik Saruxan oğlunun mərhum atası X16 məxsus ünvan 4 ünvanda ünvan 5sən özünə məxsus 464.0 kv.m. həyətyanı torpaq sahəsində 1962-1988-ci illərdə inşa etdiyi fərdi yaşayış evinin bünövrəsi çay daşı, divarları çiy kərpic, dam örtüyü şifer olmaqla 2 (iki) mərtəbəli 2 (iki) yaşayış otaqlı, ümumi sahəsi 121.9 kv. m, yaşayış sahəsi 25.2 kv m, köməkçi sahəsi 96.7 kv m təşkil edir. Həmin torpaq sahəsində 1962-1996-cı illərdə inşa etdiyi ikinci fərdi yaşayış evinin bünövrəsi çay daşı, divarları çiy saman kərpic, dam örtüyü şifer olmaqla 1 (bir) mərtəbəli 1 (bir) yaşayış otaqlı, ümumi sahəsi 25.2 kv m, yaşayış sahəsi 15.1 kv m, köməkçi sahəsi 10.1 kv m təşkil edir. Fərdi yaşayış evləri şəhərin memarlıq üslubuna və kommunikasiya xətlərinə heç bir xələl gətirmir. Odur ki, X16 məxsus Qusar şəhəri Fizuli küçəsi ev 4 ünvanda yerləşən fərdi yaşayış evlərini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən qeydiyyata alınması məqsədə müvafiqdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli və xx.xx.2016-cı il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı Çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanda yerləşən 0.0464 ha həyətyanı torpaq sahəsi və üzərində olan ümumi sahəsi 147.0 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X16 məxsusdur. İşdə olan Reyestr nömrəsi **********79-10301, inventar nömrəsi 1686 olan Texniki Pasportun surətindən görünür ki, ünvan 6 ünvanda yerləşən 0.0464 ha torpaq sahəsi və fərdi yaşayış evi X16 məxsusdur. İşdə olan Qusar rayon Notariat Ofisinin 24 iyun 2022-ci il tarixli X-868 nömrəli məktubundan görünür ki, İddiaçı Qusar rayon Notariat Ofisində 05 iyun 2003-cü ildə vəfat etmiş X4 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə müraciətinə baxılmış və bildirilmişdir ki, X19 vəfat etdikdən sonra Qusar rayon notariat ofisinə mirasın qəbul olunmasına dair müraciət daxil olmamışdır. X1 digər varisləri mövcuddur. Mövcud olan digər varislər öz paylarına dair münasibətlərini bildirmədikləri üçün tam şəkildə pay bölgüsünün aparılması mümkün deyildir. Bununla bağlı müddətin bərpası və pay bölgüsünün aparılması üçün məhkəməyə müraciət edilməsi məqsədə uyğundur. İşdə olan Qusar rayon məhkəməsinin 2(029)-223/2017 saylı 05 yanvar 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ilkin iddianın qismən təmin edilməsi, ünvan 6 saylı fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 400 kv.metr torpaq sahəsinə dair mərhum X6 və mərhum X8 hər birinin mülkiyyət paylarının 50 faiz müəyyən edilərək həmin hissələr müvafiq olaraq onların miras kütləsinə daxil edilməsi, mərhumlar Saruxan Mityayevin və Saimat Mityayevanın miras kütləsinə daxil olan, yuxarıda göstərilən əmlakların vərəsələr tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinin səbəbləri üzürlü sayılmaqla, həmin müddətin uzadılması, mərhum Saruxan Mitayevin miras kütləsinə daxil olan ünvan 6 saylı fərdi yaşayış evinin və evin yerləşdiyi 0.04 hektar həyətyanı torpaq sahəsinin 50 faiz hissəsinə dair vəsiyyət üzrə vərəsəlik müəyyən edilərək həmin mirasa dair iddiaçı Rafik Mitayevin məcburi payının 1/6 hissə (8.3 faiz), iddiaçı Sevilə Yaqubovanın məcburi payının 1/6 hissə (8.3 faiz) müəyyən edilməsi və həmin mirasa dair mərhum Nadir Mityayevin vərəsələri olan Cavabdeh1, Taryel Əyyubovun, Nazlı Eyyubovanın, Şahbaz Mityayevin, Cavabdeh2 miras paylarının isə birlikdə 2/3 (33.4 faiz) hissə müəyyən edilməsi, miras qoyan Saimat Mityayevanın miras kütləsinə daxil olan ünvan 6 saylı fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 400 kv.metr torpaq sahəsinin 50 faiz hissəsinə dair qanun üzrə vərəsəlik müəyyən olunaraq həmin mirasa dair iddiaçı Rafik Mitayevin miras payının 2/3 hissə (33.3 faiz) və mərhum Nadir Mityayevin vərəsələri olan Cavabdeh1, Taryel Əyyubovun, Nazlı Eyyubovanın, Şahbaz Mityayevin, Cavabdeh2 miras paylarının isə birlikdə 1/3 hissə (16.7 faiz) müəyyən edilməsi, yekun olaraq ünvan 6 saylı fərdi yaşayış evinə və evin yerləşdiyi 0.04 hektar həyətyanı torpaq sahəsinə dair Rafik Mitayevin miras payının qanun və vəsiyyət üzrə 41,6 faiz; Sevilə Yaqubovanın miras payının 8,3 faiz; Cavabdeh1, Taryel Əyyubovun, Nazlı Eyyubovanın, Şahbaz Mityayevin, Cavabdeh2 miras paylarının hər birinə 9.18 faiz olmaqla cəmi 50,1 faiz müəyyən edilməsi və həmin payların müvafiq olaraq həmin şəxslərin mülkiyyətinə verilməsi, Cavabdeh1 Mitayev Rafik Saruxan oğluna və qeyrilərinə qarşı çıxarışın etibarsız hesab edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)—1557/2017 saylı 21 iyun 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı M.Ə.Mityayevin apelyasiya şikayətinin qismən təmin edilməsi, Qusar rayon məhkəməsinin 05 yanvar 2017-ci il tarixli, 2(029)-223/2017 saylı qətnaməsinin-“ilk iddia qismən təmin edilsin, ünvan 6 saylı fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 400 kv.metr torpaq sahəsinə dair mərhum Mitayev Saruxan Şahbaz oğlunun və mərhum X8 hər birinin mülkiyyət payları 50 faiz müəyyən edilərək həmin hissələr müvafiq olaraq onların miras kütləsinə daxil edilsin. Mərhumlar Saruxan Mitayevin və Saimat Mityayevanın miras kütləsinə daxil olan, yuxarıda göstərilən əmlakların vərəsələr tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinin səbəbləri üzürlü sayılmaqla, həmin müddət uzadılsın. Mərhum Saruxan Mitayevin miras kütləsinə daxil olan ünvan 6 saylı fərdi yaşayış evinin və evin yerləşdiyi 0.04 hektar həyətyanı torpaq sahəsinin 50 faiz hissəsinə dair vəsiyyət üzrə vərəsəlik müəyyən edilərək həmin mirasa dair iddiaçı Rafik Mitayevin məcburi payı 1/6 hissə (8.3 faiz), iddiaçı Sevilə Yaqubovanın məcburi payı 1/6 hissə (8.3 faiz) müəyyən edilsin və həmin mirasa dair mərhum Nadir Mityayevin vərəsələri olan Cavabdeh1, Taryel Əyyubovun, Nazlı Eyyubovanın, Şahbaz Mityayevin, Cavabdeh2 miras payları isə birlikdə 2/3 (33.4 faiz) hissə müəyyən edilsin. Miras qoyan Saimat Mityayevanın miras kütləsinə daxil olan ünvan 6 saylı fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 400 kv.metr torpaq sahəsinin 50 faiz hissəsinə dair qanun üzrə vərəsəlik müəyyən olunaraq həmin mirasa dair iddiaçı Rafik Mitayevin miras payı 2/3 hissə (33.3 faiz) və mərhum Nadir Mityayevin vərəsələri olan Cavabdeh1, Taryel Əyyubovun, Nazlı Eyyubovanın, Şahbaz Mityayevin, Cavabdeh2 miras payları isə birlikdə 1/3 hissə (16.7 faiz) müəyyən edilsin. Yekun olaraq ünvan 6 saylı fərdi yaşayış evinə və evin yerləşdiyi 0.04 hektar həyətyanı torpaq sahəsinə dair Rafik Mitayevin miras payı qanun və vəsiyyət üzrə 41,6 faiz; Sevilə Yaqubovanın miras payı 8,3 faiz; Cavabdeh1, Taryel Əyyubovun, Nazlı Eyyubovanın, Şahbaz Mityayevin, Cavabdeh2 miras payları hər birinə 9.18 faiz olmaqla jəmi 50,1 faiz müəyyən edilsin və həmin paylar müvafiq olaraq həmin şəxslərin mülkiyyətinə verilsin” hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə təmin edilməməsi, qətnamənin – “ilk iddia təmin edilməyən və Cavabdeh1 Mitayev Rafik Saruxan oğluna və X13 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia təmin edilməsin” hissələrində dəyişdirilmədənə saxlanılması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 8180/17 saylı 28 noyabr 2017-ci il tarixli qərarının surətindən görünür ki, iddiaçı Mitayev Rafik Saruxan oğlunun kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-1557/2017 nömrəli iş üzrə 21 iyun 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli 2(105)-591/2022 saylı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsindən görünür ki, Qusar rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı cavabdehlər X18, X13 və üçüncü şəxs X24 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1, 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Həmin Məcəllənin 1253.1-ci maddəsinə əsasən mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir. Həmin Məcəllənin 1253.2-ci maddəsinə əsasən əmlakı irsi transmissiya üzrə almaqdan imtina edildikdə əmlak ölmüş vərəsələrlə birlikdə mirası qəbul etməyə çağırılmış şəxslərə keçir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. Həmin Məcəllənin 1273.1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Göründüyü kimi, mübahisəli fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə dair ilkin sənədlər məhz mərhum Saruxan Mityayevin adına olmuş və bu səbəbdən də həmin əmlaklar ilkin olaraq məhz həmin şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı, daha sonra isə Saimat Mityayevanın mülkiyyət payı müəyyən olunmalı və bundan sonra vərəsəlik müəyyən olunmalıdır. Saimat Mityayeva vəfat etdikdən sonra mübahisəli torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki fərdi yaşayış evinin ona çatası hissəsinin nə qədər təşkil etməsi və bununlada onun miras kütləsinin dairəsi dəqiq müəyyən edilməmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, həmin şəxsin vəfatından sonra onun mirasına dair vərəsəlik müəyyən olunmamış, onun miras kütləsinin dairəsi bütün vərəsələr üçün qeyri-müəyyən olmuş, heç bir vərəsə tərəfindən onun mirasının qəbul edilməsi istər faktiki, istər notariat orqanına müraciət etmə formasında qeyri-mümkün olmuşdur. X27 vəfat etdikdən sonra da həmin evə və torpaq sahəsinə dair miras qoyanların mülkiyyət payları dəqiq müəyyən edilməmiş, hər birinin mirasına dair ayrıca vərəsəlik müəyyən edilməmişdir. Bundan başqa, həmin şəxslər mirasa dair müvafiq iradə ifadəsi göstərməklə nə notariat orqanına, nə də məhkəməyə müvafiq ərizə ilə müraciə etməmişlər. Bu səbəbdən də, məhkəmə Saimat Mityayevanın mirasının sonuncunun vəfatından sonra Saruxan Mityayev və Nadir Mityayev tərəfindən qəbul edilməsi faktının, daha sonra isə Saruxan Mityayevin mirasının sonuncunun vəfatından sonra Nadir Mityayev tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi qanuni və əsaslı hesab etmir. X34 vəfat etdikdən sonra mübahisəli torpaq sahəsi ilə fərdi yaşayış evinin hər hansı hissəsi onun miras kütləsinə daxil olmamış və bu səbəbdəndə iddia rədd edilməlidir. Bundan başqa məhkəmə iclasında məlum olmuşdur ki, Cavabdeh1 Əmirağa qızının mərhum X12 birinci nikahından 2 uşağı var və həmin şəxslər yetkinlik yaşlarına çatmışlar. Həmin uşaqlar atalarına məxsus mirasa dair heç bir fikir bildirməmişlər və bu barədə heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Odur ki, yuxarıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 Əmirağa oğluna və Cavabdeh2 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 Əmirağa oğluna və Cavabdeh2 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-851/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-851/2022
18.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver