Məhkəmə qərarları › İş №2(029)-876/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-876/2022

16.11.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-876/2022 16.11.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh və üçüncü şəxs Qusar rayon Notariat ofisinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh və üçüncü şəxs Qusar rayon Notariat ofisinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayon Notariat ofisi tərəfindən xx.xx.2015-ci il tarixli reyestrdə 4Ə-148 nömrə ilə qeydə alınmış daşınmaz əmlakın bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, xx.xx.1951-ci tarixdə Qusar rayonu Yuxarı-Tahircal kəndində anadan olmuş, hal-hazırda həmin kənddə həyat yoldaşı X4 ilə yaşayır. Həyat yoldaşı X4 ilə birgə nikahlarından övladları X8, X9 və X10 doğulmuşdur. Böyük X3 1996-ci ildə Cavabdeh ilə nikahı rəsmi qeyd etdirmədən ailə həyatı qurmuş və bu qeyri rəsmi ailə münasibətindən övladları xx.xx.1997-ci il təvvəlüdlü X13, xx.xx.2000-ci il təvvəlüdlü X14 və xx.xx.2010-cu il təvvəlüdlü X11 adında 3 uşaqları anadan olmuşdur. X3 və gəlini Cavabdeh 1996-cı ildən 2019-cu ilin dekabr ayınadək bir yerdə yaşamışlar. Birgə yaşadıqları dövrdə gəlini Cavabdeh öz ailəsi və onlarla münasibətləri yaxşı olmuşdur. Maddi vəziyyətləri ağır olduğundan ailə olaraq yaşamaları üçün evləri olmamışdır. Buna görə də o, Azərbaycan Respublikası Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqları Qeydiyyatı İdarəsi tərəfindən xx/xx/2001-ci il tarixdə 4695-qeydə alma nömrəsi ilə 259 nömrəli kitabda qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətinə aid ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 88.2 kv/m. 3 otaq (yaşayış sahəsi 51.8 kv/m, yardımçı sahəsi 36.4 kv/m) olan mənzili xx.xx.2015-ci il tarixli Reyestrdə 4Ə-148 nömrə ilə qeydə alınan Daşınmaz Əmlakın Bağışlanma Müqaviləsinə əsasən gəlini Cavabdeh bağışlamışdır. Lakin, gəlini Cavabdeh xx.xx.2019-ci il tarixdə onlara heç bir məlumat vermədən yaşadığı evi tərk edərək getmişdir. Bununla əlaqədar həyat yoldaşı X4 xx.xx.2019-cu il tarixdə Qusar RPŞ-nə ərizə ilə müraciət etmişdir. Qusar RPŞ-də təhqiqatçı polis baş leytenantı Orxan Vəlixanlı tərəfindən aparılmış araşdırma zamanı gəlini Cavabdeh evdən çıxıb getməsini təsdiq edərək həyat yoldaşı Vahid Ömərovla birgə yaşamaq istəmədiyini, ondan ayrılmaq qərarına gəldiyi üçün yaşadığı evdən çıxıb getdiyini və bir daha həmin ünvana qayıtmayacağını bildirmişdir. Getdiyi gündən ümumiyyətlə ailəsi və uşaqları ilə maraqlanmamışdır. O, özünə məxsus evi Cavabdeh gəlini olduğu zaman həmin evdə nəvələri ilə birgə normal yaşaması məqsədi ilə bağışlamış və hazırda qeyd olunan mənzilə o, özü sahiblik edir. Gəlini Cavabdeh heç bir məlumat vermədən getməsindən sonra fikrindən daşınaraq mənzili bağışlamaqdan imtina edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, Cavabdeh iddiaçının gəlinidir. Sonuncu iddiaçının oğlu Vahid Ömərovla 1996-cı ildə nikahı rəsmiləşdirmədən ailə həyatı qurmuş, onların 3 övladları anadan olmuşdur. İddiaçının oğlu Vahid Rusiya Federasiyasının vətəndaşı olmaqla orada yaşayır. Cavabdeh isə uşaqları ilə birlikdə iddiaçının yanında yaşamışlar. Əvvəllər cavabdehin iddiaçıya və öz uşaqlarına münasibəti yaxşı olmuşdur. 11 fevral 2015-ci il tarixdə iddiaçı gəlini Cavabdeh inandığından özünə məxsus olan, Qusar rayonu Aşağı Tahircal kəndində yerləşən mənzili həmin şəxsə bağışlamışdır. İddiaçı həmin mənzili cavabdehə ona görə bağışlamışdır ki, həmin şəxs nəvələrinə baxıb onların qayğılarına qalsın. İddiaçının oğlu Vahid Rusiya Federasiyasının vətəndaşı olduğundan, nəvələri isə yetkinlik yaşına çatmadıqlarından iddiaçı mənzili cavabdehə bağışlamışdır. Cavabdeh isə bir müddət həmin mənzildə yaşadıqdan sonra 2019-cu ildə gözlənilmədən həmin mənzili tərk etmiş və geri qayıtmamışdır. Sonradan məlum olmuşdur ki, cavabdeh İraq Respublikasına getmişdir. Cavabdehin nə üçün İraqa getməsi barədə məlumat yoxdur. Cavabdehə bağışlanmış mənzil indiyədək iddiaçının adındadır, cavabdeh öz adına Çıxarış almamışdır. Hazırda Nəticədə iddiaçının nəvələri baxımsız qalmış, cavabdeh özünün analıq vəzifələrini yerinə yetirməkdən boyun qaçırmışdır. Bu səbəbdən də, iddiaçı bağışlama müqaviləsinin etibarsız hesab olunmasını tələb edir. Nümayəndə qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq bildiriş göndərilmiş, lakin poçt xidməti tərəfindən həmin bildirişin göndərildiyi poçt zərfi üzərinə “bu ünvanda yaşamır” qeydi edilməklə məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2022-ci il tarixli 16/9811 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş Cavabdeh İAMAS-dan edilmiş çıxarışından görünür ki, həmin şəxs sonuncu dəfə xx.xx.2020-ci il tarixdə İraq istiqamətində ölkədən çıxmış, geri qayıtması barədə məlumat qeydə alınmamışdır. Üçüncü şəxs Qusar rayon Notariat Ofisinin notariusu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və məhkəməyə məktub göndərərək iş yükünün çox olması səbəbindən məhkəmə baxışı iclasında iştirak edə bilmədiyini göstərmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının, cavabdehin və Qusar rayon Notariat Ofisinin notariusunun iştirakları olmadan, iddiaçının nümayəndəsi və vəkilinin iştirakı ilə baxılmasını mümkün hesab edir. İşə baxıb, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqları Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2001-ci il tarixdə 4695-qeydə alma nömrəsi ilə 259 nömrəli kitabda qeyd edilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 88.2 kv/m. 3 otaqlı, yaşayış sahəsi 51.8 kv/m olan 16 nömrəli mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan 11 fevral 2015-ci il tarixdə Qusar rayon Notariat ofisində 4/Ə-148 reyestr nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan, ünvan 1i ünvanında yerləşən 3 otaqlı, ümumi sahəsi 88.2 kv/m., yaşayış sahəsi 51.8 kv/m, yardımçı sahəsi 36.4 kv/m olan 16 nömrəli mənzili Cavabdeh bağışlamışdır. İşdə olan Qusar rayon İHB-nın Yuxarı Tahircal kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 18 avqust 2021-ci il tarixli 65 saylı arayışdan görünür ki, İddiaçı həmin kənd sakinidir və ailə tərkibi həyat yoldaşı X1, oğlu Samir Ömərovdan və oğlu Hakim Ömərovdan ibarətdir. İşdə olan AZ-İ 037490, AZ-İ 037489 və AZ-İ 187191 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X12 Cavabdeh doğulmuş 30 iyul 1997-ci il təvəllüdlü X6, 05 yanvar 2000-ci il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X5 ataları hesab edilmişdir. İşdə olan Qusar RPŞ-nin TB-nin xx.xx.2019-cu il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, X2 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, xx.xx.2019-cu il tarixdə Qusar rayonu Samur qəsəbəsində yaşayan X4 ərizə ilə Qusar RPŞ-yə müraciət edərək onunla birgə yaşayan gəlini Cavabdeh xx.xx.2019-cu il tarixdə saat 12 radələrində yaşadığı evdən çıxıb naməlum istiqamətə gedərək itkin düşdüyünü bildirmişdir. Araşdırma zamanı Cavabdeh həyat yoldaşı Vahid Ömərovla birgə yaşamaq istəmədiyindən ondan ayrılmaq qərarına gəldiyi üçün yaşadığı evdən çıxıb getdiyini və bir daha həmin ünvana qayıtmayacağını bildirmişdir. İşdə olan Qusar rayon İHB-nın Samur qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 21 sentyabr 2022-ci il tarixli 381 saylı arayışdan görünür ki, xx.xx.1980-ci il təvəllüdlü Cavabdeh Qusar rayonu Samur qəsəbəsində qeydiyyatdadır, qəsəbə ərazisində yaşamır. Hal-hazırda harada yaşadığı haqqında məlumat yoxdur. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Cavabdeh məhkumluğu barədə məlumat yoxdur. İşdə olan şəxsiyyət vəsiqələri məlumatlarından elektron çıxarışdan görünür ki, Cavabdeh xx.xx.1980-ci ildə Qusar rayonu Yuxarı Tahircal kəndində anadan olmuş, həmin rayonun Samur qəsəbəsində qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.3-cü maddəsinə əsasən bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Həmin Məcəllənin 337.1 -ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfmə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 673.1, 673.1.1-673.1.3-cü maddələrinə əsasən hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. Göründüyü kimi mülki qanunvericiliyin tələblərinə əsasən daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair alqı-satqı, bağışlama və s. müqavilələrin forma və məzmununa aid tələblərin pozulması həmin müqavilələrin etibarsızlığına səbəb olur. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı nikahsız gəlinidir, 1996-cı ildən Cavabdeh iddiaçının ailə üzvü kimi onun evində yaşamış, iddiaçının oğlu ilə olan qeyri-rəsmi nikah münasibətlərindən onun 3 uşaqları olmuş, həmin uşaqlar da cavabdehlə birlikdə iddiaçının evində sonuncu ilə birlikdə yaşamışlar. Cavabdeh həyat yoldaşı, iddiaçının isə oğlu X23 Federasiyasında olduğundan iddiaçı özünə məxsus Qusar rayonu Aşağı Tahircal kəndində yerləşən mənzili özünün gəlini Cavabdeh bağışlamaq qərarına gəlmiş və bununla o, həmin şəxsin öz nəvələrinin gələcək inkişaflarını, maddi və mənəvi ehtiyaclarını təmin edəcəyinə ümid etmişdir. Bu məqsədlə 11 fevral 2015-ci il tarixdə iddiaçı həmin mənzili Cavabdeh bağışlamış, aralarında müvafiq bağışlama müqaviləsi bağlanmış və həmin müqavilə həmin tarixdə Qusar rayon Notariat Ofisində 4Ə- 148 reyestr nömrəsi ilə qeydə alınmışdır. Lakin, cavabdeh 2019-cu ildə iddiaçıya heç bir məlumat vermədən evi tərk etmiş, iddiaçının həyat yoldaşı cavabdehin itkin düşdüyünü zənn edərək polisə müraciət etmiş, araşdırma zamanı Cavabdeh iddiaçının oğlu ilə yaşamaq istəmədiyini, bu səbəbdən də evi tərk etdiyini və bir daha geri qayıtmayacağını bildirmişdir. 2020-ci ildə isə cavabdeh İraq Respublikasına getmiş, geri qayıtmamışdır. Cavabdeh özünün uşaqlarını da iddiaçının evində qoyub getmişdir. Bununla da, iddiaçı özünə məxsus mənzili cavabdehə bağışlayarkən ümid etdiyi hallardan məhrum olmuş, cavabdeh isə iddiaçının mənzilinin əvəzsiz olaraq özünə bağışlanmasına nail olmaqla əsassız varlanmış, ailə hüquq münasibətlərinə uyğun olaraq iddiaçının nəvələrinə, özünün isə övladlarına münasibətdə valideynlik vəzifələrini yerinə yetirməkdən boyun qaçırmışdır. Bu isə bağışlama əqdinin məzmunun qüsurlu olmasına, iddiaçının əqd bağlayarkən aldandığına, cavabdehin isə əqd bağlayarkən niyyətinin əslində əsassız varlanma olduğuna dəlalət edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddiası əsaslıdır, ona görə də təmin edilməli, iddiaçının hazırda da mülkiyyətində olan, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 88.2 kv/m. 3 otaqlı, yaşayış sahəsi 51.8 kv/m, yardımçı sahəsi 36.4 kv/m olan 16 nömrəli mənzilə dair İddiaçı ilə Cavabdeh arasında bağlanmış, Qusar rayon Notariat ofisində 11 fevral 2015-ci il tarixdə 4Ə-148 reyestr nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış, Qusar rayon Notariat Ofisi tərəfindən 11 fevral 2015-ci il tarixli 4Ə-148 reyestr nömrəsi ilə qeydə alınmış bağışlama müqaviləsi etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar