Məhkəmə qərarları › İş №2(029)-913/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-913/2025

05.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-913/2025 05.11.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qusar rayon AİKnın 1998-ci il 12 may tarixli, 7/4 saylı qərarı ilə ləğv edilmiş DT və XK-nin Qusar rayon şöbəsi tərəfindən Ərizəçi İmaməddin qızının və digər ailə üzvlərinin adına verilmiş JN 0083 kod 30117018 olan Torpağa Mülkiyyət X3 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən ona və ailə üzvlərinə Qusar rayon AİK-nın 1998-ci İİ12 may tarixli, 7/4 saylı qərarı ilə Qusar rayonunun Kuzun-qışlaq kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 1,83 ha pay torpaq sahəsi ümumi birgə mülkiyyətinə verilmiş və bu barədə Torpağa Mülkiyyət Hüququna Dair JN 0083 KOD 30117018 olan Dövlət Aktı verilmişdir. Həmin aktda onun atasının adı Vələddin əvəzinə səhvən İmaməddin kimi yazılmışdır. Torpağa Mülkiyyət Hüququna Dair JN 0083 KOD 30117018 olan Dövlət Aktında yol verilmiş və yuxarıda qeyd olunan uyğunsuzluğun aradan qaldırılması üçün onun tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət olunmuş, lakin müraciətə cavab verilməmişdir. Ərizəyə əlavə edilmiş şəxiyyət vəsiqəsinin surətindən də görünür ki, onun atasının adı həqiqətən Vələddindir. Bu xüsusat Qusar RİHB-nın Kuzun-qışlqaq kənd İƏDÜ Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışı ilə də bir daha təsdiq edilir. . ' Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişlər ki, o, ərizəni müdafiə edir. Həmçinin bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar məhkəmə iclaslarına gələ bilmir, işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan KOD 30117018 JN-0083 saylı torpağa mülkiyyət hüququna X10 surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 7/4 saylı qərarı ilə Qusar rayonu Kuzun Qışlaq kəndində yerləşən 1.83 ha torpaq sahəsi Nümayəndə, Ərizəçi İmaməddin qızının, X2 və X4 xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan Qusar RİHB-nın Kuzunqışlaq kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 06 may 2025-ci il tarixli arayışdan görünür ki, KOD 30117018 JN-0083 saylı torpağa mülkiyyət hüququna X11 shvən olaraq Ərizəçi İmaməddin qızı kimi yazılmış, əslində isə hüquqi sahibinin adı, soyadı, atasının adı Ərizəçi kimi yazılmalı və oxunmalıdır. İşdə olan АЗ ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1970-ci ildə anadan olmuşdurş İşdə olan V-ЖГ 435614 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Nümayəndə ilə X1 nikahları 17 iyul 1992-ci ildə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra qadın “Qurbanova” soyadını qəbul etmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, JN 0083 kod 30117018 olan Torpağa Mülkiyyət Hüququna X11 hüquq sahibi kimi qeyd olunmuş şəxslər məhz Ərizəçi və onun ailə üzvləridir Lakin həmin Dövlət Aktında yuxarıda qeyd olunan səhvlərə yol verilmişdir. Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Ona görə də, iərizə təmin edilməli, Qusar rayon AİK-nın 1998-ci il 12 may tarixli, 7/4 saylı qərarı ilə ləğv edilmiş DT və XK-nin Qusar rayon şöbəsi tərəfindən Ərizəçi İmaməddin qızının və digər ailə üzvlərinin adına verilmiş JN 0083 kod 30117018 olan Torpağa Mülkiyyət Hüququna X10 Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçilərin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Qusar rayon AİK-nın 1998-ci il 12 may tarixli, 7/4 saylı qərarı ilə ləğv edilmiş DT və XK-nin Qusar rayon şöbəsi tərəfindən Ərizəçi İmaməddin qızının və digər ailə üzvlərinin adına verilmiş JN 0083 kod 30117018 olan Torpağa Mülkiyyət Hüququna X10 Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar