Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-943/2021 06.10.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu Ərizəçi maraqlı şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və qeyrilərinə qarşı hüquqmüəyyənedici sənədin (KOD 30118028 JN: 0005 saylı Dövlət Aktının və JN: 136F saylı Şəhadətnamənin) şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, Müəyyən etdim: Ərizəçi maraqlı şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və qeyrilərinə qarşı hüquqmüəyyənedici sənədin (KOD 30118028 JN: 0005 saylı Dövlət Aktının və JN: 136F saylı Şəhadətnamənin) şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının MPM-nin149.2.3, 149.2.5-ci maddələrinə əsasən ərizədə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə yönələn tələb; ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Həmin Məcəllənin 150.0.5-ci maddəsinə əsasən iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilir. Mülki prosessual qanunvericiliyə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı ərizənin tərkib hissəsi kimi müəyyən edilmişdir. İş materiallarından görünür ki, ərizəyə əlavə olunmuş sənədlərin surətləri maraqlı şəxslərə təqdim edilməsi üçün müvafiq sayda əlavə olunmamışdır. Bundan başqa, ərizəyə əlavə olunmuş Maraqlı şəxs2, X1, X2, Maraqlı şəxs4 və Maraqlı şəxs5 adlarına verilmiş JN- 136F KOD 30118028 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin və JN-0005 KOD 30118028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətlərindən görünür ki, həmin Şəhadətnamə Qusar rayon Aqrar İslahat Komissiyasının 10 sentyabr 1998-ci il tarixli 15\3 saylı, həmin Dövlət Aktı isə Qusar rayon Aqrar İslahat Komissiyasının 28 iyun 2002-ci il tarixli 4\1 saylı qərarları ilə verilmişdir. Lakin, Aqrar İslahat Komissiyasının həmin qərarları, o cümlədən həmin qərarların mülkiyyətçilərə aid hissədə (ad, soyad, ata adı) dəyişdirilib-dəyişdirilməməsi, qüvvədə olub-olmaması barədə müvafiq sənəd(lər) ərizəyə əlavə olunmamışdır. Həmçinin həmin mülkiyyət sənədlərində göstərilən şəxslər iş üzrə maraqlı tərəf kimi göstərilməmişdir. Beləliklə, ərizə Azərbaycan Respublikasının MPM-nin 149-cu maddəsinin tələbləri pozulmaqla məhkəməyə verilmişdir. Azərbaycan Respublikasının MPM-nin 152.1.1-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də, hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 152, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: Ərizə və ona əlavə edilmiş sənədlər Ərizəçi geri qaytarılsın. Ərizəçi izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada ərizə ilə məhkəməyə müraciət edilə bilərlər. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. Hakim: Adil Vəliyev
Məhkəmə qərarları › İş №2(029)-943/2021
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-943/2021
06.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver