Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-913/2020 19.11.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh və qeyrilərinə qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması və vərəsəlik hüququnun tanınması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh və qeyrilərinə qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması və vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qusar rayonu Piral kəndində yerləşən 3.79 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhum qızı Aydayeva (Qasımova) Zümrüd Robert qızına məxsus 1/5 hissəsinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması və həmin miasdan ona çatası payin ayrılaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Qusar rayonu Piral kəndində yerləşən 3.79 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə onun və ailə üzvlərinin- yəni əri X6, qızı X7, qızı Aydayeva (Qasımova) Zümrüd Robert qızının və oğlu X13 adlarına qeydiyyata alınmaqla KOD 30119018 JN:271 saylı xx xxxxxxx 1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. Mülkiyyətçilərin sayı 5 nəfər olmaqla hər birinin mülkiyyət payı 1/5 hissə təşkil edir.Qızı Aydayeva (Qasımova) Zümrüd Robert qızı xx xxxxxx 2009-cu il tarixdə vəfat etmişdir. Onun qanun üzrə vərəsləri o, yəni İddiaçı, əri Cavabdeh və uşaqları xx xxxxxx 2002-ci il təvəllüdlü X25 və xx xxxxxx 2006-cı il təvəllüdlü X22 qalmışlar. X26 (Qasımovanın) atası, onun əri X17 isə xx xxxxxx 2020-ci il tarixdə vəfat etmişdir.X37 (Qasımova) vəfat etdiyi vaxtdan indiyədək Qusar rayonu Piral kəndində yerləşən 3.79 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ona məxsus 1/5 hissəsi onun tərəfindən idarə olunmaqla, torpağa ümumilikdə özü sahiblik edir. Onun digər vərəsəsi olan Cavabdeh isə həmin torpaq sahəsini heç bir şəkildə qəbul etməmiş, ona sahiblik etməmiş, o cümlədən mirasın qəbulu ilə bağlı müvafiq notariat orqanına müraciət etməmişdir. Həmin şəxs həm də, onun torpaq sahəsinə faktiki sahiblik etməsinə də etiraz etməmiş, lakin mirasın onun adına rəsmiləşdirilməsinə razılığını bildirməmişdir. Mərhum qızının digər vərəsəsi Roman Aydayev də mirası qəbul etməmiş, onun xx xxxxxx 2020-ci il tarixdə 18 yaşı tamam olmaqla yetkinlik yaşına çatmış, hazırda mirası qəbul etmək istəmir, bu barədə müvafiq ərizə vermişdir. O, mərhum qızının miras kütləsinə daxil olan həmin torpaq sahəsini adına rəsmiləşdirmək üçün Qusar rayon Notariat Ofisinə müraciət etmiş və həmin ofisin notariusu mirasın qəbulu müddəti ötürüldüyündən və digər vərəsələr mirasa dair münasibət bildirmədiklərindən onun adına vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir.Yuxarıda qeyd etdiyi kimi Cavabdeh miras açılandan indiyədək nə mirası qəbul etməmiş, nə də bundan imtina etməmiş, yalnız susmaqla kifayətlənmişdir. Mirasın açıldığı vaxtdan 10 ildən artıq müddət keçmişdir. O, isə həmin mirası faktiki olaraq qəbul edərək ona sahiblik edir. Ona görə də, hesab edir ki, Cavabdeh mirasa dair susması onun mirasdan imtina kimi qəbul edilməli və mirasdan ona pay verilməməlidir.Bundan başqa, mərhum qızının digər vərəsəsi olan Roman Aydayev də qanunla müəyyən olunmuş müddət ərzində mirası qəbul etmədiyindən, hazırda da qəbul etmək niyyəti olmadığından mirasdan ona da pay verilməməlidir.Mərhum qızının digər vərəsəsi olan hazırda yetkinlik yaşına çatmayan Miranə Aydayevanın payının ayrılıb ona verilməsinə isə etiraz etmir.Beləliklə, mərhum qızının mirasına dair hazırda iki nəfərin, yəni onun və nəvəsi Miranənin pay hüququ vardır. Mərhum X26 miras kütləsinə daxil olan yuxarıda göstərilən torpaq sahəsindən özünə düşən payın onun tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülsədə, həmin torpaq sahəsindən birgə mülkiyyətçi kimi istifadə etmiş, hazırda da istifadə edir. Odurki, hesabedirki, həminmüddətuzadılmalıdır. Həmçinin, hesab edir ki, mərhum qızının miras kütləsinə daxil olan yuxarıda göstərilən Qusar rayonu Piral kəndində yerləşən 3.79 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin1/5 hissəsinə dair qanun üzrə vərəsəlik müəyyən olunmaqla həmin mirasdan payı ona verilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və iddia ərizəsində göstərilən halları təsdiq edərək göstərmişdir ki, mərhum qızının iddia ərizəsində göstərilən mirasından pay almaq hüququ olan şəxslər onun özü və nəvəsi Miranə Aydayevadır. Odur ki, həmin miras onunla nəvəsi Miranə arasında bərabər şəkildə bölünməli, həmin mirasin ½ hissəsi onun, digər ½ hissəsi isə nəvəsi Miranə Aydayevanın mülkiyyətinə verilməlidir. Odur ki, iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada bildiriş göndərilmiş, lakin həmin şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Üçüncü şəxs X23 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada bildiriş göndərilmiş, lakin həmin şəxs məhkəmə iclasına gəlməmiş və məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə göndərərək göstərmişdir ki, xx xxxxxx 2009-cu il tarixdə vəfat etmiş anası X4 miras qalmış Qusar rayonu Piral kəndində yerləşən 3.79 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/5 hissəsindən ona çatası miras payı qəbul etməmiş, qəbul etmək niyyəti yoxdur, mirasın qəbul edilməsi müddətini ötürmüş, həmin müddətin uzadılması və mirasdan payın verilməsini istəmir, gələcəkdə də bu barədə hər hansı tələbi olmayacaqdır. Həmin mirası mərhum anası Zümrüd Aydayeva vəfat etdiyi vaxtdan nənəsi İddiaçı qəbul etmiş, həmin vaxtdan həmin torpaq sahəsini həmin şəxs idarə edir. Mirasın həmin şəxsin adına rəsmiləşdirilməsinə etiraz etmir, buna razıdır.Bundan başqa, o, şəxsi işləri ilə əlaqədar təyin olunmuş məhkəmə iclasında iştirak edə bilmir və ona görə də, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş edir. Üçüncü şəxs Qusar rayon Notariat Ofisinin notariusu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmiş, çıxarılacaq qərarın məhkəmənin mülahizəsinə buraxdığını göstərmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5, 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iddiaçının izahatını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan KOD 30119018 JN:271 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Qusar rayon X12 xx xxx 1998-ci il tarixli 10/1 saylı qərarı ilə Qusar rayonu Piral kəndində yerləşən 3.79 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X6, İddiaçı, X7, X8 və X13 mülkiyyətlərinə verilmişdir. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli doğum haqqında arayışdan görünür ki, X18 xx.xx.1978-ci ildə anadan olmuş, atası X17, anası X5r. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 547 saylı arayışdan görünür ki, Cavabdeh ilə X8 nikahları xx.xx.2001-ci il tarixdə 139 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlanandan sonra arvada “Aydayeva” soyadı verilmişdir. İşdə olan AZ-İ 233338 və AZ-İ 685060 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh ilə X9 birgə nikahlarından xx xxxxxx 2002-ci il təvəllüdlü X25 və xx xxxxxx 2006-cı il təvəllüdlü X22 anadan olmuşlar. İşdə olan AZ-İ 353388 saylı xx xxxxxx 2009-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx xxxxxx 2009-cu il tarixdə ölmüşdür. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ölüm haqqında arayışdan görünür ki, X17 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İşdə olan X20 notarial qaydada təsdiq olunmuş xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, xx xxxxxx 2009-cu il tarixdə vəfat etmiş anası X4 miras qalmış Qusar rayonu Piral kəndində yerləşən 3.79 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/5 hissəsindən ona çatası miras payı qəbul etməmiş, qəbul etmək niyyəti yoxdur, mirasın qəbul edilməsi müddətini ötürmüş, həmin müddətin uzadılması və mirasdan payın verilməsini istəmir, gələcəkdə də bu barədə hər hansı tələbi olmayacaqdır. Həmin mirası mərhum anası Zümrüd Aydayeva vəfat etdiyi vaxtdan nənəsi İddiaçı qəbul etmiş, həmin vaxtdan həmin torpaq sahəsini həmin şəxs idarə edir. Mirasın həmin şəxsin adına rəsmiləşdirilməsinə etiraz etmir, buna razıdır. İşdə olan Qusar rayon Notariat Ofisi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli X-764 saylı məktubdan görünür ki, həmin notariat ofisinə xx xxxxxx 2009-cu il tarixdə vəfat etmiş X4 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə İddiaçı müraciəti daxil olmuşdur. Müraciətə cavab olaraq bildirilmişdir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, qanunda nəzərdə tutulan müddətin ötürülməsi və digər vərəsələrin mirasa dair münasibət bildirməmələri ilə bağlı mümkün deyildir. Bu səbəbdən də, buraxılmış müddətin bərpası və pay bölgüsünün aparılması üçün məhkəməyə müraciət etməsi ona tövsiyyə olunmuşdur. İşdə olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstuntaq və Təhqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 16/5593 saylı məktubdan və həmin məktuba əlavə edilmiş “Giriş-çıxış və qeydiyyat” X1 Axtarış Sistemindən (İAMAS) edilmiş çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikasından Rusiya Federasiyasına keçmiş, geri qayıtması barədə məlumat isə yoxdur. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar rayon X12 xx xxx 1998-ci il tarixli 10/1 saylı qərarı ilə Qusar rayonu Piral kəndində yerləşən 3.79 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X6, İddiaçı, X7, X8 və X13 mülkiyyətlərinə verilmişdir. X3 Robert Əlibala oğlu ilə İddiaçı birgə nikahlarından xx.xx.1978-ci ildə anadan olmuşdur. Həmin şəxs Cavabdeh ilə rəsmi nikaha daxil olmuş, nikah bağlanandan sonra “Aydayeva” soyadını qəbul etmiş və birgə nikahlarından xx xxxxxx 2002-ci il təvəllüdlü X25 və xx xxxxxx 2006-cı il təvəllüdlü X22 anadan olmuşlar. X14 xx xxxxxx 2009-cu il tarixdə ölmüşdür. Həmin şəxsin atası X17 isə xx xxxxxx 2020-ci il tarixdə ölmüşdür. X2 4 nəfər aşağıdakı qanun üzrə vərəsələri qalmışdır: anası İddiaçı, əri Cavabdeh, oğlu X25 və qızı X22. Onun uşaqlarından Roman Aydayev yetkinlik yaşına çatmış, Miranə Aydayeva isə yetkinlik yaşına çatmamışdır. Zümrüd Aydayeva öldükdən sonra onun Qusar rayonu Piral kəndində yerləşən 3.79 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/5 hissəsindən ibarət mirasını torpaq sahəsinin birgə mülkiyyətçilərindən olan İddiaçı idarə etmiş, ona sahiblik etmişdir. Belə ki, həmin torpaq sahəsi indiyədək birgə mülkiyyətçilərin birgə sahibliyində və istifadələrində olmuş, iddiaçı həm özünün, həm də X26 payını idarə etmişdir. X33 öldükdən sonra indiyədək onun qanun üzrə vərəsələrindən olan Cavabdeh isə həmin torpaq sahəsinə sahiblənməmiş, ondan istifadə etməmiş, idarəçilikdə iştirak etməmiş, xx.xx.2018-ci il tarixdə RF-na getmiş və bir daha geri qayıtmamış, olduğu yer məlum deyildir. Hazırda həmin mirasın qəbul edilməsi müddəti ötürülmüşdür. Qanun üzrə vərəsələrdən olan Roman Aydayev mərhum anasının mirasına daxil olan həmin torpaq sahəsini qəbul etməmiş, etmək niyyəti yoxdur, bu barədə məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə vermişdir. Cavabdeh həmin mirası qəbul etməyərək mirasa dair susmuş, hazıradək mirasa dair münasibət bildirməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Cavabdeh mirasa dair susduğundan onun həmin mirasa dair vərəsəlik hüququ itirilmişdir. Həmçinin, Roman Aydayev də həmin mirasa dair susmuş, hazırda isə həmin mirasın iddiaçı tərəfindən qəbul edilməsinə razıdır. Ona görə də, həmin mirasa dair həmin şəxsin də vərəsəlik hüququ itirilmişdir. Beləliklə, X33nın həmin mirasından pay almaq hüququ olan şəxslər İddiaçı və X15r. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.2-ci maddəsinə əsasənikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Mülki Məcəllənin 1243.1-ci maddəsinə əsasənmirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasənvərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1243.3-cü maddəsinə əsasənvərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mülki Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Göründüyü kimi, hazırda iddiaçının tərəfindən yuxarıda göstərilən mirasın qəbul edilməsi müddəti ötürülsə də, yəni notariat kontoruna ərizəni gec versə də, o, mirası faktiki olaraq qəbul etmişdir. Belə ki, o, miras qoyanın mirasını faktiki qəbul etmiş yeganə qanun üzrə birinci dərəcəli vərəsəsidir. O, həmin torpaq sahəsinin birgə mülkiyyətçilərindən biridir, bu, isə həmin mirasın onun tərəfindən şəksiz qəbul edilməsini təsdiq edir.Ona görə də, məhkəmə mirasın qəbul edilməsi müddətinin ötürülməsinin səbəblərini üzürlü hesab edərək həmin müddətin uzadılmasını məqsədəmüvafiq hesab edir. Bundan başqa, məhkəmə hesab edir ki, X9 Qusar rayonu Piral kəndində yerləşən 3.79 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/5 hissəsindən ibarət mirasına dair İddiaçı və X10 vərəsəlik hüquqları tanınmalı, həmin miras həmin şəxslərin aralarında bərabər şəkildə bölünərək mirasın ½ hissəsi iddiaçının, digər ½ hissəsi isə Miranə Aydayevanın mülkiyyətinə verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Qusar rayonu Piral kəndində yerləşən, KOD 30119018 JN:271 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən3.79 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhum Aydayeva (Qasımova) Zümrüd Robert qızına məxsus 1/5 hissəsinin miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət uzadılsın və həmin mirasa dair İddiaçı ilə X11 vərəsəlik hüquqları tanınsın. Qusar rayonu Piral kəndində yerləşən, KOD 30119018 JN:271 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən3.79 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhum Aydayeva (Qasımova) Zümrüd Robert qızına məxsus 1/5 hissəsi bərabər şəkildə bölünərək həmin hissənin ½ hissəsi İddiaçı mülkiyyətinə, digər ½ hissəsi isə X11 mülkiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(029)-913/2020
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-913/2020
19.11.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver