Məhkəmə qərarları › İş №2(029)-927/2021

Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-927/2021

30.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-927/2021 30.09.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması tələbinə dairərizəsinə və əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdim: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikasının MPM-nin149.2.3, 149.2.5-ci maddələrinə əsasən ərizədə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə yönələn tələb; ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Həmin Məcəllənin 150.0.5-ci maddəsinə əsasən iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilir. Mülki prosessual qanunvericiliyə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı ərizənin tərkib hissəsi kimi müəyyən edilmişdir. İş materiallarından görünür ki, iddia ərizəsinə əlavə olunmuş sənədlərin surətləri maraqlı tərəflərə təqdim edilməsi üçün müvafiq sayda əlavə olunmamışdır. Bundan başqa, ərizəyə əlavə olunmuş Maraqlı şəxs1, Maraqlı şəxs2 və X1 adlarına verilmiş KOD 30104018 JN-028A saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, həmin Şəhadətnamə Qusar rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1998-ci il tarixli 15 saylı qərarı ilə verilmişdir. Lakin, həmin Aqrar İslahat Komissiyasının qərarı, o cümlədən həmin qərarın mülkiyyətçilərə aid hissədə (ad, soyad, ata adı) dəyişdirilibdəyişdirilməməsi, qüvvədə olub-olmaması barədə müvafiq sənəd ərizəyə əlavə olunmamışdır. Beləliklə, ərizə Azərbaycan Respublikasının MPM-nin 149-cu maddəsinin tələbləri pozulmaqla məhkəməyə verilmişdir. Azərbaycan Respublikasının MPM-nin 152.1.1-ci maddəsinəəsasən ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də, hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 152, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: Ərizə və ona əlavə edilmiş sənədlər Ərizəçi geri qaytarılsın. Ərizəçi izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada ərizə ilə məhkəməyə müraciət edilə bilər. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. Qusar rayon məhkəməsinin hakimi Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar