Məhkəmə qərarları › İş №2(029)-967/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-967/2020

23.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-967/2020 23.11.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi nümayəndəsi və Maraqlı şəxs1 Ramalədin qızının iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 Ramalədin qızına, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə Qusar şəhərində xx xxxxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 Ramalədin qızına, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “Maraqlı şəxs4”nun, “Maraqlı şəxs1”nın, “Maraqlı şəxs2”nın, “Maraqlı şəxs3”nın və “X4”nun adlarına verilmiş JN:611A KOD 30116018 saylı və JN:611F KOD 30116018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrin onlara, yəni Ərizəçi, Maraqlı şəxs1 Ramalədin qızına, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və Maraqlı şəxs1 Ramalədin qızı iddianı müdafiə edərək izahatında göstərdi ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən X6 xx xxx 2000-ci il tarixli 12/8 saylı qərarlarına əsasən, onlara ünvan 2i ərazisindən 0.04 və 0.28 hektar fərdi yaşayış evinin tikilməsi üçün nəzərdə tutulmuş həyətyanı torpaq sahələri verilmişdir. Həmin torpaq sahələrinə onların mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN:611A KOD 30116018 saylı və JN:611F KOD 30116068 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələr ilə təsdiq olunmuşdur. Həmin şəhadətnamələrdə Ərizəçi adı səhvən “Məhəddin” kimi qeyd edilmişdir. Əslində isə şəxsiyyətini təsdiq edən sənədlərə uyğun olaraq “Məhəmmədəmin” kimi qeyd edilməlidir. Bu yaxınlarda onlar həmin Şəhadətnamələrdə torpaq sahələrinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq sənədlərin alınması üçün maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etmişlər, lakin həmin səhvin düzəldilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı üçün məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Ona görə də JN:611A KOD 30116018 saylı və JN:611F KOD 30116068 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrin onlara məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Qeyd edilənləri nəzərə alıb ərizənin təmin ediləməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxslər Maraqlı şəxs2 qız, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan JN:611A KOD 30116018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Qusar rayon X6 xx xxx 2000-ci il tarixli 12/8 nömrəli qərarı ilə Maraqlı şəxs4, Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və X3 mülkiyyətlərinə Qusar rayonu Köhnə Xudat kəndi ərazisindən 0.04 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN:611A KOD 30116018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Qusar rayon X6 xx xxx 2000-ci il tarixli 12/8 nömrəli qərarı ilə Maraqlı şəxs4, Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və X3 mülkiyyətlərinə Qusar rayonu Köhnə Xudat kəndi ərazisindən 0.28 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X13 tərəfindən X2 ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli **********85 nömrəli cavab məktubundan görünür ki, DT və XK-si tərəfindən verilmiş JN:611A KOD 30116018 saylı və JN:611F KOD 30116068 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrdə qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzlaqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X11 səlahiyyətlərinə aid olmadığından bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İşdə olan Qusar rayonu, Köhnə Xudat kənd sakinləri X5, X8 və X9 iştirakları ilə xx xxxxxx 2019-cu il tarixdə ünvan 2ində tərtib edilmiş Aktdan görünür ki, ünvan 2ində torpaq islahatı keçiriləndə Köhnə Xudat kənd sakini X1 ailəsi onun özündən başqa Maraqlı şəxs1 Ramalədin qızından, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Ərizəçi ibarət olmuşdur. İşdə olan Qusar RİHB-nın Köhnə Xudat kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 638 nömrəli Arayışdan görünür ki, JN-611A və JN- 611F nömrəli şəhadətnamələrdə Ərizəçi adı səhvən Məhəddin yazılmışdır. Əslində isə şəxsiyyətini təsdiq edən sənədlərə uyğun olaraq Məhəmmədəmin yazılmalı və oxunmalıdır. İşdə olan Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxxxx 1994-cü il tarixdə ünvan 2ində anadan olmuş, hazırda ünvan 2i ünvanında qeydiyyatda olan Ərizəçi məxsusdur. İşdə olan Seriya AZE № 14952062 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəcdiyyət vəsiqəsi xx xxxxxxx 1963-cü il tarixdə Xaçmaz rayonunun Ukur-oba kəndində anadan olmuş, hazırda ünvan 2ində qeydiyyatda olan Maraqlı şəxs1 Ramalədin qızına məxsusdur. Məhkəmə Ərizəçi nümayəndəsi və Maraqlı şəxs1 Ramalədin qızının izahatını dinləyib, iş üzrə toplanmış sübutlarla birgə hüquqi qiymət verərək Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən belə nəticəyə gəlir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “Maraqlı şəxs4”nun, “Maraqlı şəxs1”nın, “Maraqlı şəxs2”nın, “Maraqlı şəxs3”nın və “X4”nun adlarına verilmiş JN:611A KOD 30116018 saylı və JN:611F KOD 30116018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrin Ərizəçi, Maraqlı şəxs1 Ramalədin qızına, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 məxsus olması faktının müəyyən edilməsinə dair ərizə əsaslı olduğundan və həmin faktın müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb etdiyindən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ət etdi : Ərizə təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “Maraqlı şəxs4”nun, “Maraqlı şəxs1”nın, “Maraqlı şəxs2”nın, “Maraqlı şəxs3”nın və “X4”nun adlarına verilmiş JN:611A KOD 30116018 saylı və JN:611F KOD 30116018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrin Ərizəçi, Maraqlı şəxs1 Ramalədin qızına, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar