Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-902/2022 20.10.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” tələbinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X11”nun, “X4”nın, “X12”nun, “X5”nın, “Maraqlı şəxs3”nın, “Maraqlı şəxs2”nun adlarına verilmiş JN:295 KOD 30120048 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara, yəni “X11”na, “Maraqlı şəxs1”na, “X12”na, “Ərizəçi”na, “Maraqlı şəxs3”na, “Maraqlı şəxs2”na məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən Aqrar İslahat Komissiyasının 17 mart 1998-ci tarixli 5/1 saylı qərarına əsasən Maraqlı şəxs3, Ərizəçi, Maraqlı şəxs1, Maraqlı şəxs2, X8, X9 Qusar rayonunun Quxur kəndi ərazisindən 4.21 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədləri üçün nəzərdə tutulmuş pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:295 KOD 30120048 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq edilmişdir. X12 xx.xx.2005-ci il tarixdə X11 isə xx.xx.2005-ci ildə vəfat etmişdir. X16 ərizəçi Maraqlı şəxs1 soyadı və atasının adı səhvən “Zalinə Abasəli” , Ərizəçi adı səhvən “Mirvari” kimi qeyd edilmişdir. Şəxsiyyətlərini təsdiq edən bütün sənədlərdə ərizəçi Maraqlı şəxs1 adı və atasının adı Zalikə Abbasəli qızı , Ərizəçi adı isə Münəvvər kimi qeyd edilmişdir. X15 və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:295 KOD 30120048 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında da ərizəçilərinin soyadları, adları və ata adları şəxsiyyətlərini təsdiq edən sənədə uyğun qeyd edilməli idi. Onlar, X16 olan torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən sənədləri almaq üçün maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etmişlər. X19 və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:295 KOD 30120048 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında ərizəçi Maraqlı şəxs1 soyadı və atasının adı səhvən “Zalinə Abasəli”, Ərizəçi adı səhvən “Mirvari” kimi qeyd edildiyi üçün DƏDRX-nin 5 saylı Ərazi İdarəsi onlara lazım olan sənədləri verməkdən imtina etmişdir. Ona görə də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:295 KOD 30120048 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, həmin ərizəni müdafiə edir və təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar məhkəmə iclaslarına gələ bilmir, işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şəxslər və idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan KOD 30120048 JN-295 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 17 mart 1998-ci il tarixli 5/1 saylı qərarı ilə Qusar rayonu Quxur kəndində yerləşən 4.21 ha torpaq sahəsi X6, X2, X7, X3, Maraqlı şəxs3 və Maraqlı şəxs2 xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş 29 fevral 2020-ci il tarixli 91 saylı arayışdan görünür ki, X11 və X1 nikahı haqqında 27 may 1967-ci il tarixdə 05 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikahın qeydə alındığı yer: Xaçmaz rayon İHB-nın Dədəli icra nümayəndəliyi.Nikah bağlandıqdan sonar qadın “Qaçayeva” soyadını qəbul etmişdir. İşdə olan AZE 18490302 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1969-cu il tarixdə Qusar rayonun Quxur kəndində anadan olmuşdur. İşdə olan AZE 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs1 xx.xx.1947-ci il tarixdə Xaçmaz rayonun Bostançı kəndində anadan olmuşdur. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş 27 aprel 2019-cu il tarixli arayışdan görünür ki, X11 08 dekabr 2005-ci il tarixdə Qusar rayonunun Quxuroba kəndində ölmüşdür. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş 25 mart 2021-ci il tarixli arayışdan görünür ki, X12 11 avqust 2005-ci il tarixdə Qusar rayonunun Quxuroba kəndində ölmüşdür. İşdə olan Qusar RİHB-nın Quxuroba kənd İƏD üzrə nümayəndəliyidən verilmiş xx.xx.2021ci il tarixli 369 saylı arayışdan görünür ki, Qusar rayonun Quxuroba kəndində X5 adında şəxs mövcud deyil. İşdə olan Qusar RİHB-nın Quxuroba kənd İƏD üzrə nümayəndəlindən verilmiş xx.xx.2021ci il tarixli 329 saylı arayışdan görünür ki, KOD 30120048 JN-295 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında aşağıdakı vətəndaşların adları və atasının adı səhvən yazılmışdır. 1. X4, 2. X5. Onların doğru adları və atasının adı şəxsiyyət vəsiqəsində olduğu kimi aşağıda qeyd olunmuş yazılışda oxunur. 1.Maraqlı şəxs1, 2. Ərizəçi. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 10 mart 2020-ci il tarixli **********43 saylı məktubdan görünür ki, DT və XK-si tərəfindən verilmiş JN-295 KOD 30120048 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soy adlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət etməsi Ərizəçi tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən təqdim edilmiş JN-295 KOD 30120048 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı həmin şəxs üçün hüquq müəyyənedici sənəddir, belə ki, həmin sənəd əsasında o, X16 göstərilən torpaq sahəsinə dair sərəncam hüquqlarını həyata keçirilməlidir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, JN-295 KOD 30120048 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında hüquq sahibləri kimi qeyd olunmuş şəxslər məhz “X11”, “Maraqlı şəxs1”, “X12”, “Ərizəçi”, “Maraqlı şəxs3” və “Maraqlı şəxs2”dur, X16 həmin yuxarıda qeyd olunan səhvlərə yol verilmişdir. Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Ona görə də, həmin dövlət aktının “X11”na, “Maraqlı şəxs1”na, “X12”na, “Ərizəçi”na, “Maraqlı şəxs3”na və “Maraqlı şəxs2”na məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X11”nun, “X4”nın, “X12”nun, “X5”nın, “Maraqlı şəxs3”nın və “Maraqlı şəxs2”nun adlarına verilmiş JN:295 KOD 30120048 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının ərizəçi “X11”na, “Maraqlı şəxs1”na, “X12”na, “Ərizəçi”na, “Maraqlı şəxs3”na və “Maraqlı şəxs2”na məxsus olması müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-902/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-902/2022
20.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver