Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-958/2020 30.11.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı nümayəndəsi X5 Cavabdeh1 X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X26 torpağın mülkiyyətə verilməsinə dair Şhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki işə Qusar şəhərində xx xxxxxx 2020-ci il tarixdə Qusar Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X18rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən Cavabdeh1 və onun əri X11 adlarına verilmiş xx xxxxx 2006-cı il tarixli, JN-131D KOD 30111018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X13 iddianı müdafiə edərək izahatında göstərdi ki, Qusar rayonunun Sabiq Lenin adına sovxozunun xx xxxxxx 1995-ci il tarixli 20 nömrəli əmrinə əsasən İddiaçı Qusar rayonunun Hil kəndi ərazisindən 0.15 hektar həyətyanı torpaq sahəsi verilmiş, təhkim edilmişdir. Həmin torpaq sahəsi uzun illərdir ki, iddiaçının istifadəsindədir. Həmin torpaq sahəsindən uzun illərdir ki, heç kimin iddiası, iradı olmadan iddiaçı istifadə edir. İddiaçı Lenin adına sovxozun xx xxxxxx 1995-ci il tarixli 20 nömrəli əmrinə əsasən verilmiş 0.15 hektar həyətyanı torpaq sahəsini öz adına rəsmiləşdirmək üçün müvafiq sənədlərdən ötrü iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X26 müraciət etmiş, lakin həmin idarədən verilən cavaba əsasən məlum olmuşdur ki, Qusar rayonunun sabiq Lenin adına sovxozunun xx xxxxxx 1995-ci il tarixli 20 nömrəli əmrinə əsasən iddiaçıya verilmiş həmin 0.15 hektar torpaq sahəsinin 0.14 hektar hissəsinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən Cavabdeh1 və onun əri X11 adlarına xx xxxxx 2006-cı il tarixli, JN-131D KOD 30111018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Həmin Şəhadətnamədən görünür ki, Cavabdeh1 və onun əri X11 adlarına həmin Şəhadətnamə Qusar rayon X10 xx xxxxxxx 1998-ci il tarixli, 17/3 saylı qərarına əsasən verilmişdir. Göründüyü kümü həmin torpaq sahəsi iddiaçıya Cavabdeh1 və onun əri X7 daha qabaq, yəni xx xxxxxx 1995-ci il tarixdə verilmişdir. Əslində Qusar rayon X10 xx xxxxxxx 1998-ci il tarixli 17/3 saylı qərarına əsasən Cavabdeh1 və onun əri X11 adlarına verilmiş torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə həmin vaxtı artıq iddiaçıya məxsus olan torpağın üzərində deyil, başqa torpaq sahəsi üzərində işlənməli idi. Lakin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən həmin Şəhadətnamə Qusar rayonunun Sabiq Lenin adına sovxozunun xx xxxxxx 1995-ci il tarixli 20 nömrəli əmrinə əsasən iddiaçıya verilmiş 0.15 hektar həyətyanı torpaq sahəsinin üzərinə səhvən işlənilmişdir. Qusar rayonu Hil bələdiyyəsinin yerquruluşu xəritəsində də həmin torpaq sahəsi İddiaçı adına qeydə alınmışdır. Cavabdeh1 əri X19 xx xxxx 2012-ci il tarixdə vəfat etmişdir. Cavabdeh1 özü də həmin torpaq sahəsinə iddia etmir, cavabdehin və əri X11 adlarına verilmiş xx xxxxx 2006-cı il tarixli, JN-131D KOD 30111018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin əslini iddiaçıya verimişdir və həmin Şəhadətnamənin məhkəmə qaydasında etibarsız hesab olunmasına etiraz etmir. Odur ki, qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul edərək izahatında göstərdi ki, o, İddiaçı ona qarşı qaldırmış olduğu hazırkı iddianı qəbul edir. Belə ki, iddiaçının qeyd etdiyi Qusar rayonunun Hil kəndi ərazisində yerləşən 0.15 hektar həyətyanı torpaq sahəsi həqiqətən də iddiaçıya məxsusdur və uzun illərdir ki, iddiaçı tərəfindən də istifadə edilir. Qusar rayon X10 xx xxxxxxx 1998-ci il tarixli, 17/3 nömrəli qərarına əsasən ona və mərhum əri X14 Qusar rayonunun Hil kəndi ərazisindən 0.25 hektar həyətyanı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsi üzərində onların mülkiyyət hüququları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN-131F KOD 30111018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə təsdiq edilmişdir. Hazırda iddiaçı tərəfindən mübahisə edilən iddiaçıya məxsus torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən onun və mərhum ərinin adına olan xx xxxxx 2006-cı il tarixli, JN-131D KOD 30111018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən səhvən verilmişdir. Ona görə də iddia tələbi təmin edilməli, onun və mərhum əri X19X11 adına verilmiş xx xxxxx 2006-cı il tarixli, JN-131D KOD 30111018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə etibarsız hesab edilməlidir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X28 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X23 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X23 nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı nümayəndəsi X5 və Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv araşdıraraq hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia təmin edilməlidir. İşdə olan Azərbaycan Respublikası Milli X31 rayon İcra Hakimiyyəti Qusar rayon Dövlət Arxivi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 449 nömrəli Arxiv Çıxarışından görünür ki, Lenin adına sovxozun xx xxxxxx 1995-ci il tarixli, 20 nömrəli əmri ilə İddiaçı “Qafaran kam” adlı sahədən 0.15 hektar həyətyanı torpaq sahəsinin verilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X28 təəfindən İddiaçı etibarnamə üzrə nümayəndəsi X8 ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli, **********88 saylı cavab məktubundan görünür ki, İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyi Qusar rayonunun Hil kəndi ərazisindən yerləşən 0.15 hektar həyətyanı torpaq sahəsinin 5 saylı X23 kadastr məlumat bazasına və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 aylı X26 təhvil verilmiş arxiv məlumatlarına əsasən digər şəxsə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında məxsus torpaq sahəsinin cizgisi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. İşdə olan X15, X3 və X4 iştirakları ilə xx xxxxxx 2020-ci il tarixdə Qusar rayonunun Hil kəndində tərtib edilmiş və Qusar RİHB-nın Hil kənd İƏD üzrə nümayəndəliyində təsdiq edilmiş Aktdan görünür ki, həqiqətən “Qafaran kam” adlı sahədəki X2 verilmiş həyətyanı torpaq sahəsi İddiaçı məxsusdur. Torpaq sahəsinə aid bütün sənədlər Hil kənd bələdiyyəsində və arxivində də İddiaçı adına qeyd edilmişdir. İşdə olan Qusar rayonu Hil kənd sakini Cavabdeh1 Qusar rayon məhkəməsinə yazdığı xx xxxxxxx 2020-ci il tarixli ərizəsindən görünür ki, Cavabdeh1 həyat yoldaşı X19 rəhəmətə getmişdir. Onun adına səhvən həyətyanı torpaq sahəsinə şəhadətnamə verilmişdir. Həyətyanı torpaq sahəsi həqiqətən İddiaçıdır. O, həmin şəhadətnamədən imtina edir. Həyət yoldaşının adına səhvən verilmiş şəhadətnamənin məhkəmə qərarı ilə ləğv edilib öz sahibinə qaytarılmasını məhkəmədən xahiş edir. İşdə olan JN-131D KOD 30111018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Qusar rayon X10 xx xxxxxxx 1998ci il tarixli, 17/3 saylı qərarı ilə X12 və Cavabdeh1 Abdulhamid qızının mülkiyyətlərinə Qusar rayonunun Hil kəndi ərazisindən 0.14 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN-131F KOD 30111018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Qusar rayon X10 xx xxxxxxx 1998ci il tarixli, 17/3 saylı qərarı ilə X12 və Cavabdeh1 Abdulhamid qızının mülkiyyətlərinə Qusar rayonunun Hil kəndi ərazisindən 0.25 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan AZ-İ № 462084 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X19 xx xxxx 2012-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxx 2012-ci il tarixdə 17 nömrə ilə qeyd edilmişdir. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli Arayışdan görünür ki, İddiaçı xx xxxxxxx 1976-cı il tarixdə anadan olmuşdur. X9, anası X16r. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-сi maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məсəllənin 139.3-сü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məjəllənin 140-сı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məсəllənin 146.1-сi maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məсəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən olunmuşdur ki, Qusar rayonu Lenin adına sovxozun xx xxxxxx 1995-ci il tarixli, 20 nömrəli əmri ilə İddiaçı “Qafaran kam” adlı sahədən 0.15 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi Qusar rayon X10 xx xxxxxxx 1998-ci il tarixli, 17/3 saylı qərarı ilə JN-131D KOD 30111018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X12 və Cavabdeh1 Abdulhamid qızının adlarına səhvən verilmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş materiallarını tam şəkildə araşdıraraq iddia tələbinin iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla qismən sübuta yetirildiyi qənaətinə gəlir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən Cavabdeh1 və onun əri X11 adlarına verilmiş xx xxxxx 2006-cı il tarixli, JN-131D KOD 30111018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə etibarsız hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən Cavabdeh1 və onun əri X11 adlarına verilmiş xx xxxxx 2006-cı il tarixli, JN-131D KOD 30111018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(029)-958/2020
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-958/2020
30.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver