Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-853/2020 04.11.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı «Cavabdeh» İstehsalat Birliyinə qarşı təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş aktın etibarsız hesab olunması, dəymiş ziyanın hesablanmasına dair komissiya qərarının ləğv edilməsinə və əsassız hesablanmış borcun silinməsinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «Cavabdeh» İstehsalat Birliyinə qarşı təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş aktın etibarsız hesab olunması, dəymiş ziyanın hesablanmasına dair komissiya qərarının ləğv edilməsinə və əsassız hesablanmış borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək «Cavabdeh» X1 X2 X3 İstismarı Sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın etibarsız hesab edilməsi, dəymiş ziyanın bərpasına dair xx xxxxxxxx 2019-cu il tarixli komissiya qərarı ləğv edilməklə ona əsassız hesablanmış 529 manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, ünvan 1 saylı ünvanda xüsusi mülkiyyətində fərdi yaşayış evi vardır. Fərdi istehlakçı kimi o, cavabdeh “Cavabdeh” X1 X2 X3 İstismarı Sahəsi ilə müqavilə bağlayaraq yaşayış evində təbii qazdan istifadə edir. Evdə istehlak etdikləri təbii qazın haqqını vaxtlı-vaxtında ödəyir. Heç vaxt istehlak olunan qaza görə borcu olmamışdır. Qaz sayğacı küçədə yerləşir. 2019-cu ilin avqust ayının 29da X4 Sahəsinin əməkdaşları onun yaşadığı ünvana gələrək qaz sayğacına baxış keçirmiş və cihazın sayğacının daxilindəki plastmas boruda deşik aşkar olunmasını bildirmişlər. O, isə həmin şəxslərə bildirmişdir ki, sayğaca əl vurmamışdır. Buna baxmayaraq, X4 Sahəsinin əməkdaşları həmin gün ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib etmişlər və orada qeyd etmişlər ki, qaz sayğacının daxilindəki plastmas boruda deşik aşkar edilmişdir. O, həmin aktı imzalasa da, bildirmişdir ki, sayğacın tamlığının pozulmasında və ya hər hansı şəkildə ona müdaxilə olunmasında onun təqsiri yoxdur. Bundan sonra isə xx xxxxxxxx 2019-cu il tarixdə ona 5292 kub.metryəni 529 manat məbləğində ziyan hesablanmışdır. Hal-hazırda isə X4 Sahəsinin əməkdaşları onun mənzilinə qaz təchizatını dayandıracaqları ilə onu hədələyirlər. Aşağıda göstərilən hallara görə ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt etibarsız hesab edilməli, dəymiş ziyanın bərpasına dair xx xxxxxxxx 2019-cu il tarixli komissiya qərarı ləğv edilməklə ona əsassız hesablanmış 529 manat borc silinməlidir. Göründüyü kimi, yuxarıda qeyd etdiyi aktda qaz sayğacının plastmas borusunda deşik aşkar olunduğu göstərilsə də, həmin sayğaca məhz onun tərəfindən müdaxilə olunması müəyyən edilməmişdir. Həmçinin, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Bundan başqa, qaz sayğacının zədələnməsində onun təqsiri heç bir sənədlə və ya sübutla təsdiq olunmur və onun həmin sayğaca müdaxilə etməyi əsaslandırılmamışdır. Odur ki, cavabdeh tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı akt özlüyündə əsassız olmuş, mötəbər sübuta əsaslanmır, əksinə istehlakçı kimi onun üzərinə müqavilədən kənar əsassız və haqsız öhdəlik qoyulmasına səbəb olmuşdur. Bu səbəbdən də, həmin akt etibarsız hesab edilməlidir. Bundan başqa, ona 529 manat məbləğində borcun hesablanması da yuxarıda göstərilən məlum qaydaların tələblərinə ziddir, cavabdehin özünün kreditor hüquqlarından sui-istifadəyə yol verilməklə, həmçinin onun istehlakçı hüquqları pozulmaqla hesablanmışdır. Odur ki, itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair xx xxxxxxxx 2019-cu il tarixli komissiya qərarı ləğv edilməklə əsassız hesablanmış 529 manat məbləğində borc silinməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində göstərilən halları təsdiq etmiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh «Cavabdeh» İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə tam təmin edilməlidir. Belə ki, işdə olan “Cavabdeh” X1 X2 İdarəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli “Qaz paylayıcısi ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” Müqaviləsinin surətindən görünür ki, paylayıcı həmin müqavilədə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba ödəyir. Həmin müqavilədə istehlakçı İddiaçı hər hansı digər vəzifələr daşıması nəzərdə tutulmamışdır. İşdə olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx xxxxxx 2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı İddiaçı ünvan 1 saylı ünvanda yerləşən evinə quraşdırılmış Elster tipli BK-G4T markalı, ******* nömrəli, üzərində 05865437 saylı plomb olan qaz sayğacı çıxarılmış və əvəzində Zenner tipli C-4 markalı **********3 nömrəli, üzərində 05466769 saylı plomb olan yeni sayğac quraşdırılmışdır. İşdə olan «Cavabdeh» X1 X2 İdarəsi tərəfindən tərtib edilmiş «təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx xxxxxx 2019-cu il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus ünvan 1 saylı ünvanda yerləşən evdə quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə aşağıdakı qeyd aparılmışdır: “Cavabdeh” İB qaz sayğacının yoxlanılması barədə Akt № 29/1710-00619-2-li rəyinə əsasən xətalar normadan artıqdır. Sayğac minimal sərfiyyatda 100% nisbi xətayla işləyir. Kamera vasitəsilə sayğacın daxilinə baxış keçirilib, plastmas boruda deşik aşkar olundu. Hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmi qeyd etmir, ilkin baxışda sayğac normaldır. Dəymiş ziyan hesablansın və dəyəri ödənilsin”. İşdə olan xx xxxxxx 2020-ci il tarixli “Abonentin Saldosu”ndan görünür ki, istehlakçı İddiaçı 2019-cu ilin dekabr ayına akt üzrə 529,20 manat məbləğində borcunun olduğu qeyd edilmişdir. İşdə olan «Cavabdeh» X1 X2 İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2019-cu il tarixli qərarın surətindən görünür ki, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında İddiaçı itirilmiş qazın bərpası üzrə cəmi 5292 kub.metr qaz sərfiyyatı hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 nömrəli qazdan istifadə qaydaları haqqında qərarın 4.2-ci bəndində qeyd olunmuşdır ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5-2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyət orqanlarının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və hüquqi şəxslərin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Göründüyü kimi «Cavabdeh» X1 X2 X5 Xidməti Sahəsi tərəfindən istehlakçı İddiaçı ünvan 1 saylı ünvanda yerləşən evi üçün quraşdırılmış qaz sayğacının plastmas borusunda deşik aşkar olunduğu müəyyən edilmiş, lakin həmin vaxt həmin sayğaca məhz istehlakçı İddiaçı tərəfindən müdaxilə olunması müəyyən edilməmişdir. Belə olan halda, həmin sayğacın plastmas borusunun İddiaçı tərəfindən deşilməsi və digər hər hansı şəkildə sayğaca müdaxilə olunması, həmçinin sayğacın hər hansı şəkildə zədələnməsi şübhə doğurur. Belə ki, həmin sayğac İddiaçı evindən kənarda quraşdırılmışdır. Bu səbəbdən də, İddiaçı həmin sayğacın tamlığının qorunmasında cavabdehlik daşıya bilməzdi. Bundan başqa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 nömrəli qazdan istifadə qaydalarının tələblərinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən). Həmçinin, həmin qaydalara görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Bundan başqa, qaz sayğacının zədələnməsində istehlakçı İddiaçı təqsiri heç bir sənədlə və ya sübutla təsdiq olunmur və onun həmin sayğaca müdaxilə etməsi əsaslandırılmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, İddiaçı evi üçün quraşdırılmış qaz sayğacının plastmas borusunda deşik aşkar olunması, məhz onun tərəfindən həmin sayğaca müdaxilə edilməsi və qaz paylayıcısı olan «Cavabdeh» İstehsalat Birliyinə ziyan vurulması kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmənin qənaətinə görə, cavabdeh tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı akt özlüyündə əsassız olmuş, mötəbər sübuta əsaslanmır, əksinə istehlakçı İddiaçı üzərinə müqavilədən kənar əsassız və haqsız öhdəlik qoyulmasına səbəb olmuşdur. Bu səbəbdən də, həmin akt etibarsız hesab edilməlidir. Bundan başqa, həmin aktın əsasında qəbul edilmiş xx.xx.2019-cu il tarixdə 5292 kub metr ziyanın hesablanmasına dair tərtib edilmiş qərar da qanunsuz və əsassız olmuş, özlüyündə şübhə doğurur və bu səbəbdən də həmin qərar ləğv edilməlidir. Həmçinin, İddiaçı 529.2 manat məbləğində borcun hesablanması da yuxarıda göstərilən məlum qaydaların tələblərinə ziddir, cavabdehin özünün kreditor hüquqlarından sui-istifadəyə yol verilməklə, həmçinin iddiaçının istehlakçı hüquqları pozulmaqla hesablanmışdır. Odur ki, əsassız hesablanmış həmin borc silinməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1, 9.1.5-ci maddələrinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Ona görə də, məhkəmə hesab edir ki, İddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan və hazırkı iddia təmin olunduğundan 10 manat məbləğində dövlət rüsumu cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə aid edilməli, həmin məbləğdə pul vəsaiti cavabdehdən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə tam sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. «Cavabdeh» X1 X2 X3 İstismarı Sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt etibarsız hesab edilsin, həmin akt əsasında qəbul edilmiş dəymiş ziyanın bərpasına dair xx.xx.2019-cu il tarixli qərar ləğv edilsin və əsassız hesablanmış 529 (beş yüz iyirmi doqquz) manat məbləğində borc silinsin. “Cavabdeh” İstehsalat Birliyindən 10 (on) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(029)-853/2020
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-853/2020
04.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver