Məhkəmə qərarları › İş №2(029)-864/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-864/2020

07.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-864/2020 07.10.2020 QUSAR RAYON MƏHKƏMƏSİ HakimVəliyevAdilYaquboğlununsədrliyi X14katibliyiilə Maraqlı şəxs3 iştirakı ilə Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və qeyrilərinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Mirzağayeva (Rəsulova) Ramilə Rəsul qızına, Maraqlı şəxs3 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X16rşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “Ərizəçi Ruslan oğlu”nun, “Maraqlı şəxs1”nın, “X15”nın, “Maraqlı şəxs3”nın və “X12”nun adlarına verilmiş JN:10xx xxx 30105018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı və JN:563A KOD 30105018, JN:563B KOD 30105018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrin onlara- yəni “Ərizəçi”na, “Maraqlı şəxs1”na, “Mirzağayeva (Rəsulova) Ramilə Rəsul qızı”na, “Maraqlı şəxs3”na və “X13”na məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən X10 xx xxxx 1998-ci il tarixli 11/4 saylı qərarlarına əsasən Maraqlı şəxs3, Mirzağayeva (Rəsulova) Ramilə Rəsul qızına, Maraqlı şəxs1, Ərizəçi, X6 Qusar rayonu Əniğ kəndi ərazisindən 1,64 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədləri üçün nəzərdə tutulmuş pay torpaq sahəsi və 0.17, 0.20 ha fərdi yaşayış evinin tikilməsi üçün nəzərdə tutulmuş həyətyanı torpaq sahələri verilmişdir. Həmin torpaq sahələrinə onların mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN:10xx xxx 30105018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı və JN:563A, KOD 30105018, JN:563B KOD 30105018 saylı torpağın mülkiyyətinə verilməsinə dair Şəhadətnamələri ilə təsdiq edilmişdir. X13 xx xxxxxx 2015-ci il tarixdə vəfat etmişdir. JN:10xx xxx 30105018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı və JN:563A KOD 30105018, JN:563B KOD 30105018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrdə Ərizəçi atasının adı səhvən “Ruslan”, X4 atasının adı səhvən “Samiddin” kimi qeyd edilmişdir. Şəxsiyyətini təsdiq edən bütün sənədlərdə Ərizəçi atasının adı “Rəsul”, ölüm haqqında şəhadətnamədə X4 atasının adı “Saməddin” kimi qeyd edilmişdir. Əslində JN:10xx xxx 30105018 saylı Dövlət Aktı və JN:563A KOD 30105018, JN:563B KOD 30105018 saylı Şəhadətnamələrdə də mülkiyyətçilərin soyadları, adları və ata adları şəxsiyyətlərini təsdiq edən sənədə uyğun qeyd edilməli idi. Bu yaxınlarda onlar həmin Dövlət Aktında və Şəhadətnamələrdə olan torpaq sahələrinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən sənədləri almaq üçün maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin Dövlət Aktı və Şəhadətnamələrdə Ərizəçi atasının adı səhvən “Ruslan”, X4 atasının adı səhvən “Samiddin” kimi qeyd edildiyi üçün onlara lazım olan sənədlərin verilməsindən imtina edilmişdir. Ona görə də, JN:10xx xxx 30105018 saylı Dövlət Aktının və JN:563A KOD 30105018, JN:563B KOD 30105018 saylı Şəhadətnamələrin onlara məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Məhkəmə iclasında Maraqlı şəxs3 ərizədə göstərilən halları təsdiq etmiş və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi və maraqlı şəxslər Maraqlı şəxs1, Mirzağayeva (Rəsulova) Ramilə Rəsul qızı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X18 nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, həmin şəxslər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4, 185.5 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, Maraqlı şəxs3 izahatını dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan JN:10xx xxx 30105018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, X10 xx xxxx 1998-ci il tarixli 11/4 saylı qərarına və Qusar rayon Məhkəməsinin 12.04.06 tarixli 2-149a/2006 saylı qətnaməsinə əsasən Qusar rayonu Əniğ kəndi ərazisindən 1,64 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədləri üçün nəzərdə tutulmuş pay torpaq sahəsi Maraqlı şəxs3, X7, Maraqlı şəxs1, Ərizəçi Ruslan oğlunun və X5 xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan JN:563A KOD 30105018 saylı torpağın mülkiyyətəverilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Qusar rayon X10 xx xxxx 1998-ci il tarixli 11/4 saylı qərarı ilə Qusar rayonu Əniğ kəndində yerləşən 0.17 ha torpaq sahəsi Maraqlı şəxs3, X7, Maraqlı şəxs1, Ərizəçi Ruslan oğlunun və X5 xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan JN:563B KOD 30105018 saylı torpağın mülkiyyətəverilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Qusar rayon X10 xx xxxx 1998-ci il tarixli 11/4 saylı qərarı ilə Qusar rayonu Əniğ kəndində yerləşən 0.20 ha torpaq sahəsi Maraqlı şəxs3, X7, Maraqlı şəxs1, Ərizəçi Ruslan oğlunun və X5 xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan Qusar rayon İHB-nın Əniq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli 398 saylı arayışdan görünür ki, JN-10xx xxx 30105018 saylı Dövlət X2 və Ərizəçi Ruslan oğlunun adlarının yazılışında hərf səhvləri mövcuddur. Həmin vətəndaşların adı, soyadı və ata adları AZ-İ 714190 seriya nömrəli ölüm haqqında şəhadətnamədə olduğu kimi X3, AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqəsində olduğu kimi Ərizəçi kimi yazılmalı və oxunmalıdır. İşdə olan Seriya AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin soyadı “Rəsulov”, adı “Ramil”, ata adı “Rəsul oğlu”dur. İşdə olan AZ-İ 714190 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2015-ci il tarixdə ölmüşdür. İşdə olan vətəndaşların şəxsiyyət vəsiqələri barədə elektron məlumatların çıxarışından görünür ki, “Ərizəçi Ruslan oğlu” adlı şəxs mövcud deyildir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X18xx.xx.2020-ci il tarixli **********74 saylı məktubundan görünür ki, JN-10xx xxx 30105018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı X19 təhvil verilmiş dövlət aktlarının verilməsi kitabından qeydiyyatdan keçmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X18xx.xx.2020-ci il tarixli **********83 saylı məktubundan görünür ki, DT və XK tərəfindən verilmiş JN-563B KOD 30105018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə və JN-10xx xxx 30105018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi həmin idarənin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət etməsi Ərizəçi tövsiyyə edilmişdir. İşdə olan AZ-İ 351171 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Ramilə Rəsul qızı arasındakı nikah Qusar rayon VVADQ şöbəsində xx xxxxxxxx 2007ci il tarixdə rəsmiləşdirilmiş, Ramilə Rəsulova “Mirzağayeva” soyadını qəbul etmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçitərəfindən təqdim edilmiş Qusar rayonu Əniğ kəndində yerləşən 1.64 ha torpaq sahəsinə dair verilmiş KOD 30105018 JN:1074 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı, 0.17 ha torpaq sahəsinə dair verilmiş JN:563A KOD 30105018 saylı və 0.20 ha torpaq sahəsinə dair verilmiş JN:563B KOD 30105018 saylı torpağın mülkiyyətəverilməsinə dair şəhadətnamələr onun üçün hüquq müəyyənedici sənəddir, belə ki, həmin sənədlər əsasında o,qanunla müəyyən edilmiş qaydada sərəncamhüquqlarını həyata keçirməlidir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, Qusar rayonu Əniğ kəndində yerləşən 1.64 ha torpaq sahəsinə dair verilmiş dövlət aktında və 0.17 ha, 0.20 ha torpaq sahələrinə dair verilmiş şəhadətnamələrdə hüquq sahibləri kimi göstərilmiş şəxslər digər mülkiyyətçilərlə birlikdə həm də məhz Ərizəçi və mərhum X9r.Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələbinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “Ərizəçi Ruslan oğlu”nun, “Maraqlı şəxs1”nın, “X15”nın, “Maraqlı şəxs3”nın və “X12”nun adlarına verilmiş JN:10xx xxx 30105018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı və JN:563A KOD 30105018, JN:563B KOD 30105018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrin “Ərizəçi”na, “Maraqlı şəxs1”na, “Mirzağayeva (Rəsulova) Ramilə Rəsul qızı”na, “Maraqlı şəxs3”na və “X13”na məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar