Məhkəmə qərarları › İş №2(029)-94/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-94/2021

27.01.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-94/2021 27.01.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh və qeyrilərinə qarşı qanun üzrə vərəsəlik şəhadətnaməsinin, çıxarışın və texniki pasportun etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar şəhərində Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh və qeyrilərinə qarşı qanun üzrə vərəsəlik şəhadətnaməsinin, çıxarışın və texniki pasportun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qusar şəhəri keçmiş Lenin küçəsi 35 nömrəli yaşayış evinə dair miras qoyan Əmirtağı İbrahimovdan qanuni vərəsəsi X12 adına Qusar rayon Notariat Kontorunun xx xxxxxx 1973-cü il tarixli 17/6303 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin; DƏDRX-nin 5 saylı X41 tərəfindən ünvan 1 ünvanda 0,0424 ha torpaq sahəsində yerləşən yaşayış evinə dair X12 adına verilmiş qeydiyyat tarixi xx.xx.2018-ci il, qeydiyyat nömrəsi ********** olan RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və reyestr nömrəsi **********60-10301 olan xx.xx.2018-ci il tarixli, inventar nömrəsi 2089 olan texniki pasportun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, xx xxxxxxx 1933-cü il tarixdə Hil (indiki Qusar) rayonunun hakiminin təsdiq etdiyi akta əsasən X1, onun anası Xocayeva Xasultan və sonuncunun ikinci əri Əmirtağı İbrahimov tərəfindən Qusar şəhəri Lenin küçəsi 27 nömrəli yaşayış evini 4000 rubl pula satın alaraq həmin evdə yaşamağa başlamışlar. Onun özü xx xxxx 1949-cu ildə həmin evdə anadan olmuşdur. X27 1958-ci ildə, onun əri Əmirtağı İbrahimov isə 1955-ci ildə vəfat etmişdir. Onların vəfatından sonra mübahisəli evdə X1 və X20 birlikdə yaşamışlar. 1966-cı ildə X4 şəhəri Müqtədir küçəsi ev 59 ünvanda öz adına yaşayış evi tikdirmiş və həmin ildə də ailəsi ilə birlikdə mübahisəli evdən bu evə köçmüşdür. Mübahisəli evdə isə atası Əli Abdurahmanovun ailəsi qalıb yaşamışdır. Evin bütün təmir işləri atası Əli tərəfindən öz vəsaiti hesabına həyata keçirilmişdir. Atası ögey qardaşı olan Paşa İbrahimovla evlə bağlı məsələni birdəfəlik həll etmək məqsədi ilə Qusar kommunal təsərrüfat şöbəsinin 1973-cü ildə 93 nömrəli arayışı və xx xxxxxx 1973-cü il tarixli 401 nömrəli torpaq qeydinə əsasən mübahisəli ev atasından irs qalmış əmlak kimi X12 adına qeyd edilməklə Qusar rayon Notariat Kontorunda xx xxxxxx 1973-cü il tarixdə təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən Paşa İbrahimov tərəfindən atası Əli Abdurahmanova bağışlanmışdır. Bundan sonra mübahisəli evlə bağlı Paşa İbrahimovla atası Əli Abdurahmanov arasında heç bir mübahisə qalmamışdır. X1 xx xxxx 1982-ci ildə Qusar şəhərində vəfat etmişdir. Atasının ölümündən sonra mübahisəli evdə anası X8, o və digər bacı-qardaşları qalıb yaşamışlar. X19 xx xxxxxx 2001-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra mübahisəli ev onun və qardaşı X14 istifadəsində olmuşdur. Cavabdeh atasının ögey qardaşı olan X12 oğludur. O, atasından miras qalmış ünvan 2 ünvanda yerləşən evdə yaşayır. Bu yaxınlarda ona məlum olmuşdur ki, Cavabdeh atası Əli Abdurahmanovdan miras qalmış Qusar şəhəri F. Musayev (əvvəlki Lenin) küçəsi 35 nömrəli yaşayış evini öz adına keçirmişdir. Bunu dəqiqləşdirmək üçün vəkil vasitəsilə DƏDRX-nın 5 saylı X35 sorğu verilmişdir. Sorğuya cavab məktubuna əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, ünvan 9 nömrəli yaşayış evinə X15 adına dekabr 1983-cü il tarixli 145 inventar nömrəli Texniki Pasport verilmiş, həmin evin Xasoltan Qocayevaya məxsus olması 359 nömrəli torpaq qeydi ilə təsdiq olunur. Bundan əlavə Qusar rayon Dövlət Notariusunun xx xxxxxx 1973-cü il tarixli 17 /6303 Reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şahadətnaməyə əsasən ünvan 9 nömrəli yaşayış evi irs buraxan Əmirtağı İbrahimovun qanuni vərəsəsi X16 verilmişdir. DƏDRX-nın 5 saylı X41 tərəfindən verilmiş qeydiyyat tarixi xx.xx.2018-ci il, qeydiyyat nömrəsi ********** olan RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanda 0,0424 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 97,1 kv. metr olan yaşayış evi X12 adına qeydiyyata alınmışdır. Beləliklə, Cavabdeh onun X1ndan, nənəsi X13 və atası Əmirtağı İbrahimovdan miras qalmış yaşayış evini qanunsuz yollarla atası X12 adına keçirmişdir. İlk əvvəl qeyd etmək istəyir ki, mübahisəli yaşayış evi həmin dövrdə Notariat funksiyalarını yerinə yetirən Hil rayon məhkəməsinin hakiminin təsdiq etdiyi xx xxxxxxx 1933-cü il tarixli alqı-satqı aktına əsasən Əmirtaği İbrahimov, atası Əli Abdurahmanov və atasının anası Xasultan Xocayeva tərəfindən şərikli qaydada satın alınmışdır. Yəni, həmin mülk adları göstərilən 3 nəfərin birgə mülkiyyəti olmuşdur. Lakin, sonradan həmin yaşayış evi tək Əmirtağı İbrahimovdan irs qalmış əmlak kimi qanun üzrə vərəslik hüququ haqqında Şəhadətnamə əsasında cavabdehin atası X16 verilmişdir. Yuxarıda qeyd etdiyi kimi, xx xxxxxx 1973-cü il tarixdə Qusar rayon Notariat Kontorunda təsdiq edilmiş ev bağışlamaq haqqında müqavilənaməyə əsasən ünvan 9 nömrəli ünvanda 424 kv. metr torpaq sahəsində yerləşən bir mərtəbəli 3 otaqlı yaşayış evi X20 tərəfindən X1na bağışlanmışdır. Yəni, həmin müqavilədən sonra mübahisəli evə dair X12 hüquqlarına xitam verilmişdir. Belə olan halda mübahisəli evə sonradan X12 adına Çıxarışın və Texniki Pasportun hazırlanması tamamilə əsassızdır. Qeyd etmək lazımdır ki, mübahisəli ev şərikli qaydada atası Əli Abdurahmanov, onun anası Xasultan Qocayeva və sonuncunun əri Əmirtağı İbrahimov tərəfindən 1933-cü ildə satın alındığı üçün, evdə nənəsi Xasultana məxsus olmuş ⅓ hissəsinə onun ölümündən sonra vərəsəlik açılmış, mirası birinci dərəcədə vərəsə kimi atası Əli Abdurahmanov qəbul etmiş, bununla da mübahisəli evdə atası Əlinin payı ⅔ (⅓+⅓=⅔) hissə olmuşdur. xx xxxxxx 1973-cü il tarixdə Notariatda təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən mübahisəli evdə İbrahimov Əmirtağıya məxsus olmuş payı onun birinci dərəcədə vərəsəsi olan oğlu X20 tərəfindən atası Əli Abdurahmanova bağışlanmışdır. Beləliklə, həmin müqavilədən sonra mübahisəli ev bütövlükdə X1nun mülkiyyətinə keçmişdir. Atası Əlinin ölümündən sonra mübahisəli ev onun sərəncamına keçmiş, həmin evdə onun tərəfindən əsaslı təmir işləri həyata keçirilmişdir. Məhkəmə iclasında X21 iddianı müdafiə etmiş və iddia ərizəsində göstərilən halları təsdiq edərək izahatında göstərmişdir ki, Cavabdeh atası X20 onun atası X10 ögey qardaşı olmaqla anaları eyni, ataları isə başqa şəxslər olmuşlar. Belə ki, onun atası Əli Abdurahmanovun anası Xasultan Xocayeva ikinci dəfə ərə gedərək cavabdehin babası Əmirtağı İbrahimovla ailə həyatı qurmuşdur. Xasultan Xocayevanın həmin şəxslə nikahından cavabdehin atası Paşa İbrahimov anadan olmuşdur. xx xxxxxxx 1933-cü il tarixdə onun atası Əli Abdurahmanov, Xasultan Xocayeva və sonuncunun ikinci əri Əmirtağı İbrahimov mübahisəli ünvan 1 saylı ünvanda yerləşən evi şərikli qaydada satın almışlar və həmin ev onların birgə mülkiyyətlərində olmuşdur. Həmin evin yerləşdiyi küçə əvvəllər Lenin küçəsi olmuşdur. Xasultan Xocayeva 1958-ci ildə, onun əri Əmirtağı İbrahimov isə ondan əvvəl-yəni 1955-ci ildə vəfat etmişdir. 1966-cı ildə cavabdehin atası Paşa İbrahimov mübahisəli evdən çıxaraq ünvan 3 saylı ünvanda ev tikdirmiş və həmin vaxtdan köçərək orada yaşamağa başlamışdır. Mübahisəli evdə isə atası Əli Abdurahmanov öz ailəsi ilə qalıb yaşamışdır. Həmin vaxt ev köhnə olduğundan atası Əli Abdurahmanov dövlətdən ssuda götürərək həmin evi öz vəsaiti hesabına təmir və bərpa etdirmişdir. Paşa İbrahimov atası Əmirtağı İbrahimovun həmin evə olan mülkiyyət payını xx xxxxxx 1973-cü il tarixdə atası Əli İbrahimova bağışlamış və bununla da, Paşa İbrahimovun həmin evə heç bir hüquqları və marağı qalmamışdır. Paşa İbrahimovun heç vaxt həmin evə iddia və tələbi də olmamışdır. Həmin evdə uzun müddət onun atası yaşamış, daha sonra isə qardaşı Ramiz öz ailəsi ilə birlikdə yaşamışdır. Lakin, sonradan Cavabdeh qanunsuz yolla həmin evin sənədlərini saxtalaşdırmış və evi bütövlükdə əvvəlcə öz atası Paşa İbrahimovun, daha sonra isə özünün adına rəsmiləşdirmişdir. Belə ki, Paşa İbrahimovun adına verilmiş xx xxxxxx 1973-cü il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən həmin evə dair çıxarış və texniki pasport verilmiş, daha sonra vərəsəlik qaydasında Aydının özünün adına rəsmiləşdirilmişdir. Nəticədə isə onun atasının həmin evə mülkiyyət hüququ, özünün isə vərəsəlik hüququ pozulmuşdur. Bütün bunlardan o, bu yaxınlarda xəbər tutmuşdur. Belə ki, həmin evi atası Əli Abdurahmanovdan qalmış miras kimi özünün və qardaşının uşaqlarının adına rəsmiləşdirmək istəmiş, lakin yuxarıda göstərilən səbəblərə görə bunu edə bilməmişdir. O, vəkil vasitəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X35 müraciət etmiş və həmin idarə tərəfindən evin bütün sənədləri təqdim olunmuşdur. Həmin sənədlərə nəzər salarkən isə cavabdehin qanunsuz yolla evi öz adına rəsmiləşdirməsi məlum olmuşdur. Odur ki, hesab edir ki, Paşa İbrahimovun adına verilmiş həmin vərəsəlik şəhadətnaməsi onun atasının mülkiyyət hüququnu pozduğundan etibarsız hesab edilməlidir. Həmçinin, həmin şəhadətnamə əsasında verilmiş çıxarış və texniki pasport da etibarsız hesab edilməlidir. Nizami Abdurahmanov qeyd olunanlara əsasən iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməmiş və izahatında göstərmişdir ki, mübahisəli ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evi onun babası Əmirtağı İbrahmova məxsus olmuşdur. İddiaçının X1 onun X27nın birinci ərindən anadan olmuşdur. Nənəsi Xasultan babası Əmirtağıya ərə gedərkən özü ilə iki uşaq gətirmişdir. Onlardan biri iddiaçının atası Əli olmuşdur. X40 böyütmüş, evləndirmişdir. Mübahisəli ev onun babası Əmirtağı İbrahimov tərəfindən təkbaşına satın alınmışdır. Belə ki, ev satın alınarkən iddiaçının atası Əli Abdurahmanovun cəmi 18 yaşı olmuşdur. Həmin vaxt həmin şəxs ev satın almaq üçün vəsaiti haradan ala bilərdi? Bundan başqa, iddiaçı qeyd edir ki, guya onun atası Paşa İbrahimov mübahisəli evi Əli Abdurahmanova bağışlamışdır. Əslində belə bir bağışlama olmamışdır. Təqdim olunan bağışlama müqaviləsi saxtadır və orada olan imza onun atası Paşa İbrahimova məxsus deyildir. Əgər ekspertiza olunsa, aydın olar ki, orada olan imza atasının imzasından tam fərqlidir. Onun atası Paşa İbrahimov heç vaxt evi Əli Abdurahmanova vermək fikri olmamışdır. Atası məcbur qalıb 1966-cı ildə mübahisəli evdən çıxmış və ünvan 3 saylı ünvanda ev tikdirərək orada yaşamağa başlamışdır. Həmin vaxtdan həmin evdə Əli Abdurahmanov orada yaşasa da, onun həmin evə hüquqları olmamışdır. Əli Abdurahmanov bir neçə dəfə həmin evin özünə bağışlanmasını təklif etsə də, atası Paşa bununla razılaşmamış, özünün övladlarına verəcəyini bildirmişdir. Əgər atası Paşa İbrahimov evi həqiqətən də, iddiaçının atası Əli Abdurahmanova bağışlamışdırsa, onda nəyə görə indiyədək həmin evi öz adına rəsmiləşdirməmişdir. İddiaçının təqdim etdiyi sənədlər düzgün deyil və onun iddiası tamamilə qanunsuzdur. Odur ki, iddia rədd olunmalıdır. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs Qusar rayon Notariat Ofisinin notariusu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və məhkəməyə məktub təqdim edərək işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmiş, iş üzrə çıxarılacaq qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. Üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X32 nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Hil rayon (indiki Qusar rayonu) Xalq Məhkəməsinin hakimi tərəfindən təsdiq edilmiş xx xxxxxxx 1933-cü il tarixli alqı-satqı aktının surətindən görünür ki, ünvan 5 F.Musayev) küçəsində yerləşən ev Mirtağı İbrahimov, Xasultan Xocayeva və Əli Abdurahmanov tərəfindən satın alınmışdır. İşdə olan ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evinə dair tərtib edilmiş dekabr 1983-cü il tarixli texniki pasportun surətindən görünür ki, həmin evin sahibi 359 saylı torpaq qeydinə əsasən Xasultan Xocayeva olmuşdur. İşdə olan Qusar rayon ZDS İcraiyyə Komitəsinin xx xxxxxx 1973-cü il tarixli 218 saylı qərarının surətindən görünür ki, ünvan 9 nömrəli evdə yaşayan Əli Abdurahmanova fərdi evin təmirindən ötrü 300 (üç yüz) manat ssuda verilmişdir. İşdə olan Azərbaycan SSR Maliyyə Nazirliyinin Qusar rayonu üzrə Dövlət Sığorta Müfəttişliyi tərəfindən verilmiş xx xxxxxx 1973-cü il tarixli 72 saylı arayışın surətindən görünür ki, ünvan 4 35 saylı ünvanda yaşayan X3 hesabında olan evi 1973-cü ilin icbari oklad sığorta kompaniyası materiallarına əsasən 702 (yeddi yüz iki) manat dəyərində sığortalanmışdır. İşdə olan Qusar rayon XDS İK-nin xx.xx.1979-cu il tarixli 173 saylı arayışının surətindən görünür ki, ünvan 5 F.Musayev) 35 ünvanda yaşayan X3 həqiqətən də, yaşayış evinin təmirinə ehtiyacı vardır. İşdə olan X12 Qusar rayon Dövlət Notariat Kontoruna ünvanlandığı xx.xx.1973-cü il tarixli ərizəsindən görünür ki, o, xx xxxxxx 1958-ci il tarixdə atası X6, xx.xx.1961-ci il tarixdə anası X11 vəfat etdiyini bildirmiş və Qusar şəhəri Lenin küçəsində 35 nömrəli ünvanda yerləşən evin adına rəsmiləşdirilməsini xahiş etmişdir. İşdə olan xx xxxxxxxx 1973-cü il tarixli 385 saylı torpaq qeydinin surətindən görünür ki, ünvan 8 saylı ünvanda yeləşən torpaq sahəsinin istifadəçisi kimi X23 qeyd edilmişdir. İşdə olan xx xxxxxx 1973-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, ünvan 9 ünvanda yerləşən ev vərəsəlik yolu ilə Əmirtağı İbrahimovdan onun oğlu Cavabdeh verilmişdir. İşdə olan xx.xx.1973-cü il tarixli ev bağışlamaq haqqında müqavilənamənin surətindən görünür ki, Cavabdeh ünvan 9 nömrəli ünvanda yerləşən evi X5 bağışlamışdır. İşdə olan Seriya RX ******* saylı xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və xx.xx.2018-ci il tarixli inventar nömrəsi 2089, reyestr nömrəsi **********60-10301 olan texniki pasportun surətindən görünür ki, ünvan 1 saylı ünvanda yerləşən ev xüsusi mülkiyyət hüququ üzrə X12 adına qeydiyyata alınmışdır. İşdə olan xx xxxxxx 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, ünvan 1 saylı ünvanda yerləşən ev vərəsəlik yolu ilə Cavabdeh verilmişdir. İşdə olan AZ-T 092934 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx.xx.1949-cu ildə anadan olmuş, X1dur. İşdə olan İİ-JQ 338527 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx xxxx 1982-ci il tarixdə vəfat etmişdir. İşdə olan İİİ-JQ 426731 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx xxxxxx 1988-ci il tarixdə vəfat etmişdir. İşdə olan arxiv sənədləri ilə müəyyən olunur ki, ünvan 5 F.Musayev) 35 ünvanda yerləşən evin kommunal, vergi və digər xərcləri X9 tərəfindən ödənilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X41 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli **********52 saylı məktubdan görünür ki, ünvan 10 Lenin) 35 ünvanda yerləşən fərdi yaşayış evinə dair sənədlərin surətləri Xaçmaz rayon Hüquq Məsləhətxanasına təqdim olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, xx xxxxxxx 1933-cü il tarixdə iddiaçının X1, onun anası Xasultan Xocayeva və sonuncunun ikinci əri Əmirtağı İbrahimov tərəfindən Qusar şəhəri keçmiş Lenin küçəsində (indiki F.Musayev) yerləşən evi satın almışlar. Evin alqı-satqı aktı tərtib edilməklə həmin dövrdə mövcud olmuş Hil rayon Xalq Məhkəməsinin hakimi tərəfindən təsdiq edilmişdir. Həmin vaxtdan etibarən vəfat edənədək iddiaçının atası Əli Abdurahmanov həmin evdə yaşamışdır. 1958-ci ildə Əmirtağı İbrahimov vəfat etmişdir. Xasultan Xocayeva isə həmin şəxsdən sonra-yəni 1961-ci ildə vəfat etmişdir. Xasultan Xocayeva ilə Əmirtağı İbrahimovun birgə uşaqları olan X20 1966cı ildə həmin evdən çıxaraq ünvan 3 saylı ünvanda inşa etdirdiyi evə köçmüş və həmin vaxtdan mübahisəli evdə yalnız Əli Abdurahmanov öz ailəsi ilə birlikdə yaşamışdır. X17 Xocayeva vəfat edənədək həmin evə dair yuxarıda göstərilən məlum alqı-satqı aktından başqa hər hansı əmlak hüquqlarına dair heç bir sənəd mövcud olmamışdır. Sonradan həmin evə dair texniki pasport tərtib edilməklə evin sahibinin Xasultan Xocayeva olması, həmçinin evin yerləşdiyi torpaq sahəsinə dair həmin şəxsin adına torpaq qeydinin olması qeyd edilmişdir. Əmirtağı İbrahimov vəfat edənədək onun adına texniki pasport və ya torpaq qeydi olmamışdır. Yalnız həmin şəxs vəfat etdikdən xeyli müddət keçdikdən sonrayəni xx xxxxxxxx 1973-cü il tarixdə Tağı İbrahimov adlı şəxsin adına torpaq qeydi verilmişdir. Həmin müddətlərdə həmin evdə faktiki olaraq evin alıcılarından olan iddiaçının X1 yaşamış və dövlətdən ssuda götürərək həmin evin təmir-bərpası üçün vəsait xərcləmişdir. Bununla da, həmin evin faktiki istifadəçisi və idarəçisi Əli Abdurahmanov olmuşdur. Cavabdehin babası Əmirtağı İbrahimov vəfat edənədək mübahisəli evdə yaşasa da, cavabdehin atası Paşa İbrahimov yuxarıda göstərildiyi kimi 1966-cı ildən həmin evdən çıxmış və ünvan 3 saylı ünvanda özünə ev inşa etdirərək orada yaşamışdır. xx xxxxxx 1973-cü il tarixdə isə Qusar rayon Dövlət Notariat Kontoru tərəfindən mübahisəli ünvan 12 Lenin küçəsi) 35 saylı ünvanda yerləşən ev bütövlükdə Əmirtağı İbrahimovun miras kütləsinə daxil edilməklə Paşa İbrahimovun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.1973-cü il tarixdə isə X42 Abdurahmanov arasında bağışlama müqaviləsi bağlanmaqla həmin ev Əli İbrahimova bağışlanmışdır. Qusar rayon Dövlət Notariat Kontoru tərəfindən mübahisəli evə dair vərəsəlik müəyyən olunarkən və həmin ev bütövlüdkə Əmirtağı İbrahimovun miras kütləsinə daxil edilərkən evin hüquqi rejimi, həmin vaxt miras qoyanın evə dair hansı hüququnun olması, evin qanuni sahiblərinin dairəsi dəqiq müəyyən edilməmiş, yalnız mərhum Əmirtağı İbrahimovun öldüyü vaxtdan uzun müddət sonra, həm də Tağı İbrahimov adlı şəxsin adına verilmiş xx.xx.1973-cü il tarixli torpaq qeydinə istinad edilmişdir. Bundan başqa, həmin vaxt notariat kontoru tərəfindən evin birgə sahibləri olmuş Xasultan Xocayevanın və Əli Abdurahmanovun mənafeləri və evə dair əmlak hüquqları, həmin vaxt həmin evdə faktiki olaraq Əli Abdurahmanovun yaşadığı və evə sahibləndiyi nəzərə alınmamışdır. Bundan başqa, həmin ev daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüququ üzrə Paşa İbrahimovun adına qeydiyyata alınarkən də, evin ilkin sənədləri, evin hüquqi rejiminə dair mövcud olmuş sənədlər tam araşdırılmamış, evə dair iddiaçının atası Əli Abdurahmanovun əmlak hüquqularının olması nəzərə alınmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Həmin Məcəllənin 141.2-ci maddəsinə əsasən bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Həmin Məcəllənin 141.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Məhkəmə hesab edir ki, Əmirtağı İbrahimovun mirasına dair vərəsəlik müəyyən olunarkən və Paşa İbrahimovun adına yuxarıda göstərilən xx xxxxxx 1973-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən miras qoyanın miras kütləsinin dairəsi düzgün müəyyən olunmamış, adına torpaq qeydi verilmiş Tağı İbrahimovun miras qoyan Əmirtağı İbrahimovla eyni şəxs olması müəyyən edilməmiş, o cümlədən torpaq qeydinin miras qoyanın ölümündən uzun müddət sonra verilməsi araşdırılmamış, mübahisəli evdə iddiaçının atası Əli Abdurahmanovun, o cümlədən sonuncunun anası Xasultan Xovayevanın da paylarının olması nəzərə alınmamışdır. Bu, isə iddiaçının atasının həmin evə dair əmlak hüququnun, özünün isə vərəsəlik hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, məhkəmənin qənaətinə görə həmin qanun üzrə vərəsəlik şəhadətnaməsi qanunsuz olduğundan və iddiaçının qanuni mənafeyinin pozulmasına səbəb olduğundan həmin şəhadətnamə etibarsız hesab edilməlidir. Bundan başqa, həmin şəhadətnamə əsasında Paşa İbrahimovun adına verilmiş daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat da əsassız və qanunsuz olmuş, iddiaçının atasının əmlak hüquqularının, özünün isə vərəsəlik hüququnun pozulmasına səbəb olmuşdur. Ona görə də, həmin qeydiyyata dair Paşa İbrahimovun adına tərtib edilmiş Seriya RX ******* saylı xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və xx.xx.2018-ci il tarixli inventar nömrəsi 2089, reyestr nömrəsi **********60-10301 olan texniki pasport da etibarsız hesab edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı X21 öz tələblərinin əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Qusar rayon Notariat Kontoru tərəfindən X12 adına verilmiş xx xxxxxx 1973-cü il tarixli 17/6303 reyestr nömrəli qanun üzrə vərəslik hüququ haqqında şəhadətnamə; ünvan 1 ünvanda 0,0424 ha torpaq sahəsində yerləşən yaşayış evinə dair X12 adına verilmiş qeydiyyat tarixi xx.xx.2018-ci il, qeydiyyat nömrəsi ********** olan RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və reyestr nömrəsi **********60-10301 olan xx.xx.2018-ci il tarixli, inventar nömrəsi 2089 olan texniki pasport etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar