Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-943/2025 06.10.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X8 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 Xaçmaz X5 İdarəsinin Qusar Xidmət Sahəsinin əməkdaşları tərəfindən əsassız hesablanmış 777.60 (yeddi yetmiş yeddi manat altmış qəpik) manat məbləğində borcun silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə Qusar şəhəri N.Həbibov küçəsində yerləşən 41 saylı evdə yaşayır. Fərdi istehlakçı kimi o, cavabdeh X3 ilə qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlamayaraq yaşadığı evimdə təbii qazdan istifadə edir. Evdə istehlak etdiyi təbii qazın haqqını vaxtlı-vaxtında ödəyir, onun heç bir borcu yoxdur. X4 əməkdaşları ünvan 1 ünvanında yaşadığı evə gəlib evdən aralı, küçədə yerləşən qaz sayğacına baxış keçirmiş, sayğacın üzərinə maqnit qoyulmaqla abonent tərəfindən təbii qazdan qeyri qanuni istifadə etdiyi qeyd edilmişdir. O, da cavabında X4 əməkdaşlarına sayğaca əl vurmadığını, sayğacın küçədə olduğunu, sayğacın üstü örtülmədiyini, qutuda yerləşdirilmədiyini, sayğacın üzərinə maqnitin kim tərəfindən qoyulduğundan xəbəri olmadığını bildirmişdir. X4 əməkdaşları 27 mart 2024-cü il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edərək onun mənzilindən açılmış G4 markalı **********1 saylı sayğaca baxış keçirildiyini, baxış zamanı sayğacın üzərinə maqnit qoyulmaqla abonent tərəfindən təbii qazdan qeyri qanuni istifadə etdiyinə görə dəymiş ziyan hesablanmışdır. Həmin dəymiş ziyan 777.60 AZN manat təşkil edir. O, sayğaca əl vurmamışdır. Sayğaca hər ay qaz nəzarətçisi tərəfindən baxılır, sayğacın bütövlüyünü, plomblarını yoxlayır, qaz sərfiyatını hesablayıb ona sayğacın göstərdiyi qaz sərfiyyatı barədə bildiriş verir. X4 əməkdaşları tərəfindən ötən aylar ərzində ona sayğacın hesablanma mexanizminin qapağın yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarda əzikcızıq izlərin olması barədə heç bir irad bildirməmişdir, o, da qaz nəzarətçisinin qaz sərfiyatı barədə verdiyi bildirişləri əsasında aybaay qaz pullarını ödəmişdir. Lakin, X4 əməkdaşları bunlara məhəl qoymayaraq barəsində təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib etmiş və ona guya 6480 kub.metr qazdan qanunsuz istifadə etməyinə görə 777 manat 60 qəpik AZN borc hesablamışlar. İndi də X4 əməkdaşları ondan həmin borcu tələb edirlər, əks təqdirdə onun evinə verilən qaz təchizatını kəsəcəkləri ilə hədələyirlər. X1 əməkdaşları tərəfindən tərtib edilmiş 27 mart 2024-cü il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən ona əsassız hesablanmış 777 manat 60 qəpik borc silinməlidir. Onun evinə quraşdırılmış qaz sayğacı evindən aralı, küçədə örtüksüz quraşdırılmışdır. O, həmin sayğaca kim tərəfindən müdaxilə edildiyini, sayğacın hesablaşma sayğacın hesablaşma mexanizminin şüşəsinin üzərinə vurulan plastmas plomblardan birinin üzərində kim tərəfindən əzik-cızıq etdiyini bilmir. Belə ki, həmin sayğac X4 əməkdaşları tərəfindən qoyulmuşdur. Həm də ki, sayğacın üzəri X4 əməkdaşları tərəfindən müvafiq örtük ilə örtülmədiyi üçün Qaydaların 4.7-ci bəndinə əsasən həmin müdaxilələrə görə X7 cavabdehlik daşıyır. Bundan başqa bildirir ki, o, Azərbaycan Respublikası Dövlət Neft Şirktəti X3nə ona əsassız hesablanmış borcun silinməsi ilə bağlı öz pretenziyasını da bildirmiş, lakin xeyli vaxt keçməsinə baxmayaraq cavabdeh təşlikat ona heç bir məlumat verməmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək göstərmişdir ki, o, iddianı müdafiə edir, şəxsi işləri ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcək, ona görə də, işə onun iştirakı olmadan baxılıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin Birliyin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4, 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Cavabdeh Xaçmaz X5 İdarəsi tərəfindən tərtib edilmiş «təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ******* saylı aktdan görünür ki, Qusar xidmət sahəsi üzrə əraziyə baxış zamanı 27 mart 2024-cü il tarixdə N.Həbibov küçəsi 41 saylı evdə **********1 nömrəli sayğacın üzərinə maqnit qoymaqla təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkarlanmamışdır. İstehlakçı İddiaçı həmin aktı imzalamaqdan imtina etmişdir. İşdə olan Cavabdeh Xaçmaz X5 İdarəsi tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, Amil Salmanova qazın bərpası üzrə cəmi 6480 kub.metr, yəni 777.60 manat (6480 X 0.12=777.60) qaz sərfiyyatı hesablanmışdır. İşdə olan abonentin saldosundan görünür ki, istehlakçı İddiaçı akt üzrə 777.60 manat borc hesablanmışdır. Beləliklə də, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının evinə quraşdırılmış sayğacın üzərinə maqnit qoymaqla təbii qazdan qeyri-qanuni şəkildə istifadə etdiyini iddia edən cavabdeh vurulmuş ziyana görə akt tərtib edərək iddiaçıdan pul tələb etmiş, istehlakçı isə cavabdehin tələbi ilə razılaşmamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırlması və dəyişdirlməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Həmin Qaydaların 6.1-ci bəndinə əsasən qaz paylayıcısı tərəfindən - istehlakçının müvafiq müraciəti olduqda, təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğın və ya qaz sızmasının qarşısı alındıqda, istehlakçının qaz qurğusunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərfindən təqdim edildikdən sonra bir ay müddətində tam ödənilmədikdə, qaz paylayıcısı ilə müqavilə bağlanmadıqda, məhkəmənin qərarı ilə qazın verilməsini dayandıra bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.9-cu maddəsinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən qaz sayğacının üzərinə maqnit qoyulmaqla iddiaçının təbii qazdan qeyri-qanuni şəkildə istifadə etməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Halbuki, qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. İddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra iddiaçının təbii qazdan qeyri-qanuni şəkildə istifadə etdiyini sübuta yetirmədən, bununla bağlı heç bir araşdılrma aparmadan istehlakçıya qarşı qanunsuz və əsassız tələb irəli sürmüşdür. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı üçün hesablanmış borc əsassız olmuş, hər hansı hüquqi əsası yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı və iddiaçıya əsassız hesablanmış 777.60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat borcun silinməsinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Xaçmaz X5 İdarəsi tərəfindən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə dair İddiaçı üçün hesablanmış 777.60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ANAR QASİMOV
Məhkəmə qərarları › İş №2(029)-943/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-943/2025
06.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver