Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-948/2022 24.10.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon məhkəməsinin hakimi Cəlilov Əli İsa oğlu, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi, İddiaçı Cəfərova (Əskərova) Süsənxanım Seyfulla qızının iştirakı ilə İddiaçı Cəfərova (Əskərova) Süsənxanım Seyfulla qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və üçüncü şəxs Qusar rayon Notariat Ofisinə qarşı “mirasda məcburi payın müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cəfərova (Əskərova) Süsənxanım Seyfulla qızı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və üçüncü şəxs Qusar rayon Notariat Ofisinə qarşı “mirasda məcburi payın müəyyən edilməsi” tələbinə dair iddiası ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Cəfərova (Əskərova) Süsənxanım Seyfulla qızı məhkəmə hazırlıq iclasında məhkəməyə ərizə təqdim edərək işin baxılmamış saxlanılması və sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlərə və üçüncü şəxsin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinin tələbinə görə, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinin tələbinə görə isə, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Həmin Məcəllənin 114.1.5-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət qaytarılır. İddiaçı Cəfərova (Əskərova) Süsənxanım Seyfulla qızının məhkəmə işə baxılması üçün xx.xx.2022-ci il tarixdə ödənilmiş 100 (yüz) manat (Qəbz №-si 8344) dövlət rüsumu qərardad qanuni qüvvəyə mindikdən sonra iddiaçı Cəfərova (Əskərova) Süsənxanım Seyfulla qızına qaytarılmalı və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 259, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cəfərova (Əskərova) Süsənxanım Seyfulla qızının cavabdehlər Cavabdeh1, ƏskərovaSiruyə Seyfulla qızına, Cavabdeh3, Cavabdeh4 və üçüncü şəxs Qusar rayon Notariat Ofisinə qarşı “mirasda məcburi payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı Cəfərova (Əskərova) Süsənxanım Seyfulla qızının məhkəmə işə baxılması üçün xx.xx.2022-ci il tarixdə ödənilmiş 100 (yüz) manat (Qəbz №-si 8344) dövlət rüsumu qərardad qanuni qüvvəyə mindikdən sonra iddiaçı Cəfərova (Əskərova) Süsənxanım Seyfulla qızına qaytarılsın və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılsın. İzah olunsun ki, iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Əli Cəlilov
Məhkəmə qərarları › İş №2(029)-948/2022
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-948/2022
24.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver