Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-868/2021 17.09.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və X2 hüquqi varisi İddiaçı1 Cavabdeh qarşı vərəsəlik üzrə pay bölgüsünün müəyyən edilməsinə dair iddia ərizəsinə baxaraq, Müəyyən etdim: İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və X2 hüquqi varisi İddiaçı1 Cavabdeh qarşı vərəsəlik üzrə pay bölgüsünün müəyyən edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İş materiallarından görünür ki, İddiaçı1 tərəfindən qanunla müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumunun ödənilməsi barədə müvafiq sənəd məhkəməyə təqdim edilsə də, digər iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və X2 hüquqi varisi İddiaçı1 tərəfindən iddia qaldırmaq üçün tələb olunan dövlət rüsumunun ödənilməsi barədə müvafiq sənədlər məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də, hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 152.1.5, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və X2 hüquqi varisi İddiaçı1 geri qaytarılsın. İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və X2 hüquqi varisi İddiaçı1 izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edilə bilər. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. Qusar rayon məhkəməsinin hakimi Adil Vəliyev
Məhkəmə qərarları › İş №2(029)-868/2021
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-868/2021
17.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver