Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-930/2021 19.11.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi1 Ağamir oğlunun, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Qayibxanova (Bağırova) Rita Şahmir qızının maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Ərizəçilər Ərizəçi1 Ağamir oğlu, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, və Qayibxanova (Bağırova) Rita Şahmir qızı maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X17”nun, “X12”nun, “X6”nun, “X18”nun, “X22”nın, “X19”nın adlarına verilmiş JN-0359 KOD 30100028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara-yəni “Ərizəçi1 Ağamir oğlu”na, “Ərizəçi2”na, “Ərizəçi3”na, “Ərizəçi4”na, “Qayibxanova (Bağırova) Rita Şahmir qızı”na və “ “X20”na məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən Qusar rayon Aqrar İslahat Komissiyasının 12 may 1998-ci il tarixli 7/6 s. və Məhkəmənin 20.06.05 tarixli 2-262a saylı qətnaməsinə əsasən X13, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Qayibxanova (Bağırova) Rita Şahmir qızına və X14 Qusar rayonu Yuxarı Zeyxur kəndi ərazisində 6.88 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədləri üçün nəzərdə tutulmuş pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə onların mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN- 0359 KOD 30100028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq edilmişdir. X20 12.09.2013-cü ildə vəfat etmişdir. Həmin dövlət aktında Ərizəçi1 Ağamir oğlunun soyadı və atasının adı səhvən “Baqırov Aqamir oğlu”, Ərizəçi2 soyadı və atasının adı səhvən “Baqırov Səfərbala oğlu”, Ərizəçi3 soyadı və adı səhvən “Baqırov Şamsəddin”, Ərizəçi4 soyadı və adı səhvən “Baqırov Aqamir”, ərizəçi Qayibxanova (Bağırova) Rita Şahmir qızını soyadı səhvən “Baqırova”, X1 və atasının adı səhvən “Baqırov Şahmir qızı” kimi qeyd edilmişdir. Şəxsiyyətlərini təsdiq edən sənədlərdə ərizəçi X2 və atasının adı “X21”, Ərizəçi2 soyadı və atasının adı “Ərizəçi2”, Ərizəçi3 soyadı və adı “Ərizəçi3”, Ərizəçi4 soyadı və adı “Ərizəçi4”, ərizəçi Qayibxanova (Bağırova) Rita Şahmir qızının soyadı “Qayibxanova (Bağırova) Rita Şahmir qızı”, ölümünü təsdiq edən sənəddə X7 atasının adı “X20” kimi qeyd edilmişdir. X31 və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN-0359 KOD 30100028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında da ərizəçilərin soyadları, adları və ata adları şəxsiyyətlərini təsdiq edən sənədlərə uyğun qeyd edilməli idi. Bu yaxınlarda onlar həmin Dövlət Aktında olan torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən sənədləri almaq üçün maraqlı şəxs DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etmişlər. X34 və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN-0359 KOD 30100028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında ərizəçi X2 və atasının adı səhvən “Baqırov Aqamir oğlu”, Ərizəçi2 soyadı və atasının adı səhvən “Baqırov Səfərbala oğlu”, Ərizəçi3 soyadı və adı səhvən “Baqırov Şamsəddin”, Ərizəçi4 soyadı və adı səhvən “Baqırov Aqamir”, ərizəçi Qayibxanova (Bağırova) Rita Şahmir qızını soyadı səhvən “Baqırova”, X1 və atasının adı səhvən “Baqırov Şahmir qızı” kimi qeyd edildiyi üçün DƏDRX-nin 5 saylı Ərazi İdarəsi onlara lazım olan sənədləri verməkdən imtina etmişdir. Ona görə də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN-0359 KOD 30100028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Ərizəçilər X21, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Qayibxanova (Bağırova) Rita Şahmir qızı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişlər ki, onlar, ərizəni müdafiə edir. Bundan başqa bildirirlər ki, onlar təyin olunmuş məhkəmə iclaslarına gələ bilmirlər. Ona görə də işə onların iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.6cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan KOD 30100028 JN-0359 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 12 may 1998-ci il tarixli 7/6 s. və Məhkəmənin 20.06.05 tarixli 2-262a saylı qətnaməsi ilə Qusar rayonu Yuxarı Zeyxur kəndində yerləşən 6.88 ha torpaq sahəsi X9, X5, X3, X10, X15 və X11 xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan 11 mart 2021-ci il tarixli AZ-İİ 172051 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 oğlu 12 sentyabr 2013-cü il tarixdə Qusar rayonu Yuxarı Zeyxur kəndində ölmüşdür. İşdə olan Qusar RİHB-nın Yuxarı Zeyxur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 iyun 2021-ci il tarixli 106 saylı arayışdan görünür ki, JN-0359 KOD 30100028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktında qeyd olunan vətəndaşların adları aşağıdakı oxunuşu düzdür. X17-X21, X12-Ərizəçi2, X6- Ərizəçi3, X18-Ərizəçi4, X22- Qayibxanova (Bağırova) Rita Şahmir qızı, X19-X20. İşdə olan AZ-İ 399286 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X23 12 iyun 2008-ci il tarixdə Bakı şəhəri Xətai rayonu Qeydiyyat şöbəsində nikah bağlamışlar. Bundan sonra qadına “Qayibxanova” soyadı verilmişdir. İşdə olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. İşdə olan AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1962-ci il tarixdə Qusar rayonu Piral kəndində anadan olmuş və Qusar rayonu Yuxarı Zeyxur kəndində qeydiyytdadır. İşdə olan AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi5 xx.xx.1987-ci il tarixdə Qusar rayonu Yuxarı Zeyxur kəndində anadan olmuş və Qusar rayonu Yuxarı Zeyxur kəndində qeydiyytdadır. İşdə olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi4 xx.xx.1986-cı il tarixdə anadan olmuşdur. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 05 aprel 2021-ci il tarixli **********50 saylı məktubdan görünür ki, DT və XK-si tərəfindən verilmiş JN-0359 KOD 30100028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soy adlarında yaranmış qanunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət etməsi Ərizəçi3 tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçilər tərəfindən təqdim edilmiş KOD 30100028 JN- 0359 saylı torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktı həmin şəxslər üçün hüquq müəyyənedici sənəddir, belə ki, həmin sənədlər əsasında onlar, həmin Dövlət aktında göstərilən torpaq sahəsinə dair sərəncam hüquqlarını həyata keçirilməlidirlər. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, JN-0359 KOD 30100028 saylı torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktında hüquq sahibləri kimi qeyd olunmuş şəxslər məhz Ərizəçi1 Ağamir oğlu, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Qayibxanova (Bağırova) Rita Şahmir qızı və X16r, lakin həmin Dövlət aktında həmin yuxarıda qeyd olunan səhvlərə yol verilmişdir. Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Ona görə də, həmin Dövlət aktının ərizəçilərə və 12.09.2013-cü il tarixdə ölmüş X14 məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçilərin öz tələblərinin əsası kimi istinad etdikləri hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ət etdi : Ərizə təmin edilsin. “X17”nun, “X12”nun, “X6”nun, “X18”nun, “X22”nın və “X19”nın adlarına verilmiş KOD 30100028 JN-0359 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının ərizəçilər Ərizəçi1 Ağamir oğluna, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Qayibxanova (Bağırova) Rita Şahmir qızına və 12.09.2013-cü il tarixdə ölmüş X14 məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-930/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-930/2021
19.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver