Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-857/2020 07.10.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi X15katibliyiilə, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X17rşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X17rşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “Ərizəçi Niyatulla oğlu”nun, “X8”nun və “X10”nın adlarına verilmiş JN:522F KOD 30116018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin onlara- yəni “Ərizəçi”na, “X9”na, “X10”na məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən X11 xx xxx 2000-ci il tarixli 12/8 saylı qərarına əsasən onlara-yəni Ərizəçi, X3 və X5 Qusar rayonu Köhnə Xudat kəndi ərazisindən 0,22 ha fərdi yaşayış evinin tikilməsi üçün nəzərdə tutulmuş həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə onların mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN:522F KOD 30116018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə təsdiq edilmişdir. X9 xx xxxxx 2008-ci il tarixdə, X10 xx xxxxxx 2002-ci il tarixdə vəfat etmişlər. JN:522F KOD 30116018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə Ərizəçi atasının adı səhvən “Niyatulla oğlu”, X1 adı və atasının adı səhvən”Niyatulla Məchulla oğlu” kimi qeyd edilmişdir. Onun şəxsiyyətini təsdiq edən bütün sənəddə soyadı, adı və atasının adı “Ərizəçi” oğlu, mərhum X1 ölümü haqqında şəhadətnamədə adı və atasının adı “Niyətulla Məcmulla oğlu” kimi qeyd edilmişdir. Əslində JN:522F KOD 30116018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə də mülkiyyətçilərin soyadları, adları və ata adları şəxsiyyətlərini təsdiq edən sənədlərə uyğun qeyd edilməli idi. Bu yaxınlarda o, həmin Şəhadətnamədə olan torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən sənədləri almaq üçün maraqlı şəxs DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin JN:522F KOD 30116018 saylı Şəhadətnamədə olan səhvlərə görə ona lazım olan sənədlərin verilməsindən imtina edilmişdir. Ona görə də JN:522F KOD 30116018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin onlara məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilən halları təsdiq etmiş və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X18 nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, ərizəçinin izahatını dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan JN:522F KOD 30116018 saylıtorpağın mülkiyyətəverilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Qusar rayon X11 xx xxx 2000-ci il tarixli 12/8 nömrəli qərarı ilə Qusar rayonu Köhnə Xudat kəndində yerləşən 0.22 ha torpaq sahəsi X2, X4 və X6 xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan Qusar rayon İHB-nın Köhnə Xudat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 354 saylı arayışdan görünür ki, JN:522F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə X1 adı və atasının adı səhvən Niyatulla Məchulla oğlu və Ərizəçi atasının adı səhvən Niyatulla yazılmışdır. Əslində şəxsiyyəti təsdiq edən sənəddə X9, Ərizəçi yazılmışdır və oxunmalıdır. İşdə olan Seriya AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin soyadı “Cumartov”, ata adı “Zinətulla oğlu”dur. İşdə olan AZ-İ 669636 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2002-ci il tarixdə ölmüşdür. İşdə olan AZ-İ 299322 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2008-ci il tarixdə ölmüşdür. İşdə olan vətəndaşların şəxsiyyət vəsiqələri barədə elektron məlumatların çıxarışından görünür ki, “Ərizəçi Niyatulla oğlu” adlı şəxs mövcud deyildir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X18xx.xx.2020-ci il tarixli **********45 saylı məktubundan görünür ki, DT və XK tərəfindən verilmiş JN-522F KOD 30116018 saylı torpağın mülkiyyətəverilməsinə dair şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi həmin idarənin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət etməsi Ərizəçi tövsiyyə edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçitərəfindən təqdim edilmiş Qusar rayonu Köhnə Xudat kəndində yerləşən 0.22 ha torpaq sahəsinə dair verilmiş KOD 30116018 JN:522F saylı torpağın mülkiyyətəverilməsinə dair şəhadətnamə onun üçün hüquq müəyyənedici sənəddir, belə ki, həmin sənəd əsasında o,qanunla müəyyən edilmiş qaydada sərəncamhüququnu həyata keçirməlidir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, Qusar rayonu Köhnə Xudat kəndində yerləşən 0.22 ha torpaq sahəsinə dair verilmiş şəhadətnamədə hüquq sahibləri kimi göstərilmiş şəxslər məhz Ərizəçi, mərhumlar X9 və X7r.Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələbinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “Ərizəçi Niyatulla oğlu”nun, “X8”nun və “X10”nın adlarına verilmiş JN:522F KOD 30116018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin “Ərizəçi”na, “X9”na və “X10”na məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(029)-857/2020
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-857/2020
07.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver