Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-860/2022 09.12.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Xudaverdiyev Namik Əhməd oğlunun katibliyi ilə, İddiaçı, cavabdehlər Cavabdeh2, X5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X11, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Qusar rayon Notariat ofisinə qarşı "vərəsəlik şəhadətnaməsinin və çıxarışın etibarsız hesab edilməsi" tələbinə dair iddiaları üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X11, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Qusar rayon Notariat ofisinə qarşı "vərəsəlik şəhadətnaməsinin və çıxarışın etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda fərdi yaşayış evindən ibarət mirasa dair verilmiş 06 may 2011-ci il tarixli 2V/01-18 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0.04 ha torpaq sahəsinə dair hər birinə 1/4 hissə olmaqla anası Cavabdeh1, qardaşları X3, Cavabdeh3 və Cavabdeh2 adlarına verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən 0.04 ha torpaq sahəsi və və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə onun atası X19 məxsus olmuşdur. Həmin şəxsin mülkiyyət hüququ xx.xx.2008-ci il tarixli Seriya MH ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. 2020-ci ilin axrılarında ona məlum olmuşdur ki, mərhum atasının mirasına dair anası Cavabdeh1, qardaşları Cavabdeh2 və Cavabdeh3 adlarına 06 may 2011-ci il tarixli 2V/01- 18 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Şərh olunan Şəhadətnamənin verilməsi üçün əsas, mərhum atasının adına tərtib edilmiş xx.xx.2008-ci il tarixli MH ******* saylı reyestrdən Çıxarış, həmçinin xx.xx.2011-ci il tarixli 2705 saylı vərəsələrin dairəsi haqqında arayış olmuşdur. Həmin arayışda mərhum atası X13 vərəsələri 5 nəfər-Cavabdeh1, X14, X15, X20 və X27 göstərilmiş, halbuki, atasının ölümündən sonra 8 nəfər yəni, yuxarıda qeyd edilən vərəsələrdən başqa digər vərəsələri o, yəni İddiaçı, X21 və X24 da qalmışlar, yəni 8 nəfər vərəsələrin əvəzinə xx.xx.2011-ci il tarixli 2705 saylı arayışda cəmi 5 nəfər vərəsələri qeyd edilmişdir. X2 vərəsələri xx.xx.2019-cu il tarixli 850 saylı arayışda göstərilmiş, vərəsələrin sayı 8 nəfərdir. Saxta arayış əsasında verilmiş xx.xx.2011-ci il tarixli 2V/01-18 reyestr nömrəli Qanun üzrə vərəsəlik Şəhadətnaməsinə uyğun olaraq ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.04 ha torpaq sahəsi hər birinə 1\4 hissə olmaqla anası Cavabdeh1, qardaşları X3, Cavabdeh3 və Cavabdeh2 mülkiyyətlərinə verilməklə ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. X1 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Yuxarıda şərh olunan halların nəticəsində ona məlum olmuşdur ki, vərəsəlik müəyyən olunarkən vərəsə kimi o və digər iki nəfər övladlar göstərilməmiş, qanunsuz olaraq vərəsələrin dairəsindən çıxarılmışlar. Bununla da, mərhum atasının mirasına dair vərəsəlik müəyyən olunarkən onun vərəsəlik hüququ pozulmuş və mərhum atasının mirasından pay almaq hüququndan məhrum edilmişdir. Halbuki, o, həmin ünvanda qeydiyyatdadır və mirası o da, faktiki olaraq qəbul etmişdir. Qanunun mənasına görə miras altı ay ərzində qəbul edilməmişdirsə, onun qəbuluna yol verilmir. Bu halda mirasın qəbulu müddəti məhkəmə tərəfindən uzadılmalıdır. Lakin, mərhum atasının mirası yuxarıda göstərilən vərəsələr tərəfindən müddət uzadılmadan 1 il keçdikdən sonra qəbul edilmişdir. Bundan başqa, o, həmin vaxt həmin evdə yaşasa da, Notariat Kontoru mirasa dair onun hansı münasibət bildirdiyini müəyyən etməmişdir. Bu səbəbdən də, hesab edir ki, mərhum atasının ünvan 1 ünvanda fərdi yaşayış evindən ibarət mirasa dair verilmiş 06 may 2011 ci il tarixli 2V/01-18 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsi qanunsuz və əsassız verildiyindən, bu isə onun vərəsəlik hüququnu pozduğundan həmin şəhadətnamə etibarsız hesab edilməlidir. Həmçinin, hesab edir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0.04 ha torpaq sahəsinə dair hər birinə 1/4 hissə olmaqla anası Cavabdeh1, qardaşları X3, Cavabdeh3 və Cavabdeh2 adlarına verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış qanunsuz və əsassız olmaqla onun vərəsəlik hüququnu pozmuşdur. Ona görə də, həmin çıxarış etibarsız hesab edilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, o, evi öz adına keçirmək istəyir. Onun mərhum atası Yarəli Yarəliyev ölümündən əvvəl evi hal-hazırda Rusiya Federasiyası Astraxan şəhərində yaşayan onun qardaşı X22 vəsiyyət etmişdir. Evin ən kiçik uşağı Vahid olduğundan atası evi həmin şəxsə vəsiyyət etmişdir. Həmin vaxt onların buna etirazları olmamışdır. Lakin, qardaşı X28 həmin evi istəmir, bu barədə ərizəsi də var, həmin ərzənin harda olduğunu isə bilmir. 8-10 il olar atası vəfat etmişdir. Atası ölməmişdən əvvəl evin kimin adında olduğunu bilməmişdir. Onlar 8 uşaqdırlar. Hazırda evin sənədi yoxdur, ev kiminsə adında olmalıdır, evə sənəd çıxarıb evi qardaşının adına keçirəcəkdir. O vaxt müraciət etməmişdir, evə sənəd lazım olacağını bilməmişdir, o elə bilmişdir ki, atası vəfat etdikdən sonra ev anasının adına keçmişdir. Sonradan o, mirası başqa şəxslərin qəbul etdiyini bilmiş, məlum olmuşdur ki, mirası notarial qaydada vəfat etmiş qardaşı Yarəlieyev Zeydullanın arvadı qəbul etmişdir. Zeydullanın öz evləri var, ataları vəfat etdikdən sonra həmin evdə qardaşı X23 yaşayıb və hal-hazırda da, o, yaşayır. Evin kimin adında olduğunu öyrənmək üçün sənədə baxmamış, fikir verməmişdir. Evlə bağlı hər hansı bir təşkilata müraciət olunmamışdır. Vərəsələrdən bəziləri Rusiya Federasiyasındadır, onların razılıq ərizələrinin olub-olmamasını bilmir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul edərək izahatında bildirmişdir ki, o, həmin evin qardaşı Əmrullanın adına keçirilməsini istəyir. O, iddia ərizəsində nə yazıldığını bilmir, vəkil iddia ərizəsini yazmış, nə yazdığını o, soruşmamışdır. Onların atası 8-10 il qabaq vəfat etmişdir. Atası vəfat etdikdən sonra hər hansı təşkilata müraciət etməmişdir. Hazırda öz aralarında razılaşmışlar ki, həmin evi qardaşı Əmrullanın adına keçirsinlər. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul edərək izahatında bildirmişdir ki, o, həmin evdə 1968-ci ildə anadan olmuş, həmin evdə böyümüş, ailə qurmuş və hazıradək həmin evdə yaşayır. Atası vəfat etdikdən sonrada o, həmin evdə yaşamışdır. Digər qardaşlarının özlərinin ayrı evləri vardır. Evlə bağlı onlar hər hansı orqana müraciət etməmişlər. Evin sənədini atası çıxartmış, atası vəfat etdikdən sonra sənədi istəyən olmamışdır. Atası sağ olanda evi kiçik qardaşına vəsiyyət etmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh X17 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdeh Qusar rayon Notariat ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin ofisin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ofisin xüsusi notariusu məhkəməyə ərizə göndərərək xx.xx.2022-ci il tarixdə keçiriləcək məhkəmə baxışı iclasında iş yükünün çoxluğu ilə əlaqədar olaraq iştirak edə bilmədiyi üçün işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz ərazi idarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iddiaçının və cavabdehlərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, işdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2020-ci il tarixli Çıxarışdan görünür ki, X29 ilə X18 nikahları Qusar rayonu İmamqulukənd İƏN-də xx.xx.1957-ci il tarixdə 14 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra qadın "Yarəliyeva" soyadını qəbul etmişdir. İşdə olan Qusar rayon qeydiyyat şöbəsindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X29 xx.xx.2010-cu il tarixdə Qusar şəhərində ölmüşdür. İşdə olan 06 may 2011-ci il tarixli reyestr nömrəsi 2V/01-18 olan vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2010-cu ildə vəfat etmiş X13 vərəsələri ünvan 2-də yaşayan X17, X16, Cavabdeh3 və Cavabdeh2dur. AR ƏMDKYDƏDRX-nin Xaçmaz rayon Ərazi idarəsi tərəfindən xx.xx.2011-ci ildə verilmiş 2/857 saylı arayışa və AR DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş MH ******* qeydiyyat nömrəsi ********** reyestr nömrəsi **********90-10301 olan Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 1965-ci ildə tikilmiş 2 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 111.7 kv.m., yaşayış sahəsi 30.6 kv.m., yardımçı sahəsi 81.1 kv.m., olan fərdi yaşayış evi X6 1/4 hissə, Cavabdeh3 1/4 hissə, Cavabdeh2 1/4 hissə, X7 1/4 hissədən ibarətdir. İşdə olan qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 111.7 kv.metr fərdi yaşayış evi payları 1/4 hissədə olmaqla X6, Cavabdeh3, Cavabdeh2 və X7 məxsusdur. İşdə olan Qusar rayon qeydiyyat şöbəsindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 xx.xx.1964-cü il tarixdə Qusar şəhərində anadan olmuşdur. X4, anası X12r. İşdə olan Qusar rayon qeydiyyat şöbəsindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X28 xx.xx.1970-cüi il tarixdə Qusar şəhərində anadan olmuşdur. X4, anası X8r. İşdə olan Qusar RİHB-nın Qusar şəhər İƏ üzrə nümayəndəliyindən verilmiş 2705 saylı xx.xx.2011-ci il tarixli arayışın surətindən görünür ki, xx.xx.2010-cu ildə vəfat etmiş mərhum X29 vəfat etdiyi günədək ünvan 1 evdə yaşamışdır və vəfatından sonra aşağıdakı vərəsələri qalmışdır: Cavabdeh1-h/yol, X14-1962 il, X15-1964 il, X20-1968 il, X27-1970 il. İşdə olan Qusar RİHB-nın Qusar şəhər İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2019-cu il tarixli 850 saylı arayışından görünür ki, xx.xx.2010-cu ildə vəfat etmiş mərhum X29 vəfat etdiyi günədək ünvan 1 evdə yaşamışdır və vəfatından sonra aşağıdakı vərəsələri qalmışdır: Cavabdeh1-h/yol, İddiaçı-1958-ci il, X14-1962-ci il, X25-1960-cı il, X15-1964 il, X20-1968 il, X31-1970-ci il, X26-1976-cı il. İşdə olan Qusar rayon qeydiyyat şöbəsindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X17 xx.xx.1937-cü il tarixdə Qusar rayonu Gündüzqala kəndində anadan olmuşdur. X9, anası X34r. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, ünvan 1 ünvanda yerləşən 0.04 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X19 məxsus olmuşdur. Həmin şəxs xx.xx.2010-cu il tarixdə vəfat etmiş və onun qanun üzrə səkkiz nəfər vərəsələri qalmışdır. İddiaçı da mərhum Yarəli Yarəliyevin qanun üzrə birinci dərəcəli vərəsələri sırasına daxil olmuş, lakin, miras qoyan Yarəli Yarəliyevin miras kütləsinə daxil olan yuxarıda göstərilən məlum torpaq sahəsi və fərdi yaşayış evi qanun üzrə vərəsəlik yolu 4 nəfər vərəsənin, yəni Cavabdeh1, X3, Cavabdeh3 və Cavabdeh2 mülkiyyətinə verilmiş, hər bir vərəsənin miras payı ¼ hissə müəyyən edilmişdir. Bu barədə Qusar rayon Dövlət Notariat Kontoru tərəfindən həmin şəxslərin adlarına 06 may 2011-ci il tarixli 2V/01-18 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, daha sonra isə həmin şəxslərin mülkiyyət hüquqları xx.xx.2019-cu il tarixli **********, **********90-10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla rəsmiləşdirilmişdir. Bununla da, miras qoyan Yarəli Yarəliyevin qanun üzrə 8 vərəsələri olsa da, onlardan 4 nəfərin vərəsəlik hüquqları tanınmışdır. İddiaçı ünvan 1 ünvanda pasport qeydiyyatında olsa da, orada yaşamır, başqa ünvanda yaşayır, bunu iddiaçı öz izahatında da bildirmişdir. Bundan başqa, İddiaçı mərhum atasından miras əmlakları qəbul etmək barədə müvafiq notariat orqanına müraciət etməmiş, uzun müddət miras barəsində susmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1, 1159.1.1-ci maddələrinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir. Həmçinin, həmin qərarda qeyd olunmuşdur ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin vərəsəlik şəhadətnaməsi anlayışı adlanan 1321-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1325-ci maddəsinə görə, vərəsəlik şəhadətnaməsi həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Göründüyü kimi, vərəsəlik hüquq münasibətlərini tənzimləyən mülki qanunvericilik mirasın qəbulunun iki üsulunu-yəni formal və qeyri-formal üsullarını müəyyən etmiş, mirasın vərəsənin mülkiyyətinə keçməsini qanunla müəyyən edilmiş müddət daxilində onun özünün həmin mirasın mülkiyyətçisi olmaq niyyətini ifadə edən iradə ifadəsi ilə şərtləndirmişdir. Bundan başqa, mirasın hər iki üsul ilə qəbul edilməsi məhz Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş müddət daxilində-yəni mirasın açıldığı vaxtdan 6 ay müddətində həyata keçirilməlidir. Həmin müddət keçdikdən sonra isə mirasın hər hansı üsulla qəbul edilməsinə yol verilmir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı miras açıldığı vaxtdan təxminən 12 il müddət keçməsinə baxmayaraq belə bir ərizə verməmiş, miras qoyan Yarəli Yarəliyevin mirasını qəbul etmək və həmin mirasın mülkiyyətçisi olmaq niyyətinin olduğunu bildirməmiş, mirasa dair uzun müddət susmuşdur. Bununla da, ərizənin verilməsi üsulu ilə onun tərəfindən mirasın qəbul edilməsi müddəti ötürülmüşdür. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu dedikdə isə vərəsənin elə hərəkətləri başa düşülür ki, o, məhz vərəsə kimi həmin hərəkətləri ilə mirası qəbul etmək niyyətini açıq-aşkar nümayiş etdirir və vərəsənin həmin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyü müəyyən olunur. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Belə hərəkətlər əsasən vərəsənin miras qoyanın ölümündən əvvəl və bundan sonra onun evində yaşaması və ya miras qoyanın ölümündən sonra onun evinə köçərək orada yaşaması, mirasın saxlanması və idarə olunması üçün onun tərəfindən xərclərin çəkilməsi və vergilərin ödənilməsi və s. hərəkətlər aiddir. İddiaçı mərhum Yarəli Yarəliyevin mirasını faktiki olaraq qəbul etməsi, mirasa sahiblənərək onun mülkiyyətçisi olmaq niyyətini ifadə edən hər hansı hərəkətlər etməsi və bununla da onun miras qoyanın mirasını mirasın qəbul edilməsinin formal üsulu ilə qəbul etməsi də məhkəmə iclasında öz təsdiqini tapmamış, bu barədə iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Odur ki, məhkəmənin qənaətinə görə İddiaçı mərhum atası Yarəli Yarəliyevin mirasına dair vərəsəlik hüququ itirilmişdir. Bundan başqa, İddiaçı yuxarıda göstərilən 4 nəfər vərəsənin adlarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyi vaxtdan uzun müddət keçməsinə baxmayaraq, bununla bağlı heç bir mübahisə açmamış, həmin şəxslərin mirası qəbul etmələrinə etiraz etməmişdir. Halbuki, vərəsəlik hüquq münasibətlərini tənzimləyən mülki qanunvericilik mirasın qəbulu və ondan imtina edilməsi barədə maraqlı şəxsin bu barədə əsasların məlum olduğu vaxtdan 2 ay ərzində mübahisə açmaq imkanını nəzərdə tutmuşdur. İddiaçı isə həmin müddəti ötürmüş, yuxarıda qeyd edildiyi kimi uzun müddət bu barədə susmuş və bununla da, o, miras qoyan Yarəli Yarəliyevin mirasını qəbul etmiş şəxslərin mirası qəbul etmələri üzrə mübahisə açmaq imkanını da itirmişdir. Odur ki, məhkəmnin qənaətinə görə iddiaçının mübahisələndirdiyi, Qusar rayon Notariat Kontoru tərəfindən verilmiş 06 may 2011-ci il tarixli 2V/01-18 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsi iddiaçının hər hansı hüquq və mənafeyini pozmamış, həmin şəhadətnamənin etibarsız hesab olunmasının əsasları məhkəmədə müəyyən olunmamışdır. Həmin şəhadətnamənin düzgün olmayan arayış əsasında verilməsi isə onun etibarsız hesab olunması üçün əsas sayıla bilməz. Çünki, vərəsəlik hüququ hər hansı arayış əsasında deyil, qanun əsasında əmələ gəlir ki, iddiaçı da özünün vərəsəlik hüququnu vaxtında həyata keçirməməklə, o cümlədən mirasın qəbulu üzrə vaxtında mübahisə açmamaqla həmin hüquqlarını itirmişdir. Odur ki, məhkəmə iddiaçının dəlilləri ilə razılaşmayaraq hesab edir ki, iddia əsassızdır, təmin oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X11, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Qusar rayon Notariat ofisinə qarşı "vərəsəlik şəhadətnaməsinin və çıxarışın etibarsız hesab edilməsi" tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X11, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Qusar rayon Notariat ofisinə qarşı "vərəsəlik şəhadətnaməsinin və çıxarışın etibarsız hesab edilməsi" tələbinə dair iddiası rədd edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-860/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-860/2022
09.12.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver