Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-888/2022 25.10.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi1, Qafarova (Əliyeva) Gülyanə Xeyirbəy qızının və Qazımətova (Əliyeva) Əfsanə Xeyirbəy qızının maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsi” tələbinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçilər Ərizəçi1, Qafarova (Əliyeva) Gülyanə Xeyirbəy qızı və Qazımətova (Əliyeva) Əfsanə Xeyirbəy qızı, maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X3, X6, X13, Ərizəçi1, X4, X7 və X20 adlarına verilmiş JN 393 kod 30113028 saylı Torpağa Mülkiyyət Hüququna X38 mərhum X8, mərhum X17 və onlara- ərizəçilər Ərizəçi1, Qafarova (Əliyeva) Gülyanə Xeyirbəy qızına və Qazımətova (Əliyeva) Əfsanə Xeyirbəy qızına məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçilər ərizəni onunla əsaslandırmışdır ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən ailə üzvlərinə- X8, X11, X17, Ərizəçi1, X9, X12 və X21 Qusar rayonunun Kuzun kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 4,44 ha pay torpaq sahəsi mülkiyyətlərinə verilmiş və bu barədə Torpağa Mülkiyyət Hüququna Dair JN 393 kod 30113028 saylı Dövlət Aktı verilmişdir. Həmin aktda mərhum nənəsi X1 Ağamaliyeva əvəzinə səhvən Əliyeva kimi, onların və mərhum qardaşı X13 ata adı isə Xeyirbəy əvəzinə Xeyirbək kimi yazılmışdır. X22 30 yanvar 2005-ci il tarixdə, X14 isə 07 oktyabr 2016-cı il tarixdə vəfat etmişlər. Torpağa Mülkiyyət Hüququna Dair JN 393 kod 30113028 saylı Dövlət Aktında yol verilmiş və yuxarıda qeyd olunan uyğunsuzların aradan qaldırılması üçün onlar tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixdə müraciət olunmuş, həmin müraciətə verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubunda Torpağa Mülkiyyət Hüququna Dair JN 393 kod 30113028 olan Dövlət Aktında qeyd olunmuş hüquq sahiblərinin soyad və ata adlarında yaranmış uyğunsuzluqların aradan qaldırılması və düzəlişlərin həyata keçirilməsi 5 saylı Ərazi İdarəsinin səlahiyyyətlərinə aid olmadığı bildirilmiş və bununla əlaqədar məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrinin və ölüm haqqında şəhadətnamələrin surətlərindən də görünür ki, həmin sənədlərdə mərhum X1 həqiqətən Əliyeva deyil, Ağamaliyevadır. X2 və onların ata adları isə Xeyirbək deyil, Xeyirbəydir. Bu xüsusat Qusar RİHB-nın Zindan Muruq kənd İƏDÜ Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 111 №-li arayışı ilə də bir daha təsdiq edilir. Ərizəçilər Ərizəçi1, Qafarova (Əliyeva) Gülyanə Xeyirbəy qızı və Qazımətova (Əliyeva) Əfsanə Xeyirbəy qızı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişlər ki, onlar, həmin ərizəni müdafiə edirlər. Həmçinin bildirmişlər ki, şəxsi işləri ilə əlaqədar 25 oktyabr 2022-ci il tarixə saat 12:00-a təyin olunmuş məhkəmə iclasına gələ bilmirlər, işə onların iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan verilmiş JN 0393 kod 30113028 saylı Torpağa Mülkiyyət Hüququna X38 surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli 11/15 saylı qərarı ilə Qusar rayonu Kuzun kəndində yerləşən 4.44 ha torpaq sahəsi X18, X6, X15, Ərizəçi1 Xeyirbək oğlunun, X5, X10 və X20 xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan AZE 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1976-cı il tarixdə Qusar rayonu Kuzun kəndində anadan olmuşdur və həmin kənddə yaşayır. İşdə olan AZE ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1980-cı il tarixdə Qusar rayonu Kuzun kəndində anadan olmuşdur və həmin kənddə yaşayır. İşdə olan AA******* saylı Azərbaycan Respublikası vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1985-ci il tarixdə anadan olmuşdur. İşdə olan AZ-İ 811245 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2016-cı il tarixdə Qusar rayonu Kuzun kəndində ölmüşdür. İşdə olan AZ 146580 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.2005-ci il tarixdə Qusar rayonu Kuzun kəndində ölmüşdür. İşdə olan AZ-İ 179606 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X23 ilə X7 nikahları 07 sentyabr 2005-ci il tarixdə Qusar RİHB-nın Zindan Muruq kənd İƏ üzrə nümayəndəliyində 22 saylı akt qeydi ilə qeyd edilmişdir. Bundan sonar qadın “Qazımətova” soyadını qəbul etmişdir. İşdə olan AZ-İ 261968 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X28 ilə X4 nikahları 24 noyabr 2006-cı il tarixdə Qusar RİHB-nın Zindan Muruq kənd İƏ üzrə nümayəndəliyində 13 saylı akt qeydi ilə qeyd edilmişdir. Bundan sonra qadın “Qafarova” soyadını qəbul etmişdir. İşdə olan Qusar RİHB-nın Zindan Muruq kənd İƏD üzrə nümayəndəliyindən 27 dekabr 2021-ci il tarixli 412 saylı arayışdan görünür ki, JN-0393 kod 301 13028 Torpağın mülkiyyətə X32 Aktında səhv olaraq X24, Ərizəçi1 Xeyirbək oğlu, X19, X16. Əslində isə:şəxsiyyət vəsiqəsində olduğu kimi, X22, Ərizəçi1, Ərizəçi3, Ərizəçi2 kimi, yazılmalı və oxunmalıdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsindən verilmiş xx.xx.2021-ci il tarixli **********72 saylı Ərizəçi1 ünvanlanmış məktubdan görünür ki, onun və ailə üzvlərinin adına olan 4.44 ha torpaq sahəsinə JN-393 KOD 30113028 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabından qeydiyyatdan keçmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsindən verilmiş xx.xx.2022-ci il tarixli **********76 saylı Ərizəçi1 ünvanlanmış məktubdan görünür ki, ərizəyə əlavə olunmuş ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş torpağa mülkiyyət hüququna dair JN-0393 (kod ********) nömrəli Dövlət aktında qeyd olunmuş hüquq sahiblərinin adı, soyad və ata adlarında yazılışında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən təqdim edilmiş JN-384 KOD 30121018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı həmin şəxs üçün hüquq müəyyənedici sənəddir, belə ki, həmin sənəd əsasında o, həmin Dövlət Aktında göstərilən torpaq sahəsinə dair sərəncam hüquqlarını həyata keçirilməlidir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, JN 393 kod 30113028 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında hüquq sahibləri kimi qeyd olunmuş şəxslər məhz mərhum X14, mərhum X22 və ərizəçilər Ərizəçi1, Qafarova (Əliyeva) Gülyanə Xeyirbəy qızı və Qazımətova (Əliyeva) Əfsanə Xeyirbəy qızıdır lakin həmin şəhadətnamədə həmin yuxarıda qeyd olunan səhvlərə yol verilmişdir. Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Ona görə də, həmin dövlət aktının mərhum X8, mərhum X17 və ərizəçilər Ərizəçi1, Qafarova (Əliyeva) Gülyanə Xeyirbəy qızına və Qazımətova (Əliyeva) Əfsanə Xeyirbəy qızına məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən X3, X6, X13, Ərizəçi1, X4, X7 və X20 adlarına verilmiş JN 393 kod 30113028 saylı torpağa mülkiyyət hüququna X38 mərhum X8, mərhum X17 və ərizəçilər Ərizəçi1, Qafarova (Əliyeva) Gülyanə Xeyirbəy qızına və Qazımətova (Əliyeva) Əfsanə Xeyirbəy qızına məxsus olması müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-888/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-888/2022
25.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver