Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-968/2020 29.10.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar Rayon Məhkəməsinin hakimi Kazımov Rafiq Vəli oğlu İddiaçı Ərizəçi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X8rşı iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM : İddiaçı Ərizəçi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X8rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X12, dövlət reyestrində düzəliş etməsi üçün, X3 əvəzinə X5 yazılmasını, və ona bu barədə dövlət reyestrindən çıxarışı təqdim etməklərinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Ərizəçi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X8rşı iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməməklə təqdim edildiyindən icraata qəbul edilməməli və geri qaytarılmalıdır. Belə ki, ərizədən və ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı ərizədə konkret olaraq hansı sənəddə düzəlişin edilməsini göstərməmişdir. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki, torpağa mülkiyyət hüququna dair Dövlət X1 əvəzinə X2 qeyd edilmişdir ki, hüquqmüəyyən edici sənədin şəxsə məxsus olması barədə işə məhkəmə tərəfindən baxılması üçün ərizə tərtib olunmalı olduğu halda ərizə iddia formasında tərtib olunmuş, ərizəçi və maraqlı şəxs əvəzinə iddiaçı və cavabdeh qeyd edilmişdir.Bundan əlavə ərizəyə əlavə olunmuş sənədlərin surətləri işdə tərəf olan şəxsə verilməsi üçün müvafiq sayda əlavə edilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 150.0.5-ci maddəsinə əsasən iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Beləliklə, göstərilən səbəblərə görə hesab edirəm ki, ərizə Azərbaycan Respublikasının MPM-nin 150-ci maddəsinin tələbləri pozulmaqla məhkəməyə verilmişdir. Azərbaycan Respublikasının MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrarən məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 152,263- 264,267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Ərizəçi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X8rşı dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı Ərizəçi qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qusar rayon məhkəməsinə verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-968/2020
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-968/2020
29.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver