Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-932/2021 28.10.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqmüəyyənedici sənədin (16 iyul 2020-ci il tarixli 721 saylı Arxiv arayışının) şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Ərizəçi DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqmüəyyənedici sənədin (16 iyul 2020-ci il tarixli 721 saylı Arxiv arayışının) şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək hüquqmüəyyənedici sənədin, yəni 16 iyul 2020-ci il tarixli 721 saylı Arxiv Çıxarışının ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 30 avqust 1959-cu il tarixdə Qusar şəhərində doğulmuş, bu barədə 09 sentyabr 1959-cu il tarixdə 269 nömrəli qeyd aparılmış, adına İ-ИЕ 804778 saylı doğum haqqında şəhadətnamə verilmişdir. Hazırda ünvan 1 ünvanda yaşayır. Qusar rayon X13 Rəyasət Heyətinin 26 oktyabr 1994-cü il tarixli 47/12 saylı Qərarı ilə Qusar şəhəri Qazıməmməd küçəsi 35 nömrəli evin sakini Ərizəçi şəhərin Q.Əliyev-19 küçəsində fərdi yaşayış evinin tikintisi üçün 400 kv.metr torpaq sahəsi ayrılmışdır. 31 oktyabr 1994-cü il tarixdə yuxarıda şərh olunan Qərarın icrası ilə əlaqədar Qusar XDS Rəyasət Heyəti ilə aralarında müqavilə bağlanmış, şərh olunan müqavilə Qusar rayon Notariat Kontorunda təsdiqlənmiş, ayrılmış torpaq sahəsinin plan sxemi tərtib edilmiş, həmin sahənin Qusar şəhərinin baş planından Çıxarışı verilmişdir. 26 oktyabr 1994-cü il tarixli 47 saylı Qərara əsasən ayrılmış 400 kv.metr torpaq sahəsinin adına rəsmiləşdirilməsi məqsədilə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət olunmuş, sözügedən idarə tərəfindən Qusar rayon XDS Rəyasət Heyətinin müvafiq iclas protokolu tələb olunmuşdur. Şərh olunan protokolun əldə edilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət X11 müraciət etmiş, Arxiv tərəfindən adına 16 iyul 2020-ci il tarixdə 721 saylı Arxiv Çıxarışı verilmişdir. Şərh olunan Arxiv Çıxarışında onun adı Ziyarət əvəzinə səhvən Zariyat yazılmışdır. Bildirir ki, ünvan 3 ünvanda o, yəni Ərizəçi yaşayır, yuxarıda sözügedən Arxiv Çıxarışı ona məxsusdur. ünvan 4 ünvanda yaşamağı, Aze 0*******5 saylı şəxsiyyət vəsiqəsi və 06.08.2020-ci il tarixli 1935 saylı arayışla, həmçinin İ-ИЕ 804778 saylı doğum haqqında şəhadətnamənin surəti ilə təsdiqlənir. 16 iyul 2020-ci il tarixdə verilmiş 721 saylı Arxiv Çıxarışındakı səhvi aradan qaldırmaq məqsədilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ərizə ilə müraciət olunmuş, həmin idarə 21 iyun 2021-ci il tarixli **********87 saylı məktubu (qərarı) ilə səhvin aradan qaldırılması və düzəlişin həyata keçirilməsi idarənin səlahiyyətlərinə aid olmadığı üçün məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Yerli, o cümlədən şəhər, rayon X4 ləğv edildiyi üçün Arxiv Çıxarışında hüquq sahibinin adında yaranmış uyğunsuzluğun aradan qaldırılması və düzəlişin həyata keçirilməsi qeyri-mümkün olduğu üçün həmin məsələ məhkəmə qaydasında həll olunmalıdır. 16 iyul 2020-ci il tarixli 721 saylı Arxiv Çıxarışının ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi həmin sənəd üzrə verilmiş torpaq sahəsinin onun adına qeydiyyata alınması üçün zəruridir. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək bildirmişdir ki, Covid- 19 pandemiyası ilə əlaqədar, səhhətində bəzi problemlərin olduğunu nəzərə alaraq məhkəmə iclasında iştirak edə bilməyəcək. Ərizəni müdafiə edir, ərizədə qeyd edilən halları təsdiq edir. İşə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5, 185.6-cı maddələrinə əsasən işə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Qusar şəhər vətəndaşlarına fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin ayrılması haqqında Qusar rayon X13 Rəyasət Heyətinin 26 oktyabr 1994-cü il tarixli 47/12 saylı qərarından görünür ki, Qusar şəhəri Qazıməmməd küçəsi 35 nömrəli evin sakini Ərizəçi şəhərin Q.Əliyev-19 küçəsində bir tipli layihə əsasında fərdi yaşayış evinin tikintisi üçün 400 kv.metr torpaq sahəsi ayrılmışdır. İşdə olan Azərbaycan Respublikası X14 filialı tərəfindən verilmiş 16 iyul 2020-ci il tarixli 721 saylı Arxiv Çıxarışından görünür ki, Qusar rayon X9 Rəyasət Heyətinin qərarı ilə rayon icra hakimiyyəti başçısının Qusar şəhər inzibati ərazi üzrə nümayəndəliyinin 11 oktyabr 1994-cü il tarixli 195 nömrəli və 19 oktyabr 1994-cü il tarixli 198 nömrəli vəsatətlərinə uyğun olaraq Qusar şəhəri Qazıməmməd küçəsi 35 ünvanda yaşayan “X1” Qusar şəhəri Q.Əliyev 19 ünvanda yaşayış evinin tikintisi üçün 400 kv.metr həyətyanı torpaq sahəsi ayrılmışdır. İşdə olan İ-ИЕ 804778 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 30 avqust 1959-cu il tarixdə Qusar şəhərində anadan olmuşdur. X2, anası X3r. İşdə olan Seriya AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1959-cu ildə ünvan 6 ünvanda qeydiyyatdadır. İşdə olan Qusar rayon İHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 avqust 2020-ci il tarixli 1935 saylı Arayışdan görünür ki, Ərizəçi Qusar şəhəri A.Mehman (Q.Məhəmməd) küçəsi 35 saylı evdə yaşayır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 21 iyun 2021-ci il tarixli **********87 saylı məktubdan görünür ki, Ərizəçi həmin idarəyə müraciətinə cavab olaraq bildirilmişdir ki, X14 filialı tərəfindən verilmiş 16.07.2020-ci il tarixli 721 saylı Arxiv çıxarışında qeyd olunmuş hüquq sahibinin adında yaranmış uyğunsuzluğu aradan qaldırmaq və düzəlişin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, Ərizəçi tərəfindən təqdim edilmiş X14 filialı tərəfindən verilmiş 16.07.2020-ci il tarixli 721 saylı Arxiv Çıxarışı onun üçün hüquq müəyyənedici sənəddir, belə ki, həmin sənəd əsasında qanunla müəyyən edilmiş qaydada ünvan 8 ünvanda yerləşən 400 kv.metr torpaq sahəsi üzərində onun mülkiyyət hüququ dövlət qeydiyyatına alınmalıdır. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, Ərizəçi X14 filialı tərəfindən verilmiş 16.07.2020-ci il tarixli 721 saylı Arxiv Çıxarışında göstərilən şəxsdir, lakin həmin Arxiv Çıxarışında yuxarıda qeyd olunan səhvə yol verilmiş, ərizəçinin adı səhvən “Zariyat” qeyd edilmişdir. Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Ona görə də, həmin Arxiv Çıxarışının ərizəçiyə məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələbinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X14 filialı tərəfindən verilmiş 16.07.2020-ci il tarixli 721 saylı Arxiv Çıxarışının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-932/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-932/2021
28.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver